Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan İstiqlal Muzeyi öz fəaliyyətini bərpa etdi

Xüsusi karantin rejiminin qismən yumuşaldılması ilə bağlı olaraq Azərbaycan İstiqlal Muzeyi fəaliyyətini bərpa edib...

PİA.az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərərgahın koronavirus infeksiyası ilə bağlı Azərbaycandakı sanitar – epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumuşaldılması ilə 18 may 2020 – ci ildən muzeylər öz fəaliyyətini bərpa etdi.

Fəaliyyətini bərpa edən Azərbaycan İstiqlal Muzeyi Operativ Qərərgahın və Beynəlxalq Muzeylər Şurası İCOM – un dərc olunmuş tövsiyələri çərçivəsində əməkdaşların və muzeyi ziyarət edən tamaşaçıların sağlamlığını qorumaq məqsədi ilə müəyyən qabaqlayıcı tədbirlər görmüşdür.

Muzeyin zallarında COVİD – 19 – dan qorunmaq üçün məlumatlandırıcı löhvələr asılmış, sosial məsafənin qorunması məqsədi ilə nişanlanma aparılmış, maska, əlcək və dezinfeksiya vasitələri qoyulmuşdur. Eyni zamanda muzeyin ekspozisiya zalları və inzibati otaqları xüsusi lisenziyaya sahib və bu sahədə fəaliyyət göstərən təşkilat tərəfindən bütün sanitar gigiyenik normalara əməl edilməklə təkrarən dezinfeksiya edilmişdir.

İstiqlal Muzeyində tamşaçıların asudə vaxtlarını səmərəli təşkil edə bilmələri üçün infeksiyaya əks-epidemik tədbirlər hər gün mütəmadi olaraq təkrarlanır.

Keçmişimizə səyahət və dövlətçilik tariximizə dair maraqlı məlumatları öyrənməniz üçün Azərbaycan İstiqlal Muzeyi Sizin yolunuzu gözləyir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar