Bazar, 05 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Vladimir Zelenski səfir Elmira Axundovanın etimadnaməsini qəbul etdi

Azərbaycanın Ukraynada yeni təyin olunmuş səfiri Elmira Axundova etimadnaməsini Prezident Vladimir Zelenskiyə təqdim edib...

Sonra Ukrayna Prezidenti Vladimir Zelenski səfirlə söhbət edib. Səfir Elmira Axundova Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Ukraynanın dövlət başçısına çatdırıb. O, Ukraynadakı diplomatik fəaliyyəti müddətində iki ölkə arasında mövcud olan yüksək səviyyəli əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Ukrayna şirkətlərinin Azərbaycana investisiya yatırımlarının artırılmasının vacibliyinə toxunan səfir bildirib ki, ölkəmizdə xarici sərmayəçilər üçün münbit şərait mövcuddur.

Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Bildirilib ki, təhsil sahəsində əməkdaşlığın daha da inkişafı üçün xüsusi nəzarət mexanizminin işlənib hazırlanması olduqca vacibdir. Eyni zamanda, ukraynalı tələbələrin Azərbaycanın tanınmış ali məktəblərində təhsil alması üçün birgə səylər artırılmalıdır.

Sonra səfir müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və Zaman” adlı kitabının rus dilinə tərcümə olunmuş variantını Ukrayna Prezidentinə hədiyyə edib. Bildirib ki, kitabda Azərbaycan xalqının Ümummilli Liderinin daha dolğun və obyektiv bioqrafiyası yer alıb və bir neçə dildə çap olunub.

2019-cu ilin dekabrında Azərbaycana rəsmi səfərini məmnunluqla xatırlayan Ukrayna Prezidenti Vladimir Zelenski ilk öncə Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib. Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığını vurğulayan Vladimir Zelenski ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələr aparıldığını deyib və əlaqələrin daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycan və Ukraynanın beynəlxalq arenada əməkdaşlığını yüksək qiymətləndirib və GUAM çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Azərbaycan və Ukrayna arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdiyini deyən dövlət başçısı hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsinin önəmli olduğunu söyləyib.

Görüşdən sonra səfir Elmira Axundova ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək tər çiçəklər düzüb. Daha sonra İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsini ziyarət edərək ehtiramını bildirib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Elmira Axundova

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-nin “qara qutusu” bülbül kimi ötübmü? - “Qara qutu”nun səs yazısı...

Sabiq deputat: “Özləri villalarında kef məclisi qurursa, xalq onlara niyə inansın?!”

XİN ailə şirkətinə necə çevrilib? - Canəhmədovların sirrli gücü...

Oqtay Əsədov Eldar Mahmudova hansı məlumatları ötürüb?..

Ramiz Mehdiyev Prezident olmaq istəyib? - Deputatdan şok iddia

Həkim: “Sağ qalsam, heç bir azərbaycanlıya pulsuz xidmət etməyəcəyəm” – Video

DTX-nın XİN-də keçirdiyi əməliyyatın pərdəarxası... 

8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...

İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video

“Nə iynə vurdularsa, ayılmadı” - Etibar Babayevin bacısı

Fərhad Əhmədov Kürdəki ekoloji böhrandan çıxış yollarını göstərdi

loading...

Ən çox oxunanalar