Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar İbrahimov: "Oğul atasının yasına gedə bilmir"

"Naxçıvana əvvəlki qrafikdə-həftədə 4 dəfə olmasa da, xüsusi hallar üçün təyyarə reysləri bərpa olunmalıdır"...

PİA.az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisdə Naxçıvanı təmsil edən deputat Eldar İbrahimov səsləndirib.

E.İbrahimov Naxçıvanın Azərbaycanın bir parçası olduğunu vurğulayıb:

“Mən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərarlarına əməl olunmasının tərəfdarıyam və özüm də şəksiz həmin qaydalara riayət edirəm. Hara gedirəmsə, mütləq tibbi maskadan istifadə edirəm, sosial məsafə saxlayıram. Bunu etməklə təkcə özümü yox, həm də ətrafımdakıları qoruyuram. Hər bir vətəndaşın da borcudur ki, qaydalara riayət etsin. Çünki yumşalmaya gediləndən sonra yoluxanların sayında artım var.

Amma Naxçıvanın ölkənin tərkib hissəsi olduğunu unutmamalıyıq. Bu günlərdə mənə Naxçıvandan olan seçicilər tərəfindən çoxsaylı müraciətlər daxil olur. İnsanlar yaxınlarının dəfnində iştirak edə bilmir. Naxçıvan xarici ölkə, Türkiyə, İran, Rusiya deyil. Naxçıvan Azərbaycandır. Virusun təhlükəsinin də fərqindəyəm, Operativ Qərargahın qəbul etdiyi qərarlardan da məlumatlıyam. Amma bu günlərdə şahidi olduğum iki hadisə məni bu təklifi səsləndirməyə vadar edir.

Təsəvvür edin ana Naxçıvanda vəfat edib, oğul Bakıdan onun dəfninə gedə bilmədi. Digərinin də atası Bakıda vəfat etmişdi, övladları Naxçıvandan Bakıya gələ bilmədi. Bu dəhşətli haldır, valideynin ölür və sən onun son nəfəsində yanında ola bilmirsən. İnanın onlar mənə zəng etdilər və biz bir-birimizə qoşulub ağladıq. Bu, elə bir haldır ki, sözlə ifadə etməkdə çətinlik çəkir insan”.

Deputat deyib ki, heç olmasa xüsusi hallar üçün həftədə 1-2 reys təşkil edilməlidir:

“Mən demirəm kimsə xeyir işə gedir, onun üçün reys açsınlar, heç ona icazə verməsinlər. Amma şər iş, yas elədir ki, hamımızın başına gələ bilər. Belə hallarda insanları anlamaq lazımdır.

Bakıdan Naxçıvana, Naxçıvandan Bakıya gedənləri həm burda, həm orda karantində saxlamaq artıqdır. Yoxlasınlar, adam sağlamdırsa, onu niyə karantində saxlasınlar, axı biz bir ölkəyik, Naxçıvana qarşı ayrı-seçkilik edilməməlidir. Mayın 31-dən Naxçıvana yolların açılması müzakirə edilir deyiblər, amma açılıb-açılmayacağı da dəqiq bilinmir.

Buna görə də həm Naxçıvanı təmsil edən deputat, həm də bir vətəndaş kimi Operativ Qərargahdan xahiş edirəm ki, bu kimi halları nəzərə alıb, daimi olaraq yox, həftədə 2 dəfə olmaqla reysləri bərpa etsinlər”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə mart ayından etibarən Bakl-Naxçıvan-Bakı aviareysləri dayandırılıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar