Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bütün vasitələrlə H.Əliyevə yaltaqlanmağa çalışdın ki, vəzifədə saxlasın"- Professorla deputat arasında qalmaqal

“Gün gələcək satdığın əqidə dostlarının qabağında diz çöküb ağlayacaqsan”...

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, professor Kamil Vəli Nərimanoğlu ilə deputat Fazil Mustafa arasında gərginlik yaşanıb.

PİA.az-ın xəbərinə görə, buna səbəb deputat Etibar Əliyevin sosial şəbəkədə Rusiya əsilli ABŞ şairi, Nobel mükafatı laureyatı İosif Brodski haqqında yazdığı status olub.

Kamil Vəli Nərimanoğlu İosif Stalinin Brodskini mühacirətə yolladığını qeyd edib. Lakin ona Stalin dünyasını dəyişəndə Brodkinin 13 yaşı olduğu xatırladılandan sonra yazdıqlarına düzəliş edib.

Bu zaman Fazil Mustafa professoru tənqid edib.

“İndiyədək bir orijinal mətnə sahib olmayan bu savadsız "professor" həmişə bu cür səviyyəsiz atmacalarla müzakirələrə qatılaraq bir düşüncə adamı olduğunu qabartmağa çalışır. İnanın ki, Brodskinin bir misrasını belə anlayacaq zəkaya sahib deyil”, - deyə deputat bildirib.

Kamil Vəli Nərimanoğlunun deputata cavabı sərt olub: “Sən mənim ikinci, üçüncü dərəcəli tələbələrimin də əlinə su tökə bilməzsən. Sən adi diletantsan, bu ayıb deyil, satqın olmaq cox böyük ayıbdır. Qulağında sırğa olsun. Rəhmətlik Elçibəyin sənin kitabın haqqında müzakirədə dediyi sözü və rəhmətlik Fuad Qasımzadənin dediyi sözləri yazmıram. Dad yarımçıq əlindən. Bir gün gələcək satdığın əqidə dostlarının qabağında diz çöküb ağlayacaqsan. İnşallah. Fetoçu dostlarından da yazmıram. Mənə yaraşmaz. Get işinlə məşgul ol”.

Fazil Mustafa professorun bu yazdığını da cavabsız qoymayıb: “Kamil Vəli, sən kiməsə dərs deyə bilərsən, ancaq sənin tələbən ola bilməz. Çünki savadsız və rüşvətxor adamın tələbəsi olmur. Universitetə xeyli özün kimi savadsızın rüşvətlə qəbul olmasında roluna görə səni hərəkat vaxtı tələbələr yaxına buraxmırdılar. Yalnız Əbülfəz bəyin xahişindən sonra sənə salam vermək əziyyətinə qatlandıq. Azərbaycan dilçiliyində Dəmirçizadənin, Şirəliyevin, Ağamusa Axundovun tələbəsi ola bilər, Kamil Vəlinin yox. Azərbaycan tarixində adının qarşısına Kərbəlayi sözünü yazan yeganə professor-saxtakarsan. Oradan-buradan köçürdüyün mətnlərlə özünə alim də deyə bilərsən, ancaq bütün titullarını məhz həyatının təməl fəlsəfəsinə çevrilmiş "girmək"lə əldə etmisən. Bizim hakimiyyətdə yeganə adam oldun ki, vəzifəni qoruyub saxlamaq üçün hər vasitəyə əl atdın və bütün vasitələrlə H.Əliyevə yaltaqlanmağa çalışdın ki, vəzifədə saxlasın. O, isə birinci səni qovdu. Satqınlığın təməlini orada qoymusan. İnşallah, bir fürsət olar, hansısa debatda sənin savadsız, əsərləri plagiat və əqidəsiz bir kimlik olduğunu çox rahatlıqla ortaya qoyaram”.(Yenisabah)

pia.az


Etiket: Fazil Mustafa


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar