Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

YAP-dan qərargahların zəbt olunması xəbəri haqda – Açıqlama

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Musa Musayev bu günlərdə bəyan edib ki, partiyanın Binəqədi, Yasamal, Xətai və Nərimanov rayon təşkilatlarının köhnə qərargahları zəbt edilib. Lakin o, konkret ad çəkməyib...

Bundan başqa, Tərtərin icra başçısı Müstəqim Məmmədovun YAP-ın yerli təşkilatının köhnə qərargahını ələ keçirərək villaya çevirdiyi barədə məlumatlar var. 

Yenisabah.az məsələ ilə bağlı YAP-ın İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri deputat Aydın Mirzəzadəyə müraciət edib. Deputatın cavabı lakonik olub. “Bu cür əsassız ittihamlara cavab verməyə ehtiyac görmürəm”, - deyə o bildirib.

Aydın Mirzəzadə qocaman YAP-çı Əli Əlirzayev və Musa Musayevin partiyanı kənardan gələnlərin idarə etməsi barədə fikirlərinə də toxunub. O bildirib ki, adıçəkilən şəxslərin YAP-ın fəaliyyətində xidmətləri olsa da, bu fikirləri ilə razılaşmır.   

YAP daima inkişaf edən, günün tələblərinə uyğun olaraq siyasətini yeniləyən, gəncləri sıralarına cəlb edən bir siyasi təşkilatdır. Artıq 28 ildir ki, partiya yaranıb. Şübhəsiz ki, yeni similar ortaya çıxacaq. YAP-ın rəhbər strukturlarında ilk gündən partiyada yer alanlar təmsil olunur. Eyni zamanda da partiya aparatında da ilk gündən təşkilatda olanlar, eyni zamanda sonradan gələnlər də var. Ona görə də adıçəkilən şəxslərin fəaliyyətinə və özlərinə hörmət etməklə yanaşı, hesab edirəm ki, YAP bu gün üzərinə düşən missiyanı şərəflə yerinə yetirir”, - deyə Aydın Mirzəzadə bildirib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar