Çərşənbə, 27 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Siz bir dəfə görmüsünüz ki, Cəmil Həsənli, Əli Kərimli və...” -  Millət vəkilindən Cəmil Həsənliyə cavab

Millət vəkili: “Bu özünü Milli Şura kimi təqdim etdiyi qurumun birinci ittihamı deyil. Cəmil Həsənli dəfələrlə bu cür ittihamlar səsləndirib”... 

“Okeanın o tayında oturub ölkə haqqında belə fikirlər səsləndirmək yanlışdır”.

Bu sözləri millət vəkili Elman Nəsirov Cəmil Həsənlinin hakim partiya haqqında dedikləri fikirləri PİA.az-a şərh edərkən qeyd edib.

Milli Şura sədri Cəmil Həsənli Facebook-da paylaşdığı rəydə Azərbaycan Xalq Cəbhəsi Partiyası fəallarına qarşı təqibləri dəyərləndirib.

Onun sözlərinə görə, həbslərin məqsədi siyasi məhbusları alver predmetinə çevirib Qərb liderləri ilə görüş qazanmaqdır.

“Bu həbslər, işgəncələr, insan əzabları bir həddə çatdıqdan sonra bunların Qərbdəki lobbiləri Qərb ofislərinə ideyalar verəcəklər ki, oturub bu məsələləri Əliyevlə müzakirə etmək lazımdır. Məhv edilən insan taleləri, elektrik cərəyanı verilən insan bədənləri, insanın qan sızan cinsiyyət orqanları üzərindən bunlar siyasət alveri edirlər,” Həsənli yazıb.

Öz yazısında Milli Şura sədri iddia edir ki, hazırda həbsdə saxlanılan AXCP fəalı Niyaməddin Əhmədova ağır işgəncələr verilib.

Cəmil Həsənlinin hakim partiyaya etdiyi ittiham həqiqəti əks etdirir?

Mövzunu PİA.az-ın əməkdaşı millət vəkili Elman Nəsirovla müzakirə edib.

Elman Nəsirov: “Belə bəyanatların müəllifləri, radikal müxalifətin təmsilçiləri bir dəfə görmədik Azərbaycanın milli dövlət maraqları ilə bağlı konkret mövzu ortaya qoysunlar”.

Həbsxanada olan insanların öz siyasi mənsubiyyətinə, siyasi əxlaqına və siyasi baxışlarına görə həbs edilmədiyini vurğulayan millət vəkili PİA.az-a aşıqlamasında bildirib ki, həmin insanlar konkret cinayət işinə görə həbs ediliblər:

“Əvvəla onu qeyd edim ki, özünü Milli Şura kimi təqdim etdiyi qurumun birinci ittihamı deyil. Cəmil Həsənli dəfələrlə bu cür ittihamlar səsləndirib. Amma bu ittihamların heç birinin əsası yoxdur. Ona görə əsası yoxdur ki, ölkəmizdə ümumiyyətlə siyasi məhbus yoxdur. Həbsxanada olan insanlar var. Bu insanlar da öz siyasi mənsubiyyətinə, siyasi əxlaqına və siyasi baxışlarına görə həbs edilməyiblər. Həmin insanlar konkret cinayət işinə görə həbs ediliblər.

Bu məsələlərdə onların özlərinə məxsus oyunbazlığı haqqında da danışmaq istəyirəm. Onlar çox yaxşı bilirlər ki, etdikləri cinayət işi onları həbsxanaya aparacaq. Belə olan halda da onlar Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə, eyni zamanda iqtidarla bağlı yalanla, iftira ilə dolu siyasi bəyanatlar səsləndirirlər. Amma onlar siyasi bəyanatlarına görə yox, məhz qanuna zidd hərəkətlərinə, cinayət əməllərinə görə həbs edilirlər.

Həbs olunduqdan sonra isə o siyasi bəyanatlarından istifadə etməyə başlayırlar. Onlar belə bir düşüncə yaratmaq istəyirlər ki, məhz siyasi bəyanatlarına, hakimiyyəti tənqid etdikləri mövqelərinə görə həbs ediliblər. Bu da onların siyasi hoqqabazlığıdır. Amma onlar bilməlidirlər ki, biz onların siyasi hoqqabazlıqlarını dərk edirik.

Elman Nəsirov: “Siz bir dəfə görmüsünüz ki, Cəmil Həsənli, Əli Kərimli və onların tərəfdaşları dövlətçiliklə bağlı fundamental məsələlərdə, ümummili məsələlərdə iqtidarla ortaq mövqedən çıxış etsinlər?”.

Cəmil Həsənlinin fikirləri ilə bağlı onu deyə bilərəm ki, okeanın o tayında oturub ölkə haqqında belə fikirlər səsləndirmək yanlışdır. Bu fikirlər həqiqəti təhrif etməkdən başqa bir şey deyil.

Qeyd edim ki, belə bəyanatların müəllifləri, radikal müxalifətin təmsilçiləri bir dəfə görmədik Azərbaycanın milli dövlət maraqları ilə bağlı konkret mövzu ortaya qoysunlar. Biz heç bir zaman bunun şahidi olmamışıq. Siz bir dəfə görmüsünüz ki, Cəmil Həsənli, Əli Kərimli və onların tərəfdaşları dövlətçiliklə bağlı fundamental məsələlərdə, ümummili məsələlərdə iqtidarla ortaq mövqedən çıxış etsinlər?

Həmçinin onlar Ermənistanın həyata keçirdiyi qeyri-qanuni siyasi addımları, məsələn Dağlıq Qarabağda keçirilən qondarma prezident, qondarma parlament seçkiləri, hətta qondarma referendumla bağlı fərqli mövqe ortaya qoymayıblar. Onlar bu barədə əməkdaşlıq etdikləri müəyyən yardım mərkəzlərini məlumatlandıra, beynəlxalq qeyri-hökumət təşkilatlarını agah edə bilərlər. Amma onlar bunların heç birini etmirlər.

Elman Nəsirov: “Ermənipərəst qüvvələrin davranışı ilə Cəmil Həsənlinin, Əli Kərimlinin və digərlərinin davranışları bir çox hallarda üst-üstə düşür”.

Ermənipərəst qüvvələrin davranışı ilə Cəmil Həsənlinin, Əli Kərimlinin və digərlərinin davranışları bir çox hallarda üst-üstə düşür. Çünki sifarişi eyni mərkəzindən alırlar və həmin sifarişi icra etmək də onların borcudur. Belə olan halda da onlardan dövlətimizin mövqeyini ilə bağlı yanaşma görülməyəcək. Bu mümkün deyil.

Onlar bir şeyi bacarırlar ki, Qərb ölkələrində oturub hədələr səsləndirsinlər, dövlətimizin əleyhinə fikirlər desinlər. Bunu da xalqlarımız görür. Xalqın gözü tərəzidir. Xalqı aldatmaq olmaz.

Onu da qeyd edim ki, onlar Sərkisyanın, onan qabaq Köçəryanın, indi də Paşinyanın Avropa ölkələrinə səfəri zamanı mitinq keçirmirlər”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Nazir mühafizəçisini işdən çıxardı - Səbəb

Avropa Məhkəməsi Ramil Səfərovla bağlı qərar verdi

Sabiq deputatdan : “Məlahət Abbasova yalnız bir tualet kağızının reklamına çəkilib...”

Sumqayıtda baş verən qəzada 4 hərbçi, bir mülki şəxs ölüb - Yenilənib

Borcunu vermək istəməyən abonent "Azərişıq" -ın əməkdaşlarını güllələdi - Yenilənib

Məlahət Abbasova: "AzTV-də mənə böhtan atdılar, Rövşən Məmmədov verilişimin davam etməsi üçün pul istədi"

Azərbaycanda 21 nəfərin koronavirusa yoluxduğu kənddən reportaj - Video

Elmar Məmmədyarovun oğlu Nyu-Yorkda bu binadan mənzillər alıb – Fotolar

Sabiq deputatın "dələduz" qızı Türkiyədə tutuldu - Video

Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır - Yenilənib,Fotolar,Video

Bölgələrdə evdən çıxma qadağası qoyulacağmı?  - Operativ Qərargah

loading...

Ən çox oxunanalar