Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Leyla Abdullayeva: “Onların səfər məsələlərinə diqqət yetirilə bilər”

Koronavirus pandemiyasının davam etməsi ölkələr arasında gediş-gəlişi əngəlləyib...

Bu məsələnin nə vaxt həllini tapacağı çoxlarını düşündürür. Azərbaycanda buna dair yaranan əsas suallardan biridə xaricdə oxuyan tələbələrin, o cümlədən, ali təhsil almaq istəyən vətəndaşların Avropa ölkələrinə getmək üçün viza və digər yarımçıq qalan məsələlərinin həlli üçün nə etmələri ilə bağlıdır.

Yaranan suallarla bağlı Musavat.com-a danışan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bu məsələlərə aydınlıq gətirdi: “İndiki vəziyyətdə əgər söhbət Azərbaycanda olub, xaricə getmək istəyən tələbələrdən gedirsə, yəni azərbaycanlı tələbə xaricdə oxumaq üçün səfər etmək istəyirsə, bilirsiniz ki, mövcud koronavirusla mübarizə çərçivəsində hazırda hərəkət məhdudiyyəti, o cümlədən, xarici ölkələrlə gediş-gəlişdə məhdudiyyət mövcuddur. Xaricə digər səbəblə getmək istəyən vətəndaşlarımıza gəldikdə isə ilk növbədə, getmək istədikləri ölkələrin onları qəbul edib-etməmələri burada əsasdır. Yəni həmin ölkələrin qəbuletmə mexanizmlərinə aydınlıq gətirmələri vacibdir. Bunun üçün də, birinci növbədə vətəndaşların getdikləri ölkələrin Azərbaycandakı səfirlikləri ilə əlaqə saxlamaları vacibdir. Əlaqə saxlayıb, həmin ölkələrdəki vəziyyətin necə olduğunu, kənardan vətəndaşları qəbul edib-etmədiklərini öyrənə bilərlər. Təhsillə bağlı vəziyyət necədir, planlar nədir kimi məsələlərə aydınlıq gətirilməsi çox önəmlidir. Yalnız bu mexanizmləri aydınlaşdırdıqdan sonra artıq növbəti mərhələdə onların səfər məsələlərinə diqqət yetirilə bilər”.

pia.az


Etiket: XİN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar