Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov: “Beşinci kolon” korrupsionerləri müdafiə edir”

“İllərdir ki, qərəzli xarici dairələrdən aldığı sifarişləri yerinə yetirən dağıdıcı müxalifət bu məsələ ilə əlaqədar olaraq vətəndaşların münasibətinə zidd mövqe tutur, xalqın və dövlətin mənafeyinə qarşı çağırışlar edir”...

YAP İcra katibinin müavini, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Beşinci kolon” korrupsionerləri müdafiə edir” məqaləsində belə yazıb.

O qeyd edib ki, radikal düşərgədə toplaşmış antimilli ünsürlər konkret olaraq korrupsionerləri müdafiə edirlər.

S.Novruzov hesab edir ki, korrupsioner keçmişə sahib olan Əli Kərimli və onunla eyni düşərgədə yer alanların rüşvətxorları, vətəndaşların haqqını qəsb edənləri müdafiə etmələri təəccüblü deyil.

Onun sözlərinə görə, 1992-ci ildə hakimiyyəti qanunsuz yollarla zəbt etmiş AXC-Müsavat cütlüyü Azərbaycanda korrupsiya və korrupsionerliyi dövlət siyasətinə çevirmişdi.

“Həmin dövrdə ölkə iqtisadiyyatının çöküşü və tənəzzülünə səbəb olan amillərdən biri səriştəsiz idarəetmə idisə, digəri rüşvətxorluq və korrupsiyanın tüğyan etməsi idi.

Bütün bunların fonunda AXCP sədri Əli Kərimlinin, onunla eyni düşərgədə yer alan, eləcə də “Milli şura”da təmsil olunan dağıdıcıların korrupsionerləri deyil, rüşvətxorluq və korrupsiya kimi hallara qarşı amansız mübarizə aparan dövləti tənqid hədəfinə çevirmələrinin, qanunazidd hərəkətlərə haqq qazandırmalarının səbəbləri tam aydın olur. Necə deyərlər, vaxtilə kreslo davası apararaq Azərbaycanın müstəqilliyini girov qoymağa çalışan, müxtəlif dövrlərdə hakimiyyətə gəlmək üçün ermənilər və ermənipərəst dairələrlə işbirliyinə getməkdən çəkinməyən, lakin xalq tərəfindən tarixin arxivinə yollanan radikal ünsürlər bir daha cinayətkar və xəyanətkar simalarını nümayiş etdirirlər!”

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar