Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstan Ermənistanın səhiyyə nazirindən üzr tələb etdi - Yenilənib

“Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda COVID-19-la bağlı rəsmi göstəricilərlə bağlı şübhələrini ya əsaslandırmalı, ya da üzr istəməlidir”...

“Report”un yerli bürosu xəbər verir ki, bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli dövlət məmuru heç bir arqument olmadan belə açıqlamalar verməməlidir: “Gürcüstanda COVID-19 xəstələri ən yüksək beynəlxalq standartlara uyğun olaraq aşkar edilir və qeydiyyata alınır. Göstəricilərin etibarlılığını hələ heç bir beynəlxalq təşkilat və ya ekspert şübhə altına almayıb”.

T.Tsertsvadze deyib ki, erməni nazirin ölkəsində epidemiya əleyhinə sistemin Gürcüstandakından daha güclü olması barədə bəyanatı ən azı gülüş doğurur: “Biz Arsen Torosyanı və digər maraqlı olanları koronavirusla bağlı vəziyyətin idarə olunmasında Gürcüstan təcrübəsini öyrənmək üçün ölkəyə dəvət edirik”.

***

Ötən gün Ermənistanın səhiyyə naziri Arsen Torosyan Gürcüstanda koronavirusla bağlı statistik göstəricilərə şübhə ilə yanaşdığını bildirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, nazir qonşu ölkədə gün ərzində COVID-19-a yoluxanların sayının bir-iki nəfər olduğuna inanmadığını deyib.

Erməni nazirin bu fikirləri isə Gürcüstanda anlaşılmazlıq və təəccüblə qarşılanıb. Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş infeksionist Amiran Qamkrelidze “Rustavi 2” kanalının efirində bildirib ki, A.Torosyanın sözləri təəccüb doğurub: “Arsen Torosyanı şəxsən tanıyıram. Ondan bu cür qeyri-diplomatik bəyanatlar eşitmək bir qədər təəccüblüdür”.

A.Torosyan həmçinin iddia edib ki, Gürcüstandan Ermənistana gələn vətəndaşlarda, həmçinin yük maşını sürücülərində COVID-19-a çox sayda yoluxma halları aşkarlanıb. Gürcüstanın baş infeksionisti buna cavab olaraq deyib ki, əgər belə hallar olubsa, Ermənistan bu barədə həm Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), həm də Gürcüstana məlumat təqdim etməli idi: “Beynəlxalq konvensiyanın reqlamentinə uyğun olaraq, əgər Gürcüstan ərazisində virus əcnəbidə təsdiqlənirsə, bu zaman ÜST və həmin şəxsin vətəndaşı olduğu dövlət bu barədə məlumatlandırılır. Gürcüstan kimi Ermənistan da bu konvensiyaya qoşulan ölkədir”.

A.Qamkrelidze erməni nazirin Gürcüstanda virusdan ölüm hallarının hesablanması metodologiyasının şəffaflığına şübhə etməsini də şərh edib: “O, Mərkəzimizin saytında ingilis dilində də dərc olunan göstəricilərə baxa bilər. Bu gün Gürcüstanda bütün xəstəxanalar və ambulator tibb müəssisələrində olan pnevmoniya xəstələrinin hamısı testdən keçirilir”.

pia.az


Etiket: Gürcüstan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar