Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsulzadənin nəvəsi: “Atam babamın dəfninə getmədi”

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Azərbaycan Televiziyasının (AzTV) “Telesəhər” proqramının qonağı olub... 

O, sovet hakimiyyəti dövründə atası Azər Rəsulzadənin başına gətirilənlərdən, Bakıya gizli yollarla gedib-gəlməyindən danışıb.

Bildirib ki, atasına qarşı dəfələrlə təxribat törədiblər. Hətta Məhəmməd Əmin Rəsulzadənin vəfatından istifadə etmək istəyənlər də olub: “1955-ci ildə atamı çağırdılar ki, atanız Ankarada vəfat edib, getmək istəyirsinizmi? Təbii ki, atamı Ankaraya müəyyən şərtlərlə göndərirdilər. Atam 35 yaşında idi, bilirdi ki, şərtlərə məxfi işlərlə məşğul olmaq, kimlərləsə əlaqə yaratmaq da daxildir. Atam dedi ki, getmək istəmirəm”.

Rais Rəsulzadə Bakıya niyə gəldiyini də söyləyib: “1965-ci ildə Bakıya gəldim. Atam etiraz eləyirdi. Amma mən hər şeyi bilirdim, deyirdim ki, ədaləti bərpa eləməliyəm”.

M.Ə.Rəsulzadənin yadigarı atasının son arzusunu açıqlayıb: “Atam vəsiyyət eləmişdi ki, vətəndə dəfn olunsun. Kimsə gəlib Heydər Əliyevə Rəsulzadənin oğlunun vəfat etdiyini deyəndə, soruşmuşdu ki, siz hələ onu gətirməmisiniz? Ondan sonra xəbər aldıq ki, təyyarə gəlir. Gecə ilə gəldilər, apardıq, Novxanıda babasının yanında dəfn elədik”.

R.Rəsulzadənin xatirələrini daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.(musavat.com)

piaaz


Etiket: Rəsulzadə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar