İranda ötәn sutka әrzindә daha 2 258 nәfәr koronavirusa (COVID-19) yoluxub...
Bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat verib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusa yoluxanların sayı 143 849 nәfәrә çatıb. Onlardan 2 543 nәfәrin vәziyyәti ağırdır.
O әlavә edib ki, ötәn 24 saat әrzindә daha 63 nәfәr koronavirus nәticәsindә ölüb. Bununla da İranda bu virusdan ölәnlәrin sayı 7 627 nәfәrә yüksәlib. Nazirlik rәsmisi indiyәdәk 112 988 nәfәrin koronavirusdan sağaldığını deyib.
İranda indiyәdәk 876 mindәn çox diaqnoz testi hәyata keçirilib.
pia.az