Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda XDMX-nin geyimində “kapitan” saxlanıldı

Özünü Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı kimi təqdim edən şəxsi polislər ifşa edib...

DİN-dən verilən məlumata görə, mayın 28-də gecə saat 3 radələrində Yasamal rayonu ərazisində xidmət aparan DİN-in Əlahiddə Çevik Polis Alayının əməkdaşları hərbi geyimdə olan bir nəfəri baş nahiyəsindən xəsarət almış halda yolun kənarındakı səkidə oturmuş vəziyyətdə görüb ona yaxınlaşıblar.

Həmin şəxs, özünü polis əməkdaşlarına Xüsusi Dövlət Mühafizə Xidmətinin bölük komandiri kimi təqdim edib. O, sərxoş və yaralı vəziyyətdə olduğuna görə asayiş keşikçiləri tibbi yardım göstərilməsi məqsədi ilə dərhal hadisə yerinə təcili tibbi yardım stansiyasının həkimlərini dəvət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra həmin şəxsin üzərində xidməti vəsiqənin olmaması polis əməkdaşlarında əsaslı şübhələr yaradıb və o, müvafiq araşdırmaların aparılması məqsədilə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gətirilib.

Araşdırmalarla onun Ağdaş rayon Korarx kənd sakini Elmir Əhmədov olması və XDMX-nın əməkdaşı olması barədə verdiyi məlumatın tamamilə yalan olduğu müəyyən edilib.

E.Əhmədov izahatında xüsusi karantin rejimi dövründə nəzarət postlarından sərbəst və maneəsiz keçmək üçün bu formadan istifadə etdiyini etiraf edib.

Araşdırmalar zamanı o da müəyyən edilib ki, E.Əhmədov mülki hüquqi öhdəliklərin icrasından yayındığına görə Ağdaş RPŞ tərəfindən də axtarışdadır.

Faktla bağlı Polis Şöbəsində müvafiq araşdırmalar aparılır, nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

pia.az


Etiket: DİN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar