Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kamran Əliyevin yeni müavinləri kollektivə təqdim edildi - Foto

Kamran Əliyev yeni təyin olunmuş şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb...

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın rəhbər heyətinin iştirakı ilə yeni təyin olunmuş Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov kollektivə təqdim edilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə prokurorluq orqanlarına göstərdiyi gündəlik diqqət və qayğıya görə təşəkkürünü bildirərək prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüstəm Usubov və Namiq Əsgərova “Əməkdar hüquqşünas” fəxri adının verilməsinin dövlət başçısı tərəfindən Azərbaycan Prokurorluğuna verilən yüksək qiymətin göstəricisi olduğunu xüsusi vurğulamaqla yeni təyin olunmuş şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə iştirak edən Rüstəm Usubov və Namiq Əsgərov fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür etmiş, xidmət illəri ərzində xalqa və dövlətə sədaqət prinsiplərini rəhbər tutduqlarını, vətənpərvərlik və peşəkarlıq irsinin daim uca tutulduğu prokurorluq orqanlarında xidmət etməkdən şərəf duymalarını ifadə ediblər.

Göstərilən yüksək etimada görə Elçin Məmmədov, Elmar Camalov, və Nazim Rəcəbov dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək fəaliyyətlərində şəffaflıq və dürüstlük prinsiplərinin daim uca tutacaqlarını diqqətə çatdırıblar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar