Bazar ertəsi, 06 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

2 milyard dollarlıq aktivlərinə həbs qoyulub, özü koronavirusa yoluxub...

Hazırda həbsdə olan və Moskvadakı məşhur “Lefortovo” təcridxanasında saxlanılan, orada koronavirusa yoluxan dağıstanlı milyarder-oliqarx Ziya Maqomedovun 2 milyard dollarlıq aktivlərinə həbs qoyulub...

Rusiya KİV-ləri xəbər verir ki, dövlət kontraktları zamanı mənimsəmələrdə və mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda ittiham olunan Z.Maqomedovun vəkili Viktoriya Silyurik bu haqda bildirib.

“Hazırda həbs qoyulan əmlakın, aktivlərin, bank hesablarının və üçüncü şəxslərə aid olan aktivlərin ümumi dəyəri 100 milyard rublu keçir, bu da Ziya Maqomedova qarşı irəli sürülən mənimsəmə ittihamlarında göstərilən rəqəmlərdən on dəfələrlə çoxdur. Hansı ki, o və iş üzrə adı keçənlərdən heç biri özlərini heç bir ittiham üzrə təqsirli bilmirlər”,-vəkil bildirib.

Bildirilir ki, müstəntiqlər hazırda Maqomedov qardaşlarının xarici banklardakı aktivlərini də axtarırlar. “Praktiki olaraq hər şeyə həbs qoyulub: şəxsi əmlakına, şirkətlərinin aktivlərinə, keçmiş arvadlarının əmlakına, habelə Moskvadakı evinə və mənzilinə”,-Viktoriya Silyurik deyib.

Ziya və Maqomed Maqomedov qardaşları 2018-ci ildə həbs edilib. (virtualaz.org)

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Ziya Maqomedov

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Bakıda koronavirus ocağı: Biz bu dəhşətin içərisində yaşamağa məcburuq? – Fotolar

Avqust ayında qəbul imtahanı olmazsa, abituriyentlər orduya çağrılacaq?

İyulun 20-nə kimi bu sahələrin fəaliyyətinə icazə verilir

ANS-in məşhur aparıcısının atası da koronavirusdan öldü - anasından 1 həftə sonra

Məşhur istirahət mərkəzində karantin rejimi pozulur: Qəlyan, hovuz… – Video

"İslahatların sürəti məndə ciddi narahatçılıq doğurur" - Qüdrət Həsənquliyev

Bakı polisi hoteldə əməliyyat keçirir - Foto, Video

Keçmiş deputat icra başçısına “artist” dedi

loading...

Ən çox oxunanalar