Cümə, 03 İyul 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Qurban Qurbanov və "Qarabağ" dünya rekordçuları arasında yer alıb

CİES Futbol Observatoriyası dünyanın 84 liqasında çıxış edən klublar və onların baş məşqçiləri ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb...

Apasport.az saytının məlumatına görə, hesabatda 2015-19-cu illərdə öz ölkəsinin yüksək liqasında çıxış edən klubların bu müddətdə neçə baş məşqçiyə güvəndiyi əksini tapıb.

Yalnız 30 komanda bu müddətdə çalışdırıcısını dəyişməyib. Rekordçular sırasında Ağdamın “Qarabağ” klubu da var. Son illərin dəyişməz Azərbaycan çempionu 2015-ci il yanvarın 1-dən 2019-cu il dekabrın 31-dək olan dövrdə yalnız Qurban Qurbanova etimad göstərib.

Eyni göstəriciyə malik digər 29 klub arasında “River Pleyt” (Argentina), “Aberdin” (Şotlandiya), avrokuboklardakı rəqiblərimizdən “Uypeşt” (Macarıstan), “Kopenhagen” (Danimarka), “Speranta” (Moldova) da var.

Digər Azərbaycan klublarına gəlincdə, hesabat dövründə Premyer Liqanın daimi iştirakçılarından “Qəbələ” və “Sumqayıt” hərəyə 4, “Keşlə” 6, “Neftçi” isə 8 baş məşqçiyə bel bağlayıb. Dünyanın antirekordçusu isə Boliviyanın “Real Potosi” klubudur. Bu komandanı 5 ildə 20 mütəxəssis çalışdırıb.

Qeyd edək ki, Azərbaycanın Premyer Liqasının orta göstərisici hər kluba 4,4 baş məşqçidir. Antirekord Boliviyada (9,1), rekord MLS, İslandiya, Şimali İrlandiya və İsveçdədir – 2,6.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: Qurban Qurbanov

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

XİN-də əməliyyat: Elmar Məmmədyarovun yaxın dostu və işçisi saxlanıldı – Yenilənib

"Atamı Pənah Hüseyn öldürtdürüb" – Sürət Hüseynovdan sensasion açıqlamalar

“TƏBİB-in mətbuat katibi, nə vaxta kimi insanların əsəbi ilə oynayacaqsınız?"

“Telekanal rəhbərinin məşuqəsi məni qısqanıb...“ -

Xüsusi karantin rejimi 20 iyul saat 06:00-dək uzadıldı və daha 7 rayona şamil edildi - Rəsmi

XİN-də keçirilən əməliyyatla bağlı DTX məlumat yaydı

Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan olunub

Azərbaycanlı professor koronavirusun dərmanını tapdı

Ramiz Mehdiyevdən sonra sifarişli mitinqlər də dayanıb - Eldar Namazovun məqaləsi

Həftəsonları avtobuslar işləməyəcək – Sərt qərar

loading...

Ən çox oxunanalar