Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran və terrorizm problemi: Livanla İraqın taleyi necə həll olunacaq?..

Devid Şenker: “İranın normal bir dövlət kimi davranmasını və digər dövlətlərin sırasına inteqrasiya etməsini istəyirik”...

Hüda Hüseyni

“The Independent” qəzeti

İsrail mətbuatının verdiyi məlumata görə, ABŞ-ın dövlət katibi Mayk Pompeo Baş nazir Bünyamin Netanyahuya torpaqların birləşdirilməsi prosesinin təxirə salınması barədə məlumat vermək üçün İsrailə gedib.

ABŞ Xarici İşlər Nazirliyinin Yaxın Şərq işləri üzrə direktoru Devid Şenker məsələ ilə bağlı bunları deyib:

“Bu məsələ uzun müddətdir müzakirə olunur, lakin səfərin məqsədi birləşdirilmə prosesini müzakirə etmək deyildi. Bu, koronavirusun yayılmasından sonrakı ilk ziyarətdir və israillilərin dəvəti ilə baş tutub. İsraillilər ilə arasında bir çox məsələ var. Ən əsası isə davamlı olaraq artan İran təhlükəsidir. Ancaq əsas olaraq Çin məsələsini onlarla müzakirə etmək istədik, çünki İsrailin Çinlə texnoloji əlaqələri var. Onlara bu cür münasibətdən yarana biləcək risklər barədə məlumat verdik.

Çin öz milli maraqlarını dəstəkləmək üçün ticarət razılaşmaları qurmaq istəyir. Çində müstəqil şirkətlərin olmadığını və hamısının Çin Kommunist Partiyası ilə işlədiyini vurğulamışıq. Başqa sözlə, əgər “Huawei” ilə müqavilə bağlasanız, bütün məlumatlarınız Çinə axacaq və bu da milli təhlükəsizliyinizi sarsıdacaq. Biz tərəfdaşlarımızın Çindən tamamilə uzaqlaşmasını tələb etmirik. Əksinə, əsas olaraq Çinin texnologiya ixracatı məsələsində ehtiyatlı olmalarını tələb edirik”.

Pompeonun İsrailə səfərindən sonra Avropa Birliyinin İordaniyanın qərb sahilinin birləşdirməsinə (ilhaqına) qarşı çıxması barədə nə düşündüyünü soruşduqda Şenker belə cavab verib:

“İsraillilər ilhaqı və İsrailin suverenliyini genişləndirmək barədə müzakirələrə başlayacaqlarını açıqlayıblar. Biz həmişə bunun sülh görüşləri ilə edilməli olduğunu və israillilərin öz hesablamalarını aparmalı olduğunu deyirik. Öz növbəsində fələstinlilərdən də danışıqlara qayıtmalarını xahiş edirik. Uzun müddətdir nə bizimlə, nə də israillilərlə siyasi səviyyədə görüşməyiblər. İki tərəf arasındakı əlaqələrin və təhlükəsizlik əməkdaşlığının davamlılığını dəstəkləyirik”.

“İsrailə etdiyiniz qısa səfərdə Pompeoİran təhlükəsini yenidən vurğulayıb. Bəs bu məsələ ətrafında nə oldu?” sualıma isə Şenker belə cavab verdi:

“İsraillilər və biz İranla bağlı ortaq fikirdəyik. Düşünürük ki, uran zənginləşdirmə proqramında bomba istehsalına yaxınlaşır və Tehranın davranışları bölgəni təhdid edir. İran Yəməndə anlamsız bir müharibəni dəstəkləməyə və Hizbullaha silah vermək, raketlərini İsrailə yönəltmək üçün Suriyada gərginliyi artırmaqda davam edir. İranin Hizbullahı gücləndirdiyini düşünürük.

İraqdakı zərərli müdaxilələrə, ABŞ-ın bu ölkədəki hərbi və diplomatik varlığını hədəfə almağa və İraqdakı ABŞ mərkəzlərinə raket hücumlarına davam edir. Bütün bunlara İran İnqilab Keşikçilərinin regional sulardakı məsuliyyətsiz davranışlarını və Venesueladakı Nikolas Maduro ilə münasibətlərini də əlavə edə bilərik.

Bütün bunları bir yerə yığdıqda görürük ki, İran hələ də təhlükəli bir problemdir. İranı məsuliyyətli bir dövlət kimi davranmağa təşviq etmək üçün maksimum təzyiq kampaniyasına davam edirik. Bununla birlikdə, İran rejimi koronavirusa görə çox əziyyət çəkməsinə baxmayaraq, bunu rədd edir.

İranın normal bir dövlət kimi davranmasını və digər dövlətlər sırasına inteqrasiya etməsini istəyirik. Dəyişməli olan məsələlər var, çünki mövcud vəziyyət qəbuledilməzdir".

İran təhdidi ilə bağlı dediklərinizin fonunda, sizcə, ABŞ Rusiya və Çini gələn ilin oktyabr ayının sonunda İrana qarşı silah embarqosunu uzatmağa razı sala biləcəkmi?” sualına da belə cavab verib:

“Bunun üçün çalışırıq. İran bölgəyə terrorçu qruplar göndərir. Müttəfiqlərinə ölkələrin sabitliyini pozmaq üçün silah verir. Səudiyyə Ərəbistanının ərazisini hədəf almaq üçün husilərə raketlər verir. Bunlar da infrastrukturu və Səudiyyə Ərəbistanının şəhərlərini hədəf alır.

Bütün bunlar yolverilməzdir. Hələ ona silah embarqosu tətbiq edildiyi halda, belə şeylər edirsə, birdən embarqosu ləğv edilsə, nələr edəcək? Buna görə, BMT-dəki tərəfdaşlarımızla birlikdə embarqonun davam etməsi üçün çalışırıq”.

ABŞ Xarici İşlər naziri etimad səsini qazandıqdan sonra İraqın Baş naziri Mustafa əl-Kazimini təbrik edib.

Bu məsələ ilə bağlı Schenker buna işarə edir:

“Ölkəmiz İraqın enerji azadlıqlarını uzadıb. Bu, Əl-Kazimiyə duyduğumuz etimadın bir sübutudur. Çünki biz onu İraqın suverenliyini dəstəkləyən və ölkəsinin İranın ətəyində qalmasını istəməyən, vətənpərvər bir iraqlı kimi tanıyırıq.

Əl-Kazimi İraqı İŞİD-dən xilas edən ittifaqın əsası olan ABŞ dövləti ilə yaratdığı tərəfdaşlığın dəyərini çox yaxşı başa düşür. ABŞ-ın beynəlxalq aləmdəki iqtisadi önəmini də bilir.

İraqlılar da İrana görə ölkələrinin kənara atılmasını istəmirlər. Yəni ağıllı bir rəhbərlik istəyirlər, lakin İran müdaxilə etdiyi zaman nəticədə korrupsiya, zəif idarəetmə, mərkəzi hökumətə qarşı fəaliyyət göstərən və korrupsiyaya son qoyulmasinı tələb edən insanları təhdid edən milis qüvvələri qalib gəlir.

İran başa düşməlidir ki, İraqın qonşu olduğu üçün ona hər istədiyini edə bilməz”.

Senator Ted Kruzun terrorizmi dəstəkləyən hər bir ölkəyə ABŞ yardımının bloklanması ilə bağlı təklifi, bu məsələdə Livan və Hizbullahın adını çəkməsi və bu təklifin qanun layihəsi olub olmayacağı ilə bağlı sual verdikdə Şenker bildirib:

“Hizbullah Livan hökumətinin vacib bir hissəsidir. Bizim köməyimiz isə hökumətə deyil, Livan ordusuna və təhlükəsizlik qüvvələrinə gedir. Ötən ilin 17 oktyabrında başlayan etirazlarda ordu müsbət rol oynamış və asayişi qorumuşdu. İndi Livan üzləşdiyi iqtisadi böhran və pandemiyada Livan ordusuna verilən dəstəyi dayandırmaq üçün doğru zaman olduğunu düşünmürəm”.

“Digər tərəfdən, Livana göstərdiyimiz yardımlar Hizbullah tərəfindən idarə olunan təşkilatlara, məsələn, Səhiyyə Nazirliyinə gedib çatmır. Amerika Universiteti Xəstəxanası vasitəsilə virusla mübarizə aparan qeyri-hökumət təşkilatları ilə birgə işləyirik” deyən Şenker əlavə edib:

“Biz Livana hökumətin öz işini görməsinə imkan verəcək islahatlar qəbul etməsini tövsiyə edirik”.

Şenkerin iqtisadi islahatlara fokuslanmasının səbəbi beynəlxalq maliyyə qurumlarının iqtisadi islahatlara üstünlük verməsidir.

Şenkerə görə, bu avtomatik olaraq siyasi islahatlara gətirib çıxarır.

Telekommunikasiya sahəsi enerji, elektrik, liman, gömrük və bir çox sərhədlər üçün Livanda epidemiyaya çevrilmiş korrupsiya imkanlarını da azaldır. Dövlət xəzinəsini gəlirlərdən məhrum edən oğurluqları azaldır. Livanın borca batmasına səbəb olan məsələlərdən biri də hesab verilməməsi və korrupsiyanın geniş yayılmasıdır.

Şenker sözlərinə belə davam edib:

“BVF-nin müəyyən şərtləri var. Bu hökumətin Hizbullahın islahat etmək istəməməsi məsələsini necə dəf edəcəyini görəcəyik. Hizbullah sistemin olduğu kimi qalmasını istəyir”.

Şenker Hassan Diab hökumətini Hizbullah hökuməti kimi tanımır, ancaq onun hökumətin əsas tərəfdaşı olduğunu təsdiqləyir.

Diab az da olsa, müstəqil şəkildə hərəkət etməyə çalışır, amma qarşıdakı dönəmin ən çətin hissəsi islahatçı iqtisadi planda necə hərəkət edəcəyi ilə bağlıdır.

Vaşinqtonun Livanı xilas etmək üçün BVF-yə icazə verməsi məsələsinə gəldikdə isə Şenker “Diabın islahatlara sadiq qalıb qalmayacağını görəcəyik” dedikdən sonra sözlərini belə davam etdirib:

“BVF fəaliyyətindən asılı olaraq yardımlarını mərhələli şəkildə təqdim edir. Detallı bir plan hazırlamaq kifayət deyil. BVF-nin ona kömək etməsi üçün hökumət bunu sahədə tətbiq etməyə başlamalıdır”.

Vaşinqton livanlıların on illər boyu davam edən rejimə görə necə əziyyət çəkdiyini bilir. Bunun Livan xalqının günahı olmadığını başa düşür. İşsizlik və insanların əmanətlərini oğurlamaq kimi halların nə dərəcəyə çatdığını da bilir.

Livandakı humanitar vəziyyətdən narahatdır və Livan xalqının dərdlərini yüngülləşdirmək üçün avropalı tərəfdaşları ilə birlikdə vəzifələrini icra edir. Lakin hər şey hakimiyyətdə olan şəxslərin əlindədir. Vaşinqton livanlıları iqtidar üçün seçdikləri şəxslərə görə ittiham edir.

Əvvəllər etirazçıları dəstəklədiyi kimi, indi də korrupsiyaya qarşı mübarizə aparmaq və bu böhranı yaradan sistemin xarakterini dəyişdirmək üçün hökümətə təzyiq göstərir.

Hizbullah da bu hökumətin bir hissəsi olaraq iqtisadi böhrana görə məsuliyyəti öz üzərinə götürməlidir. Yəni hökumətin fəaliyyətinə cavabdeh olmalıdır.

Hizbullah Livan hökumətinə görülməli işləri diktə edib, sonra məsuliyyətdən qaça bilməz. Çünki özü də çöküş və korrupsiyanın vacib bir hissəsidir.

Livanın cənubundakı BMT sülhməramlı qüvvələrinin iyulun sonunda yenilənəcəyi tarixin yaxınlaşması ilə bağlı məsələdə isə Şenker düşünür ki, bu qüvvələrdən cənubda baş verənləri araşdırmaları tələb olunur.

BMT-nin qətnaməsinə görə, bu qüvvələr 2006-cı ildəki müharibədən sonra Hizbullahın silahlanmasını dayandırmalı idi. Lakin bu missiya yerinə yetirilə bilmədi. Çünki BMT sülhməramlılarının, əslində bir hərbi quruluşu gizlədən “özəl torpaqlara” girməsinin qarşısı alınır və əsl problem budur.

Hizbullahın Livanda İsrail üçün qazdığı tunellərin kəşfindən 1 il keçir, lakin BMT qüvvələri Livan tərəfdəki tunellərin bəzi hissələrini hələ də ortaya çıxara bilməyiblər.

Bu nöqtədə Şenker qeyd edib:

“Əgər BMT sülhməramlılarına öz missiyalarını yerinə yetirmək imkanı verilməsə, saylarının artırılmasına da ehtiyac yoxdur. Məlum olduğu kimi, əvvəllər 2 min olan ünsürlərin sayı, sonra 10.000-dən 300.000-ə qədər artırılıb. Düzdür, bu qüvvələr İsrail və Hizbullah arasındakı gərginliyin artmasının qarşısını alır, lakin yerinə yetirə bilmədiyi əsas vəzifələr də var.

Şenker Hizbullahın qanunsuz quruluşlarını da vurğulayıb:

“Hizbullah, eyni zamanda, BMT sülhməramlılarına təcavüz edir və hücumlar təşkil edir. Axırıncı dəfə cənubdakı Fransa qüvvələrinə hücum edib və bir əsgəri yaralayıb”.

Şenker Almaniyanın son işlərindən və avropalıların siyasi-hərbi qanad arasında heç bir fərq olmadığını başa düşmələrindən çox məmnun qaldığını ifadə edir. Çünki Hizbullahın Baş Katibinin müavini Naim Qasım iki qanadın mövcudluğunu inkar etmişdi.

Livan və İsrail arasındakı quru sularının sərhədini müəyyənləşdirmək üçün dolaylı danışıqların yenidən davam edib etməyəcəyi barədə sual verdikdə isə Şenker bu dəfə növbənin Livanda olduğunu vurğuladı.

Blok 9 və Blok 10-un ən sərfəli bloklar olduğunu və İsrail quyuları ilə təmasda olduğunu qeyd etdi.

Bununla birlikdə, dərin maliyyə böhranı yaşayan Livanın bu böhrandan çıxmaq üçün əsas olaraq maliyyə qaynaqlarını təmin etməli olduğunu bildirdi.

Şenker bildirir ki, livanlılar razılaşma ilə bağlı etirazlardan əl çəkməli və irəliləyə doğru hərəkət etməlidirlər, lakin nəticədə, bunlar Livanın öz qərarıdır.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar