Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Rusiyadan təcavüz gözləyirik" - Gürcüstan prezidentindən sensasiyalı açıqlamalar

"Rusiyanın koronavirusu və iqtisadi böhran önləmək cəhdləri üstəgəl neftin kəskin ucuzlaşması Kremli ölkə sərhədləri xaricində yeni təcavüzə sövq edə bilər"... 

Bu xəbərdarlığı Gürcüstan Prezidenti Salome Zurabişvili “The Financial Times” qəzetinə müsahibəsində dilə gətirib.

Hazırda Gürcüstan ərazisinin beşdə biri Moskvanın nəzarəti altındadır. Moskva 2008-ci ildə beş günlük müharibə edərək Gürcüstanın Şimalı Osetiya və Abxaziya regionlarını tutub.

Zurabişvilinin fikrincə, pandemiya və neft böhranı, siyasi vəziyyət Rusiyanı daha aqressiv olmağa, ölkə kənarında uğurlarını göstərməyə sövq edə bilər.

“Ümid edə bilərəm ki, bu dəfə belə olmayacaq, böhran Rusiya liderlərinə problemlərin həllindən ötrü başqa yol axtarmağa sövq edəcək”, – prezident söyləyib.

Gürcüstan Rusiyanı Cənubi Osetiyada sərhəd postları və hasarlar çəkməkdə, Abxaziyaya raketlər və radar yerləşdirməkdə ittiham edir. Prezident deyir ki, koronavirus pandemiyası Rusiyanın işğal etdiyi ərazilərdə də risklər yaradır, çünki Moskva bu pandemiyayla bağlı şəffaf mövqe sərgiləmir.

“Biz göstərmək imkanında olduğumuz dəstəyi verə bilmədik. Əksinə, separatçı hakimiyyət münasibətləri daha da gərginləşdirdi və hər şeyə nəzarət etməyə can atdı. Rusiya tərəfdə də bir dəyişiklik görməmişik: pandemiya ilə əlaqədar çox şəffaflıq müşahidə etmədik”, – Zurabişvili Cənubi Osetiyadakı durumla bağlı söyləyib.

Gürcü kökənli Zurabişvili keçmiş Fransa diplomatıdır, 2004-cü ildə xarici işlər naziri olmaq üçün Gürcüstan vətəndaşlığını qəbul edib, 2018-ci ildə prezident seçilib.

Rusiyada koronavirusa yoluxanların sayı 345 minə yaxınlaşır, ölü sayı 3 min 541 nəfərdir. Gürcüstanda isə 731 nəfər yoluxub, onlardan 12-si vəfat edib. (azadliq.org)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar