Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"AzTV-nin bütün verilişlərini Əli Həsənova trolluq edənlər..."

Aslan İsmayılovdan sərt tənqid...

"Uzun illər Prezidentin keçmiş köməkçisi Əli Həsənovun medianı sözün əsl mənasında bazara, əxlaqsızlıq məkanına çevirdiyini dəfələrlə yazmışam. Ə.Həsənov gedəndən sonra ümid etdim ki, nəhayət TV-lər maarifləndirici, vətənpərvərlik təbliğatı ilə məşğul olacaq və jurnalist adına ləkə olanlar hər yerdən uzaqlaşdırılacaqlar".

PİA.az xəbər verir ki, bu sözləri hüquqşünas Aslan İsmayılov deyib. O, AzTV-nin yeni sədri Rövşən Məmmədovun fəaliyyətini sərt tənqid edib:

"AzTV-nin gənc sədri Rövşən Məmmədovun gəlişindən sonra da ümid etmişdim ki, dövlət televiziyasında medianın inkişafı üçün çalışanlara qapılar taybatay açılacaq. Burada da tam əksi oldu. AzTV-nin bütün verilişlərini Ə.Həsənova trolluq edənlər, medianın hörmətdən düşməsində birbaşa iştirakçı olanlar bəzəyir. Hətta, Ə.Həsənovun trollu olması ilə fəxr edən şəxslər həm “media eksperti”, həm “siyasi şərhçi”, həm də “sosioloq” kimi AzTV-nin efirində çıxışlar edirlər".

A.İsmayılov konkret adlar çəkərək AzTV-ni onları dəstəklədiyinə görə tənqid atəşinə tutub:

"Azərbaycan mətbuatının üz qarası, əhalinin nifrət obyekti olan Azər Həsrət, Məhəmməd Qəribli (əvvəllər reket fəaliyyətinə görə həbsdə olmuş), Taleh Şahsuvarlı, Bəhruz Quliyev ("Səs" qəzeti), Elçin Mirzəbəyli, Aynur Camalqızı AzTv-nin ekranlarından düşmürlər.

Mətbuat sahəsini ciddi izləyən bir şəxs kimi qətiyyətlə bildirirəm ki, bu sahədə heç bir dəyişiklik yoxdur. Alışanovu Məmmədov əvəz edib, yəni hamının da dediyi kimi sadəcə "əl dəyişdiriblər".

Doğrudanmı bu gün islahatdan danışanlar anlamırlar ki, adları çəkilənlərin efirdə görünməsi insanlarda bu hakimiyyətə nifrət aşılayır".(yenisabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar