Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan Dağlıq Qarabağ problemini münaqişə predmetindən çıxarmalıdır” - Natiq Miri

Pandemiya dönəmində separatçı bölgədə təntənəli andiçmə mərasimi keçirməsi və məkan olaraq Şuşanı seçməsi Paşinyanın hansı siyasi məqsədlərinə xidmət edir?..

Politoloq: “Şuşada andiçmə mərasiminin təşkil edilməsi siyasi bir şoudur”.

Azərbaycan Dağlıq Qarabağ problemini münaqişə predmetindən çıxarmalıdır. Çünki Azərbaycan Dağlıq Qarabağı münaqişə predmeti olaraq deyil, işğal olunmuş ərazilər kimi təqdim edərək beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının verdiyi haqdan istifadə edərək işğal olunmuş ərazilərini azad etməlidir. Yəni Dağlıq Qarabağ münaqişə predmeti deyil”.

Bu sözləri politoloq Natiq Miri bu gün Şuşada keçiriləcək andiçmə mərasimini PİA.az-a şərh edərkən qeyd edib.

Bu gün Şuşada Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək. Qarabağı su yoluna döndərən Nikol Paşinyan olmaqla xeyli qonaq da tədbirdə iştirak edəcək. Andiçmə mərasimində yeni separatçı rejimin “prezident”inin ünvanına göndərilən təbrik teleqramları da səsləndiriləcək.

Həmçinin andiçmə mərasiminin sonunda ermənilər yenə də başda Nikol və Anna olmaqla yallı gedəcək, tədbirin təşkilatçılarına minnətdarlıq dolu nitqlər bildiriləcək.

Pandemiya dönəmində separatçı bölgədə təntənəli andiçmə mərasimi keçirməsi və məkan olaraq Şuşanı seçməsi Paşinyanın hansı siyasi məqsədlərinə xidmət edir və bu şou danışıqlar prossesinə bu və ya digər şəkildə təsir edə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Azərbaycan öz əli ilə ərazilərini Ermənistana konkret şərtlər əsasında verib”.

Şuşada andiçmə mərasiminin bu cür təmtəraqlı keçirilməsinin iki məqsədlə olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında məqsədlərdən birincisinin ermənilərin Dağlıq Qarabağda legitim bir hakimiyyətin formalaşmasını dünyaya göstərmək, ikinci məqsədlərinin isə Paşinyanın qısamüddətli siyasi uğura ehtiyacının olduğunu bildirib:

Şuşada andiçmə mərasiminin təşkil edilməsi siyasi bir şoudur. Burada iki əsas məqsəd var. Birincisi ermənilər bununla dünyanın diqqətini Dağlıq Qarabağa cəlb etmək istəyir. Məqsədləri də təbii ki, Dağlıq Qarabağda legitim bir hakimiyyətin formalaşmasını dünyaya göstərməkdir.

İkinci məqsədləri isə - bildiyimiz kimi son zamanlar Paşinyanı Dağlıq Qarabağ siyasətinə görə Ermənistanda ciddi tənqid edirlər. Bu tənqid xüsusilə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyada Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çıxışında problemin mərhələli həll olunması fikir ilə bağlıdır. Lavrovun mərhələli həll planı fikiri Ermənistan ictimai rəyində süngü ilə qarşılandı. Bu fikir hətta Ermənistan hökuməti səviyyədə də ciddi etirazlara səbəb oldu. Yəni dünənə qədər Lavrovun idarəolunma çubuğu ilə hərəkət edən Ermənistan xarici işlər naziri Mnatsakanyan belə çox ciddi etiraz fikirləri ortaya qoydu.

Bu məsələ Ermənistan müxalifətini və Qarabağ klanını, eyni zamanda digər rusyönümlü siyasi çevrələri hərəkətə keçirdi. Onlar bu açıqlamanı sanki Paşinyan Dağlıq Qarabağı Azərbaycana xəyanətkar səviyyədə satırmış kimi erməni ictimai rəyinə təqdim etdilər. Belə bir vəziyyətdən sonra Paşinyanın ən azından müvəqqəti də olsa, siyasi uğura ehtiyacı var idi. Buna görə də hesabat edirəm ki, Paşinyan, onun komandasının bu səviyyədə andiçmə mərasimində iştirak etməsi və bunun ictimai rəyə, eyni zamanda beynəlxalq ictimai rəyə bu səviyyədə təqdim olunması Paşinyanın qısamüddətli siyasi uğura ehtiyacının olmasının göstəricisidir.

Natiq Miri: “Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatla bu məsələyə cavab verməsi acınacaqlıdır”.

Ermənistanın bu cür məqsədi olduğuna görə də bu siyasi şounu erməni mətbuatında çox hallandırırlar. Təbii ki, bu elektron media da çox ciddi şəkildə ictimai rəyə yeridiləcək. Sanki bütün dünya ictimaiyyəti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyırmış kimi təqdim edəcəklər. Təbii ki, bunun arxasında heç bir siyasi nəticələr dayanmır və hansısa siyasi nəticələr doğurmayacaq. Bu Ermənistanın istəyi ilə baş verən siyasi bir şoudur.

Amma sadəcə olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatla bu məsələyə cavab verməsi acınacaqlıdır. Çünki bu cür siyasi bəyanatlar heç bir siyasi nəticələr doğurmur. Artıq biz bu cür bəyanatları 27 ildir müşahidə edirik. Buna görə də düşünürəm ki, Azərbaycan həqiqət də həm Ermənistana, həm də Dağlıq Qarabağda olan separatçı terrorçulara öz yerini göstərməlidir. Yəni praktiki olaraq öz yerini göstərməlidir.

Yoxsa ki, siyasi bəyanatları boğazdan yuxarı dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də verirlər. Bunlar da 27 ildir ki, heç bir siyasi nəticələr doğurmur. Düşünürəm ki, Azərbaycan da bu cür siyasi şoulara sözün əsl mənasında cavab verməlidir. Yəni bəyanatdan ötəsi daha ciddi hərəkətlər və davranışlarla cavab verməlidir.

Natiq Miri: “Danışıqlar prosesi deyiləcək bir proses yoxdur. Çünki bu gün müzakirə olunan konkret predmet yoxdur”.

Danışıqlar prosesi deyiləcək bir proses yoxdur. Çünki bu gün müzakirə olunan konkret predmet yoxdur. Buna görə də düşünürəm ki, bu sadəcə aldadıcı bir məsələdir. Həmçinin Lavrovun mərhələli həll planı açıqlanandan sonra Ermənistan hökuməti səviyyədə verilən etiraz açıqlamalarında da özünü göstərdi. Yəni məlum oldu ki, heç bir predmetlər üzrə heç nə müzakirə olunmur.

Zənnimcə bu gün Ermənistan hökuməti konkret predmetlər üzərində danışıqlara hazır da deyil. Güya hələ də bu problemi öyrənirlər kimi ictimaiyyətə yalan və arxasında heç bir ciddi hərəkətlər dayanmayan açıqlamalar verilir. Bu faktlar da onu göstərir ki, heç bir ciddi proses yoxdur. Heç bir ciddi proses yoxdursa, hər hansı siyasi nəticədən də danışmaq mümkün deyil.

Mən burada bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Azərbaycan Ermənistanla Dağlıq Qarabağ münaqişəsini 27 ildir müzakirə edir. Düşünürəm ki, yalnış olan budur. Çünki Dağlıq Qarabağ heç bir sənəddə Ermənistanın tərkib hissəsi kimi olmayıb və göstərilməyib. Ayrıca Dağlıq Qarabağ qondarma dövlət olaraq da heç bir zaman Ermənistanın tərkibində olmayıb. Əgər olmayıbsa, nəyə görə Dağlıq Qarabağı münaqişə predmeti olaraq Azərbaycan Ermənistanla münaqişə predmetinə çevirməlidir?

Dağlıq Qarabağın hələlik hansı ölkənin olması problematikdir. Amma bütün tarixi sənədlərdə Dağlıq Qarabağ həmişə Azərbaycana məxsus olub. Azərbaycan 1991-ci ildə müstəqil dövlət kimi elan olunandan sonra Azərbaycanı beynəlxalq ictimaiyyət, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı da Dağlıq Qarabağ daxili bütöv Azərbaycan kimi tanıyır. Yəni hamı Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Belə olan halda biz niyə Dağlıq Qarabağ problemini münaqişə predmeti kimi təqdim edirik?

Düşünürəm ki, digər məsələlər var ki, bu məsələri beynəlxalq ictimaiyyətə təqdim etməli və bu məsələləri münaqişə predmeti olaraq müzakirə etməliyik. Xüsusilə də İrəvan və Stalinin verdiyi düşüncələləri müzakirə obyektinə çevirməliyik. Bildiyimiz kimi Ermənistan bir dövlət olaraq formalaşdırılan zaman onun İrəvan kimi paytaxt şəhərə ehtiyacı var idi. Bunu Azərbaycandan istəyirdilər. Azərbaycan da İrəvanın paytaxt edilməsinə görə Ermənistanın Dağlıq Qarabağdan əl çəkməsi iddiasını ortaya qoymuşdu. Bununla bağlı müzakirələr getdi. Bu müzakirələrdə də təkcə Azərbaycan-Ermənistan deyil, o zamankı Osmanlı nümayəndələri də iştirak ediblər. Bu barədə Ermənistan Federasiyasının Azərbaycan Milli Şuraya müraciəti var ki, İrəvan Ermənistana paytaxt şəhəri olaraq verilsin.

Natiq Miri: “Bu gün Azərbaycan münaqişə predmeti olaraq Dağlıq Qarabağı deyil, İrəvan məsələsini qaldırmalıdır”.

Bu gün isə hər şey pozulub. Yəni həmin şərt ortada yoxdur. Əksin Ermənistan Dağlıq Qarabağ ətrafı Azərbaycanın 20 faiz torpağını işğal edib. Buna görə də bu gün Azərbaycan münaqişə predmeti olaraq Dağlıq Qarabağı deyil, İrəvan məsələsini qaldırmalıdır. Azərbaycan İrəvanı müzakirə predmetinə çevirməlidir. Azərbaycan öz əli ilə ərazilərini Ermənistana konkret şərtlər əsasında verib.

Azərbaycan Dağlıq Qarabağ problemini münaqişə predmetindən çıxarmalıdır. Çünki Azərbaycan Dağlıq Qarabağı münaqişə predmeti olaraq deyil, işğal olunmuş ərazilər kimi təqdim edərək beynəlxalq hüququn və Birləşmiş Millətlər Təşkilatının verdiyi haqdan istifadə edərək işğal olunmuş ərazilərini azad etməlidir. Yəni Dağlıq Qarabağ münaqişə predmeti deyil.

Biz aktiv siyasət yürütməsək, özümüz belə bir proseslər yaratmasaq bu cür suni seçki şoullarını müzakirə etmək məcburiyyətində qalacağıq”.

Nərminə UMUDLU

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar