Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürdəmirdə koronavirusa yoluxanların sayı 61-ə çatdı - Say sürətlə artır- Yenilənib

Bir kəndin bütün sakinləri koronavirus yoxlamasından keçdi...

Kürdəmir rayonunda koronavirusa yoluxanların sayı artıb.

PİA.az-ın xəbərinə görə, son bir gündə rayonun Sığırlı kəndində daha 1 nəfərin koronavirus testi müsbət olub. Nəticədə yoluxanların sayı 13 nəfərə çatıb.

Rayon üzrə son 24 saat ərzində ümumilikdə 7 nəfərdə COVID-19 aşkarlanıb.

Bununla da Kürdəmirdə yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 61 nəfərə çatıb. COVID-19 daşıyıcıları arasında ölən yoxdur. (Report)

***

Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları üstünlük təşkil edir. Burada Kürdəmiri xüsusilə qeyd etmək lazımdır.

Təkcə son iki gündə rayonun Sığırlı kəndində 12 nəfər koronavirusa yoluxub. Onların içərisində bir yaşlı uşaq da var.

Rayon İcra Hakimiyyəti, polis şöbəsi, mərkəzi xəstəxana və Gigiyena və Epidemiologiya şöbəsinin əməkdaşları Sığırlı kəndində olublar.

Kənd sakinlərinin hamısının temperaturu ölçülüb. Şübhə doğuran şəxslərdən elə yerindəcə analizlər götürülüb. Onlara zərurət olmadığı halda evdən çıxmamaq, mütləq qaydada tibbi maska və əlcəklərdən istifadə etmək tövsiyə edilib.

Bundan başqa, rayonun digər ərazilərində də bu kimi tədbirlərin mütəmadi keçrilməsi planlaşdırılır.

Qeyd edək ki, Kürdəmir rayonu üzrə bugünə kimi 54 yoluxma faktı qeydə alınıb. Onlardan 16 nəfər sağalıb. (pravda.az)

pia.az

 

 

 


Etiket: Kürdəmir


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar