Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Hazırda 3 aylıq işıq, qaz pulu borcum var, övladlarım ödəyəcək” - Aslan İsmayılov

Tanınmış hüquqşünas Aslan İsmayılov gündəmin müzakirə mövzusu olan məsələlərlə bağlı müsahibə verib...

PİA.az həmin müsahibəni təqdim edir:

-Aslan bəy, yerli və mərkəzi icra hakimiyyətlərində həyata keçirilən həbslərə müxtəlif yanaşma var. Baş verənlər barədə sizin də fikirlərinizi bilmək maraqlı olardı. Bu prosesi necə qiymətlənirirsiniz?

-Yerli icra hakimiyyətlərində aparılan əməliyyatları dəstəklədim, Mədəniyyət Nazirliyində baş verənlərə reaksiya vermədim, Dövlət Sərhəd Xidmətindəki həbslərə isə etiraz etdim.

-Bu etirazın səbəbi nədir? Məgər Dövlət Sərhəd Xidmətində keçirilən əməliyyat qanunsuz idi?

-Xeyr. Etiraz əməliyyatın qanunsuz keçirilməsilə bağlı deyil. Şübhəsiz bu qurumda da rüşvət və korrupsiya faktları var. Bu əməliyyat çəkilişlərindən də göründü. Sadəcə hesab edirəm ki, hakimiyyət sistemsiz hərəkət edir. Məsələ burasındadır ki, Mədəniyyət Nazirliyi və Dövlət Sərhəd Xidmətindən qat-qat çox korrupsiaya bulaşan qurumlar var. Əgər Dövlət Sərhəd Xidmətində tutaq ki, il ərizndə rüşvət və korrupsiyanın məbləği 1 milyondursa, Müdafiə Nazirliyində bu məbləğ daha fantastikdir. Mən hələ Təhsil, Səhiyyə nazirliklərini, AZAL-ı demirəm. Bu qurumlarda indinin özündə də irimiqyaslı korrupsiya əməliyyatları həyata keçirilir. Hesab edirəm ki, hakimiyyət mərkəzi icra hakimiyyətlərində rüşvət və korrupsiaya qarşı mübarizəyə başlayanda daha dəhşətli vəziyyətdə olan qurumları hədəfə almalı idi. 

Mübarizəyə icra hakimiyyətlərindən başlamaq məntiqli və sistemli addım idi. Amma sonradan sistem itdi. Başa düşürəm, kütləvi həbslər həyata keçirmək müşküldür. Elə təkcə Bakı rayonlarının icra başçıları həbs edilsə, ölkə qarışar.

-Nədən belə düşünürsünüz?

-İllərdir ki, bu sistem oturuşub və yüzlərlə oliqarx yetişdirib. Həmin oliqarxlar da bütün qohum əqrabalarını vəzifələrə təyin etdirib. Diqqət edin, bir “JEK” müdiri həbs olunan kimi ölkə dəyir bir-birinə. Çünki qohumluq bağlarından istifadə edərək hakimiyyətdə şəbəkələşiblər. Əlbəttə ki, onlar prosesə mane olmağa çalışacaqlar. Belə deyək, əslində, hakimiyyət özünün qurduğu sistemin qurbanına çevrilib. 

Ucdantutma bütün korrupsionerləri həbs etməyə başlasan ölkə xaosa dönər. Təəssüf  ki, reallığı anlamayan, yaxud anlamaq istəməyən qüvvələr çağırışlar edirlər, korrupsioner məmurlaın hamısının həbsini tələb edirlər. Bu mümkün deyil axı. Əgər çıxıb elan eləsən ki, mən hakimiyytə gəlib bunların hamısını həbs edəcəm və varidatını da camaata paylacağam, o zaman ölkədə qan su yerinə axar. Bu çox ucuz və ziyanlı populizmdir. 

-Deyirsiniz ki, artıq həbslər dayandırılmalıdır?

-Xeyr. Sadəcə bütün işlər addım-addım görülməlidir. Mən demişdim, yenə deyərəm. Maliyyə aministiyası elan olunsun, ondan sonra hər kəs gəlirləri barədə hesabat versin. Məhkəmə sistemində köklü islahatlar aparılsın, o zaman rüşvət və korrupsiyanın da kökü kəsilər. Velosiped icad etmək lazım  deyil. Dünyada qəbul olunan qaydalar var ki, onlara riayət etsən kifayətdir.

-Aslan bəy, Milli Şuranı da dövlət çevirlişinə cəhddə ittiham etmisiniz. Bu, hansısa məlumata əsalanır?

-Xeyr, məndə bununla bağlı hansısa məlumat yoxdur. Sadəcə məntiqim belə deyir. Bu gün hakimiyyətdə elə qüvvələr var ki, onlar islahatlara mane olmağa çalışırlar. Təəssüf ki, müşahidə aparanda həmin qüvvələrin Milli Şura ilə demək olar ki, eyni hərəkət etdiyi sezilir. Bunun nətciəsidir ki, mən Milli Şuranın indi həbs olunmuş məmur oliqarx qrupu və digər qüvvəlrlə payızda çevrilişə cəhd edəcəyini demişdim. 

Özünüz baxın, yeni qüvvə yaranan kimi Milli Şura onu sıradan çıxarmağa çalışır. Onların qapalı iclaslarından yayılan videolar da bunu göstərir. Mənim heç o BİZ təşkilatı (Birlik İnkişafa Zəmanətdir Vətəndaş Təşəbbüsləri platformasını nəzərdə tutur – red) haqqında məlumatım yox idi. Həmin videodan sonra xəbər tutdum. Görürsünüz, orada yeni yaradılan təşkilatı sıradan çıxarmaq haqqında danışırlar. Cəmil Həsənli deyir ki, hamı klaviatura arxasına. Axı niyə?

-Milli Şura hesab edir ki, səmimi mübarizə aparanlar onlarla birgə olmalıdır. Həmçinin belə qənaət var ki, Milli Şuradan kənarda yaradılan təşkilatlar, birliklər əslində hökumətin layihələridir...

-Bax görürsünüz, “ya mənimlə olmalısan, ya da düşmənimsən” prinsipi ilə addım atırlar. Axı bu ölkədə hər şey ağ və qara deyil. Müxtəlif rənglər var. Yəni, hər kəsin hadisələrə özünü baxışı var. Niyə mən proseslərə Milli Şuranın, Əli Kərimlinin, Cəmil Həsənlinin, yaxud İlham Əliyevin, Ramiz Mehdiyevin gözü ilə baxmalıyam? Məgər mənim gözüm yoxdur? Biz hələ Elmar Hüseynovla “Monitor”, “Bakinskiy Vedomosti”, “Bakinskiy Bulvar”, “Demokratik Azərbaycan” nəşrlərini yaradanda belə şərt kəsmişdik ki, həm hakimiyyətin, həm də müxalifətin nöqsanlarını yazacağıq. Tərəf olmayacağıq və heç vaxt hakimiyyətə iddia etməyəcəyik . Mən indi bunu təkbaşına edirəm. Hesab edirəm ki, bu gün Azərbaycanda buna ehtiyac var. Qoy olsun da müxtəlif yanaşmalar. Niyə fərqli düşünənləri dərhal düşmən, satqın elan etməliyik?

Bir məqamı da qeyd edim. Mən hakimiyyətdəki islahatçı komandanın müsbət işlərini qeyd etmişəm və bunu onlara görə yox, Vətənimə fayda verdiklərinə görə etmişəm. İndi görürəm ki, bunlar da istəyir ki, hadisələrə ancaq onların gözü ilə baxım. Son yazımda da qeyd etmişəm ki, mənim öz baxışım var. Ağlım sizinkidən əskik deyil, bəlkə də artıqdır. Mən həyatımın 31 ilini buna sərf eləmişəm. İndi hansısa məhkumluğa, tənqidə, təhqirə görə yolumdan dönməliyəm! 31 ildir Azərbaycandayam. Bu müddət ərzində bütün qüvvələr məni ram etmək istəyib. Amma ən zəif vaxtlarımda, övladlarım körpə olanda belə ram edə bilmədilər. İndi isə övladlarım böyüyüb və nəinki mənim köməyimə ehtiyacları yoxdur, əksinə kömək edirlər. Mənim hal-hazırda 3 aylıq işıq, qaz pulu borcum var onu da onlar ödəyəcəklər. Belə olan halda gedib onlardan pul istəməliyəm və öz baxışlarımdan, düşüncəmdən imtina etməliyəm? Bu mümkün olan şey deyil. 

-Bəlkə məbləğ azdır ona görə belə deyirsiniz?

- O zaman məbləğimi deyim. Mənim dəyərimi ödəmək üçün nə milyonlar, nə də milyardlar bəs edər. Yoxdur elə bir məbləğ. Bunu hər kəs bilsin və kim düşünürsə ki, hansısa məbləğə Aslan İsmayılovu yolundan döndərmək olar, bunu ağlından silib atsın. Əvvəllər Əli Həsənovun göstərişi ilə məni söyən yaramaz trollar indi də yenə hakimiyyətdən aldıqları pul hesabına və əminəm ki, Prezident aparatından hansısa məmurun göstərişi ilə məni söyürlər, şantaj etmək istəyirlər.

Bir başqaları da islahat komandasına görə söyürlər. Kimliyimi bil-bilə yaramaz adamları salıblar üstümə. Bəzi yaramazlar indi də balalarımla məni şantaj etmək istəyirlər.Buradan deyirəm bilin. Balalarımın ayaqları bildiyini sizin başınız bilmir. Hər iki oğlum siz yaramazların balalarından fərqli olaraq biri ABŞ-da, digəri Almaniyada ən prestijli universitetləri bitiriblər. Dünyanın bir çox ölkələrində uğur qazanıblar. Hər ikisi Vətənə qayıdıb hərbi borclarını yerinə yetirib yenıdən sizi kimi yaramazlarları şər-böhtanına məruz qalmamaq üçün xaricə üz tutublar. İngilis, alman, rus dillərini sizin balalarını kimi yox səlist bilirlər. Avropada, Amerikada ingilis, alman dillərində, o cümlədən Avropa arbitraj hakimlərinə mühazirə oxuyublar, kiçik oğlum Almaniya Parlamentində işləyib. Hər ikisi Vətənləri üçün təmənnasız çox faydalı işlər görüblər. Bunu hakimiyyət rəsmiləri də bilirlər, ancaq susurlar.

Onlar isə bu barədə danışmırlar. Mənim haqqım yeyilən kimi onların da haqları dəfələrlə yeyilib. Onların gördükləri bir çox işləri hakimiyyət rəsmiləri öz adlarına çıxıblar. Mən etiraz edib ictimailışdirmək istəyəndə buna razılaşmayıblar, çünki bəzi yaramazlar kimi Azərbaycana yem yeri kimi yox Vətən kimi baxıblar. Hələ 2010-cu ildə Həyat Regenci otelində Sumqayıt kitabının təqdimatından sonra hər iki oğlum Sumqayıt1988.com saytını təqdim etdilər.

Həmin vaxtlar Milli Məclisdə komissiya sədri olan Rəbiyyət Aslanova mənə yaxınlaşıb hər ikisinin sənədləri istədi ki, ölkə rəhbərliyinə təqdim edib Azərbaycanda işləməyə cəlb etsin. Onda nə mən, nə də oğullarım buna razılaşmadılar. Bunu da yoxlaya bilərlər. Bəli, islahat başlayan kimi bütün azərbaycan gənclərinə müraciət etdiyim kimi onlara da Vətənə qayıtmalarını xahiş etmişəm. Bunu da ona görə etmişəm ki,bəzi yaramazlar deməsinlər ki, əgər yaxşıdırsa öz balalarını niyə xaricdə saxlayıbsan. Bir də bu Dövlət kiminsə dədə mülkü deyil. Bundan başqa əgər balalarım haradasa işləyəcəklərsə çox yaramazların onların fəaliyyətinə lupa ilə baxacaqlarını hamı bilir. Əgər onlar həqiqətən gəlib burada işləyəcəklərsə buna ancaq sevinəcəm, çünki bu Vətənimin xeyrinə olacaq. Onlar öz bacarıqlarını xarici dövlətlərə yox, Vətənimə həsr edəcəklər. Siz bədbəxtlərin isə ortaya çıxarılacaq balalrınız belə yoxdur.

Bir xanım var, adını çəkmək istəmirəm. Tez-tez adımı hallandırır, məni söydürür. Bu yaxınlarda deyib ki, guya mən “300 minlik səhifəm var” deyə-deyə “Paşalar”ın sifarişini yerinə yetirirəm. Mən bunu oxuyanların hamsından dönə-dönə üzr istəyirəm. Onun da atası rəhmətə gedib, mənim də. Onun da atası şərəfli kişi olub, mənim də. Ona da atası əziz olub, mənə də. Mən buradan deyirəm, o yola gedənin və yalan danışanın atasına lənət olsun. Bundan artıq nə deyim? Söyüş söyüm?
İndi bu islahatçılar bilirlər ki, barəmdə qanunsuz çıxarılan üç hökmün üçü də yenə qüvvədə qalır. Sonuncu yazımdan sonra Əli Həsənovun trollarından biri yenə fəallaşıb. Vaxtilə Əli Həsənov onu üstümə qısqırdırdı, indi də yeni komanda. 

Mən buradan xəbərdarlıq edirəm. Mənimlə bu cür rəftar etməyin. Bu gün sizi müadfiə etməyim sizə görə deyil, vətənimə görədir. Bu ölkənin hara yuvarlandığını bilirəm. Əgər bu ölkədə bir daha xaotik vəziyyət yaransa, müstəqilliyimiz əldən gedəcək, ölkə parça-parça olacaq və qan su yerinə axacaq.

-Yeni təyinatlara münasbibətiniz necədir?

-Əgər icra hakimiyyətlərinə təyinatları nəzərdə tutursunuzsa, çox pis. Biri Əli Həsənovla Səttar Mehbalıyevin, digəri Cavid Qurbanovun, bir başqası Eldar Əzizovun digəri Kərəm Həsənovun qohumudur. Yəni, yeni təyinatlarda köhnə ənənə müşahidə olunur. Nədir, bu millət o qədər savadsızdır ki, 10 milyonun içindən bir kadr tapmaq olmur? Azərbaycanda həmin o icra başçısı təyin olunan cavanlardan min dəfə savadlı, vətənini sevən, torpağına və millətinə bağlı olan bacarıqlı kadrlar var. Niyə onlardan birinə vəzifə vermirlər? Ağzından süd iyi gələn, danışığını bilməyənin biri 8 yaşında eşitdiyi hadisələrə qiymət verir.

Doğrusu, mən düşünürdüm ki, Prezident onun sözünü kəsəcək. Mən o Seymur Orucovun çıxışından diksindim. Şəxsən mən olsaydım, onu sona qədər dinləməz, sözünü yarımçıq qoyub deyərdim ki,   burnun girməyən yerə başını soxma. İndi belə bir adam Ağstafa kimi mürəkkəb, əhalisi savadlı olan bir yerdə baş çıxara bilərmi? Əlbəttə çıxara bilməz. 

-Dediniz ki, kadr təyinatlarında yenə də ənənəvi üsuldan istifadə edilir. Yəni daha çox qohumluq bağlarına diqqət yetilir. Sizcə, bunun səbəbi nədir? Axı görünən budur ki, bu sayaq idarəetmənin ciddi fəsadları olur...

-Hesab edirəm ki, hakimiyyət sadəcə hadisələrin ciddiliyini hələ də anlamır, yaxud da anlamaq istəmir. 

Bir söz deyim. Azərbaycanın ictimai mühitində müxtəlif sahələr üzrə kifayət qədər peşəkar adamlar var. Mən demirəm onlara vəzifə verilsin, heç olmasa islahatlar zamanı onlarla məsləhətləşmək olar. Məsələn, hüquq sahəsində islahat apararkən Aslan İsmayılovu çağırıb onun fikirləri öyrənəndə nə olar? Yaxşı məndən xoşunuz gəlmir, başqa savadlı hüquqşünaslarımız var. Yaxud media sahəsi ilə bağlı Mehman Əliyevin, QHT sahəsi ilə bağlı Əvəz Həsənov, neft sektoru ilə Sabit Bağırov və adlarını sadalamadığım kifayət qədər peşəkar insanlarla məsləhətləşmək olmazmı?

Nədir, üzüyünüzün qaşı düşəcək? Vahid Əhmədov iqtisadi sahəni çox yaxşı bilən, vətəninə, millətinə bağlı olan, Azərbaycanın müstəqilliyinə səs vermiş şəxsdir. Niyə bu adamı Milli Məclisdə çürüdürlər? Onu bir peşəkarı olduğu iqtisadi sahəsində bir vəzifəyə təyin etmək olmazmı? 

Yenə Dövlət Sərhəd Xidmətindəki əməliyyata qayıtmaq istəyirəm. Mən həbs edilən general Əfqan Nağıyevlə bağlı yazı qoydum. Yüzlərlə adam yazdı, onu nümunəvi general kimi xarakterizə etdilər. Xarakterizə edənlər də vaxtilə bir başa onun tabeçiliyində işləmiş şəxslərdir. Biri yazır əsgəri olmuşam, digəri deyir ki, zabiti olmuaşm və hamısı onun adını qürurla çəkirlər.

Daha sonra isə məlumat aldım ki, “Günəşli” yatağında yanğın olanda 35 nəfər neftçi platformanın altında asılı vəziyyət qalıb. Həmin vaxt hadisə yerində olan Əfqan Nağıyev onların oradan çıxaırlmasında həyatını riskə ataraq müstəsna xidmət göstərib. İndi belə bir adamı həsb ediblər. Başa düşürəm Rusiya amili var, ehtiyatlı olmaq lazımdır, amma daha bu qədər də yox. Mən ishalahatlara, müsbət addımlara dəstək verirdim, bu gün də verirəm və dəstəkləməkdə davam edəcəm. Çünki başqa yol görmürəm. Bax gəlib hansısa qüvvə məni inandırsınlar ki, bu hakimiyyəti devirib, stabilliyi, müstəqilliyimizi qoruyub  ölkəni düzəldəcyik, durum onların yanında. Yoxdur belə qüvvə. Əgər islahatlar da bir klanın digər klanla əvəzlənməsi şəklində olacaqsa, o zaman bu ölkənin axırı yaxşı olmayacaq. 

İnsanlarımız da seyrçi, passiv yaxud boş tənqidçi olmasınlar, vətənşüvənlərin xoruna qoşulmasınlar. Hadisələri daha dərindən incələsinlər, bilmədikləri sahədə yürüdülən populist fikirlərə dərhal züy tutmasınlar. Tənqidlərində də xoşniyyətli olsunlar. İndi bəzən elə tələblər, elə fikirlər eşidirəm ki, bir balaca ağılı olanlar bunların mümkün olmadığını, sadəcə hakimiyyəti güncə sıxmaq məqsədi daşıdığını görürəm. Bəzi videolardan görürəm ki, insanlar bəzən qarşıdurma yaratmaq üçün boş bəhanələrdən istifdə edirlər. Xüsusilə, son vaxtlar polisə qarşı münasibət məni çox narahat edir. Bəli, polisin illərdir insanlarımıza qarşı çox haqsızlılr etdiklərini bilirəm. Ancaq son vaxtlar polisin dəyişdiyini də hiss edirəm.

Görünür ki, insanlara qarşı normal davranmaq istəyirlər. Bəziləri isə nəyin bahasına olursa olsun polisi hövsələdən çıxardıb qanunsuzluq etməsinə nail olmaq istəyir. Həmin videolardakı davranışın az hissəsi ABŞ, Avropada polisə qarşı olsa yerindəcə güllələyərlər. Bu çətin durumda hakimiyyətdən tələb etməklə yanaşı özümüzə qarşı da tələbkar, dözümlü olmalıyıq. Hamı üçün çətindir və daha da çətin olacağını bilirəm. Bunun da günahkarının hakimiyyət olduğunu da bilirəm. Ancaq bu gün başqa yolumuz yoxdur. Hamımız bir olub, bu çətin durumdan birlikdə çıxmalıyıq. (bizimxeber.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Ən çox oxunanalar