Cümə axşamı, 09 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Şirməmməd Hüseynovun qızı Mədəniyyət naziri olacaq?

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində həyata keçirdiyi anti-korrupsiya əməliyyatının ardından istefaya göndərilən mədəniyyət naziri Əbülfəs Qarayevin xələfinin kimliyi məsələsi gündəmin əsas mövzularındandır... 

Yeni mədəniyyət nazirinin kimliyinin bunca ictimai marağın bir səbəbi də bu sahədə illərlə yığılıb qalmış problemlərin həllinə olan gözləntidir.

Odur ki, indi hər kəs bu posta peşəkar və səriştəli kadrın təyin olunacağına ümüd edir. Mediada isə yeni mədəniyyət naziri kimi bir çox şəxslərin adları hallandırılır, sosial şəbəkələrdə hər kəs bu vəzifəyə layiq bildiyi namizədlərinin təbliğinə start verib. Bu isə mövzunun Azərbaycan ictimaiyyəti üçün nə qədər önəmli olduğunu göstərir.

Etibarlı mənbənin bildirdiyinə görə, yaxın günlərdə bu posta təyinat gerçəkləşdiriləcək. Həmin vəzifəyə isə iki real namizədin olduğu, yeni nazirin həmin şəxslərdən birinin olacağı bildirilir.

Yeni mədəniyyət naziri postuna iki real namizəddən biri Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Azərbaycanın əməkdar incəsənət xadimi, qalereya sahibi Emin Məmmədovdur. Xatırladaq ki, E.Məmmədov çalışdığı müxtəlif vəzifələrdə özünü peşəkar rəhbər, yaradıcı şəxs kimi təsdiqləmiş biridir. Onun mədəniyyət naziri vəzifəsinə gətirilməsində də məhz bu amilin rol oynadığını bildirən mənbənin sözlərinə görə, hakim dairələrdə E.Məmmədova böyük etimad və inam var.

Bildirək ki, E.Məmmədov yaradıcı nəslin nümayəndəsidir. Atası Səlhəb Məmmədov məşhur heykəltəraş, Azərbaycanın xalq rəssamı, professordur. O, Berlində "Xocalı” abidəsi və Romada "Nizami Gəncəvi” abidəsi də daxil olmaqla, bir çox əsərlərin müəllifi kimi tanınır. Səlhəb Məmmədov həm də Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. Qardaşı Elxan Məmmədov isə AFFA-nın Baş Katibidir.

Mədəniyyət naziri vəzifəsinə ikinci real namizəd isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sabiq rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Fərəh Şirməmməd qızı Əliyevadır.

Fərəh Əliyeva uzun illər mədəniyyət sahəsində müxtəlif vəzifələrdə çalışıb və onun fəaliyyəti həmişə dövlət tərəfindən yüksək dəyərləndirilib. Həm bu sahənin bilicisi olması, həm də müsbət ictimai reputasiyaya malikliyi F.Əliyevanın nazir postuna təyinatını şərtləndirən amillərdən sayılır.

Qeyd edək ki, Fərəh Əliyeva tanınmış professor Şirməmməd Hüseynovun qızıdır.(Sfera)

pia.az 

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Ramiz Mehdiyev təcili həbs edilməlidir” - Partiya sədrindən ittiham dolu açıqlama

Oğlunu Həzrəti Əli ilə müqayisə edən Siyavuş Novruzova cavab

Oqtay Şirəliyevin Bakıda 1 hektarlıq villasının görüntüləri yayılıb – Foto

Müdafiə Nazirliyinin generalı niyə işdən çıxarılıb? – İlginc faktlar

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

DİN rayonlarda “Subsidiya” əməliyyatına başladı, 10-dan artıq şirkət rəhbəri saxlanıldı - Yenilənib

Hansı rayonda neçə koronavirus xəstəsi var? - Siyahı

Elmarın 17 anı - Məmmədyarovun baharını qışa çevirən səbəblər

Ramiz Mehdiyevlə bağlı məsələ böyüyür: “O, belə ifadələr işlədib”

Sabunçunun icra başçısının supermarketə “səlib yürüşü”: Təxribat, yoxsa ağılsız səhv? - Video

"Ey bizim ölkənin həkimləri, hörmətli TƏBİB-i başa salın ki..." - Elnarə Xəlilova

Yay, pandemiya və susuzluq... - Buzovnada müsibət içində müsibət...

loading...

Ən çox oxunanalar