Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nüsrət İbrahimov: "Bakının daşınmaz əmlak bazarında aktivlik artıb"

Bakıda aprel ayı ərzində təkrar mənzil bazarında 2,5%, ilkin mənzil bazarında 2,76%, torpaq bazarında isə 9,12%-lik artım qeydə alınıb...

Bunu "Report"a açıqlamasında "MBA" konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

O bildirib ki, kommersiya obyektlərin icarəsində isə 2,53% azalma qeydə alınıb: “Ümumi daşınmaz əmlak bazarında ay ərzində 2,74%-lik artım qeydə alınıb. Bu ilin mart ayı ilə müqayisədə apreldə Bakının daşınmaz əmlak bazarında aktivlik artıb. Ötən ilin aprel ayı ilə müqayisədə isə ümumi bazarda 5,31% artım olub, təkrar mənzil bazarında 1,13%, ilkin mənzil bazarında 8,58%, kommersiya obyektləri bazarında 9,25%, torpaq bazarında 6,18%, kirayə mənzil bazarında 6,51%, kommersiya obyektlərin icarəsində isə 12,56%-lik artım olub".

O əlavə edib ki, hazırda kirayə mənzil bazarında aktivlik müşahidə olunur: "Aprel ayında orta qiymət 1 350 manat təşkil edib. Ümumilikdə, kirayə mənzil bazarında ay ərzində artım 0,26% təşkil edib".

Xatırladaq ki, daşınmaz əmlak üzrə ekspertlər bu ilin mart ayında ölkədə koronavirus pandemiyasının (COVİD-19) yayılması ilə əlaqədar olaraq daşınmaz əmlak bazarında aktivliyin əhəmiyyətli dərəcədə azaldığını bildirmişdilər. Belə ki, mart ayı ərzində bütün istiqamətlər üzrə satış tamamilə dayanmışdı.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar