Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunun Naxçıvanda keçirdiyi təlimlər başa çatıb - Video

Naxçıvan Qarnizonu Qoşunlarında ərazidə keçirilən iki tərəfli komanda-qərargah təlimi başa çatıb...

Təlimin planına əsasən qərargahlarla ərazinin müxtəlif istiqamətlərində döyüş tapşırıqları dəqiqləşdirilərək birləşmə və hissələr arasında maket üzərində qarşılıqlı əlaqə təşkil edilib.

Təlimin vahid taktiki şəraiti fonunda 12 motoatıcı və mexanikləşdirilmiş bölük, 18 artilleriya və minaatan batareyası ilə döyüş atışlı taktiki təlim keçirilib. Bölmələr tərəfindən taktiki fəaliyyətlər və döyüş atışları icra edilib.

Komanda-qərargah təliminin sonuncu mərhələsində Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı kompüter dəstəkli təlimdə qiymətləndirilib.

Təlimin sonunda fəaliyyətlərin təhlili aparılan zaman komandir və qərargahların döyüşün planlaşdırılması üzrə idarəetmə vərdişlərinin təkmilləşdirildiyi, qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində isə müvafiq tapşırıqlar verilib.

pia.az


Etiket: təlimlər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar