Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı İbrahimə 1,5 milyon "atdı”, Afrikaya qaçdı

Hacı İbrahim Nehrəmliyə qarşı dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb...

O, beynəlxalq axtarışa verildikdən sonra həbs edilib.

PİA.az-ın xəbərinə görə, külli miqdarda dələduzluqda ittiham edilən Vaqif Bağırov Nəsimi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. İstintaq orqanının təqdimatına əsasən V.Bağırov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Məlum olub ki, V.Bağırova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

1970-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunda anadan olan Vaqif Bağırov İnterpol xətti ilə axtarışa verilib.

V.Bağırov Hacı İbrahim Nehrəmlinin sahibi olduğu "Avesta" konsernində baş mühasibi olub.

Hacı İbrahim bununla bağlı bildirib ki, İnterpol xətti ilə axtarışa verilən V. Bağırov ona məxsus "Avesta" konsernində uzun müddət baş mühasib işləyib. Daha sonra ona qarşı dələduzluq edərək küllü miqdarda pulunu mənimsəyərək qaçıb.

İş adamı deyirdi ki, V.Bağırov ondan qaytaracağını deyərək notarius yolu ilə məndən 1,5 milyon manat pul alıb.

H.İbrahim Vaqif Bağırovun Afrikada olduğunu deyirdi. (Musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ən çox oxunanalar