Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp sosial şəbəkələr üzərində nəzarəti artıran sərəncam imzaladı

ABŞ-a məxsus “Facebook” şirkətinin yaradıcısı və sahibi Mark Zukerberg ölkədə sosial şəbəkələrin fəaliyyəti üzərində nəzarətin gücləndirilməsini dəstəkləmir. Onun fikrincə, bu, senzuraya gətirib çıxaracaq... 

“Fox News” telekanalına müsahibə verən M.Zukerberg prezident Donald Trampın mayın 27-də sosial şəbəkələr üzərində nəzarəti gücləndirəcək qanunu imzalayacağı barədə verdiyi açıqlamaya münasibətini bildirib: “Mənə onun məhz nə etmək isdəyiyini anlamaq lazımdır. Ümumilikdə hakimiyyətin hansısa platformanı nəzarətə götürmək qərarını mən düzgün reaksiya hesab etmirəm”.

“Faecbook” rəhbəri qeyd edib ki, bir çox hallarda sosial şəbəkələri həm hansısa materialı yaydığına, həm də yaymadığına görə qınayırlar.

Qeyd edək ki, mayın 27-də “Twitter” şəbəkəsində Trampın paylaşımlarından birinin üzərində oradakı məlumatların mötəbər olmaya biləcəyi və əlavə yoxlanmaya ehtiyacı olduğuna dair işarə ilə yayılıb. Həmin statusunda Tramp noyabrda keçiriləcək prezident seçkilərində poçtla səsverməni təklif edən demokratların seçkidə fırıldaqçılığa çalışdıqlarını yazmışdı.

Bu gün məsələ ilə bağlı öz səhifəsində açıqlama verən “Twitter”in sahibi Cek Dorsi yalan olduğu ehtimalı böyük olan məlumatlara müvafiq işarənin qoyulmasına davam edəcəklərini yazıb: “Şirkətin fəaliyyətinə görə məsuliyyət daşıyan şəxs mənəm. Xahiş edirəm, bizim əməkdaşları bu prosesdən kənarda saxlayın. Biz bütün dünyada seçkilərlə bağlı qeyri-korrekt və mübahisəli məlumatları uyğun işarələməyə davam edəcəyik”.

“The Washington Post” qəzeti Trampın bu gün sosial şəbəkələrə nəzarətin gücləndirilməsini nəzərdə tutan əmr imzalaya biləcəyini yazıb. Hazırlanan sənədin ilkin variantında sosial şəbəkələrin siyasi qərəzliliyi ilə bağlı şikayətlərə Ticarət üzrə federal komissiyada baxılması nəzərdə tutulur.

“New York Post” qəzeti isə “Twitter”in yalnız Trampa qarşı belə addım atmadığını sübut edən materialla çıxış edib. Belə ki, mayın 27-də “Twitter” Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Litsizyanın iki statusunu eyni işarə ilə yayıb.

P.S. “Reuters” agentliyinin məlumatına görə, artıq D.Tramp haqqında bəhs edilən əmri imzalayıb.(musavat.com) 

pia.az 

 


Etiket: Tramp


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar