Cümə axşamı, 28 May 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Neftin qiyməti 50-55 dollara qalxacaq” - Ekspert

Londonun "ICE Futures" birjasında keçirilən növbəti hərrac zamanı "Brent" markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,3% artaraq 36,14 ABŞ dolları təşkil edib...

Bildirək ki, bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 36 ABŞ dollarından yuxarı olub. Həmin tarixdən sonra qiymətdə kəskin düşüş yaşanıb və nəhayət, may ayının 1-də iyul ayı fyuçersləri bir barel üçün 27.05 dollara qədər yüksəlib.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən neft məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, artım ciddi fundamental faktorlarla bağlı deyil, qısa müddətli artımdır. Çünki bazarın tənzimlənməsi ilə bağlı nəticələr yüksək səviyyədə deyil: “Hələ də dünya enerji bazarlarında neft məhsullarına olan tələbat kəskin şəkildə aşağı düşür. Artıq neft məhsullarında istehlahlakla bağlı ən böyük zərbə reaktiv yanacağa dəyib. 2019-cu ilin statistik göstəricilərinə görə, dünyanın gündəlik reaktiv yanacağa tələbatı 7.5 milyon barrel civarındadır. İndi 35 faizdən çox aşağı düşüb. Analoji fikri eyni zamanda yol nəqliyyatı yanacaq növlərinə də aid etmək olar. Burada söhbət A-93, A-95,A-98 markalı benzin növlərindən gedir. Ümumiyyətlə, tələbat ötən illə müqayisədə xeyli aşağıdır. 2019-cu ildə müxtəlif markalı avtomobil benzinlərinin gündəlik qlobal tələbatı 47 milyon barrel idisə, indi bu 40 milyon barreldən aşağı düşüb”.

Ekspert qlobal neft bazarlarının tənzimlənməsi üçün lazım olan faktorlardan da söz açıb: “Birincisi, tələb-təklif prinsipinin tənzimlənməsi, yəni balansın formalaşmasıdır. İkinci mühim məsələ qlobal neft bazarlarında yüngül və ağır neftin balansının qorunub saxlanmasıdır. Üçüncü isə dünya bazarlarında neft məhsullarının balansının qorunmasıdır. Bu faktorlar düzgün tənzimlənməsə, neftin uzun müddətli sabit qiymətinə və bazarda uzunmüddətli balansın formalaşmasına nail olmaq çox çətin məsələdir. Ona görə də indiki dövrdə qarşıdakı aylarda neftin qiymətində hər hansı bir yüksək artımların mövcud olacağından danışmaq hələ tezdir”.

Zəfər Vəliyev hazırda neftin qiymətinin artmasına səbəb olan amili də diqqətə çatdırıb: “İndi neftin qiymətinin və yaxud hasilat həcmlərinin artmasına təkan verən əsas səbəblərdən biri anbar mərkəzlərində sərbəst güclərin məhdudlaşmasıdır. Ona görə də ilk olaraq anbar mərkəzlərində, daha sonra boru kəmərlərində kifayət qədər sərbəst güclər formalaşmalıdır. Bu prosesdən sonra neftin qiymətində hər hansı artımın müşahidə olunacağından söhbət aparmaq olar. Mövcud artım bir məsələ ilə bağlıdır. Bu məsələ mayın 1-dən başlayaraq OPEC və OPEC kənar dövlətlərin kəsintilərlə bağlı götürdükləri öhdəliklərə əməl etmələridir. İkinici dəstəkverici amil isə Vyana sazişindən kənar dövlətlərdə təbii azalmaların müşahidə edilməsidir. Məsələn, ABŞ-da 2019-cu ilin sonunda və 2020-ci ilin yanvarında sutkalıq neft hasilatı 13.2-13.3 milyon barrel idisə, indi 1.8 milyon barrel azalma müşahidə olunur. Eyni zamanda ABŞ-da son iki ayda ilk dəfədir ki, kommersiya təyinatlı neft ehtiyatlarında 5 milyon civarında azalma müşahidə olunur. Amma bu azalma gərək neftin qiymətinə təsir etməyəydi. Çünki ABŞ-da kommersiya təyinatlı neft ehtiyatları idxal həcmləri hesabına formalaşır, nəinki ölkə daxilindəki hasilat həcmləri hesabına... Ona görə də ABŞ-da kommersiya təyinatlı neft ehtiyatlarında azalma müşahidə olunur. Lakin həm benzin ehtiyatları, həm də ağır və orta ağır distillat ehtiyatlarında hardasa 6 milyon barrelə yaxın artma müşahidə olunur. Dünyada ən böyük neft istehlakçısı ABŞ-dır. Əgər bu ölkədə ağır və orta ağır distillatların artımı müşahidə olunursa, deməli, neftə olan tələbat bu ölkədə hələ də yüksək səviyyədə deyil. Ağır və orta ağır distillatlara müxtəlif markalı mazut və dizel yanacağı aiddir. Üstəlik, ABŞ-da mövcud neft emalı güclərinin gündəlik xammalla yüklənməsi 2019-cu ilin sonu və 2020-ci ilin əvvəli ilə müqayisədə təxminən 40 faizdən aşağıdır. Bu faktorlar neftin qiymətinin qısa müddətdə sıçrayışlarla qalxmasına əngəl törədir”.

Həmsöhbətimizin sözlərinə görə, qlobal ümumi daxili məhsulun artım tempi aşağı düşüb: Hazırda koronavirusla bağlı həm istehsal, həm də işgüzar aktivlik kəskin aşağı düşüb. Neftə olan tələbat çox aşağıdır. Son dövrlər Çində idxal həcmləri artır, bazar buna müsbət reaksiya verir və qiymətlər yuxarı qalxır, amma bunun da əvvəl –axırı olmalıdır. Çünki indiki qiymətlər fonunda Çin idxal həcmlərini artıracaq. Amma Çin gündəlik idxal həcmlərinin təxminən 20 faizini strateji və kommersiya ehtriyatlarının formalaşmasına yönəldir və əgər belə davam edərsə, ilin sonunda mütəxəssislərin və müstəqil şirkətlərin rəylərinə görə, Çində kommersiya və strateji neft ehtiyatları da sərbəst şəkildə tükənəcək. Belə olan təqdirdə təbii ki, neftin qiyməti təzədən aşağı düşməlidir”.

Ekspert vurğulayıb ki, baş verənlərə baxmayaraq, iyun ayında da bazar düzgün tənzimlənərsə, qiymətlərin ilin sonunadək 35-36 dollar civarında qalması mümkündür: “Neft bazarları üçün ən çətin dövr aprel, may, iyun aylarıdır ki, artıq aprel ayı gedirə qalıb. Son 50-60 ildə neft bazarları ən çətin dövrünü məhz 2020-ci ilin aprel ayında yaşayıb. May ayının 1-dən etibarən isə artıq biraz normal vəziyyət formalaşdı. Bildirim ki, Səudiyyə Ərəbistanı 1 milyon, Küveyt 80 min və BƏƏ 100 min barrel kvotadan əlavə kəsintiyə də gedəcək. İyun ayında da bazar düzgün tənzimlənərsə, onda qiymətlərin ilin sonunadək 35-36 dollar civarında qalması mümkündür. Ola bilər yay aylarında qiymət artımı müşahidə olunsun. Amma artım qısa dövrü əhatə edəcək, çünki ehtiyatlarda kifayət qədər neft həcmləri mövcuddur. İqtisad İnkişaf və Əməkdaşlıq Təşkilatını üzvü olan dövlətlərin aktivlərində hazırda 3 milyard barreldən yuxarı neft ehtiyatları var. Hələ belə bir statistik göstərici son 5 ildə müşahidə edilməyib. Bunlar birinci bazar tərəfindən həzm edilməli, hasilat və ixrac həcmləri tənzimlənməlidir. Uzun müddətli balans formalaşdıqdan sonra qiymət artacaq. Gələn il ola bilər ki, qiymətlər 50-55 dollara qədər qalxsın. Amma indiki dövrdə qiyumətin 40-45 dolları keçməsi biraz ağlabatan deyil”.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: neft


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Təhsil Nazirliyindən məktəblərlə bağlı vacib xəbər 

Hərbi hissəyə 200 minlik maşında gələn məmur övladları və korrupsiyalaşmış generalitet...

Nazirlik rəsmisindən Elmar Məmmədyarovla bağlı açəqlama

Əməkdar artistin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi

Zakir Qaralov barəsində cinayət işi başlana bilər – Məhkəmə vəsatəti qəbul etdi

“Prezident belə biabırçılığa dözən adam deyil”  - Çingiz Abdullayev

Cəfər Cəfərov Əbülfəz Qarayevin “süqut”undan sonra bərk narahatlıq keçirir

Elmar Məmmədyarov Nyu-Yorkdakı mənzilində hansı adla qeydiyyatdadır?

“Hazırda 3 aylıq işıq, qaz pulu borcum var, övladlarım ödəyəcək” - Aslan İsmayılov

Vəzirov danışdı və ermənilərə “vəhşi” dedi...

loading...

Ən çox oxunanalar