Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İradə İbrahimova: “Ağac kəsənlər ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır”

Bakı şəhərinin "Baksol" adlanan ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət  Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb... 

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə bildirib ki, Ələsgər Qayıbov küçəsində, "Baksol" adlanan ərazidə Bakı Biskvit Fabrikinə məxsus ərazidə drenaj kanalı çəkilərkən bir neçə sərv ağacının dibinin kök sisteminə zərər vurulduğu və nəticədə ağacların aşdığı məlum olub. Araşdırma zamanı təbiətə 3900 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

"Aşan ağaclar isə Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən doğranaraq ərazidən kənarlaşdırılıb”.

Nazirliyin sözçüsü qeyd edib ki,
faktla bağlı Bakı Biskvit Fabrikinin məsul şəxsi barəsində akt tərtib olunub.
“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər prokurorluğa göndərilib”.

İ.İbrahimova yaşıllıqlara belə laqeyd münasibət göstərənlərin məsuliyyətə cəlb olunacağını və barələrində ciddi tədbirlər görüləcəyini bildirib. “Lakin cərimə və cəza ilə iş bitmir, bu cür insanlar ictimaiyyət tərəfindən ən ciddi formada qınanmalıdır ki, cəmiyyət qarşısında utansınlar".

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar