Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş infeksionistdən xəbərdarlıq - Bu dəfə çox çətin olacaq

"İnsanların xəstəliyi yüngül keçirdikləri üçün evdə qalmaları düzgün deyil"...

Koronavirusun ağır forması xəstəxana şəraitində müalicə tələb edir. Amma insanların xəstəliyi yüngül keçirdikləri üçün evdə qalmaları düzgün deyil. Bu, epidemioloji nöqteyi-nəzərdən təhlükəlidir. Xəstəliyin başqasına keçmə ehtimalını azaltmaq, yayılmasının qarşısını almaq, evdə izolyasiya etmək çox çətindir.

PİA.az xəbər verir ki, bunu baş infeksionist Cəlal İsayev deyib.

O bildirib ki, koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir:

"Əgər xəstəni ətraf mühitdən tam izolyasiya edib, başqalarını yoluxdurmasının qarşısını alaraq ev şəraitində onun müalicədən sonra laborator müayinəsini həyata keçirə bilsək, xəstəni evdə də müalicəsi mümkündür. Bunları edə bilmiriksə, xəstə mütləq xəstəxanada yatmalıdır".

Ölkədə karantin rejiminin tədricən yumşaldıldığını deyən Cəlal İsayev bu qərarların ölkədəki vəziyyət təhlil olunduqdan sonra qəbul edildiyini qeyd edib. Onun sözlərinə görə, xəstəliyə yoluxanların artıb-azalması epidemiya dövründə müşahidə olunan haldır: "Bu say artıb-azala bilər. Nəzərə alaq ki, bir yandan da ölkəmizə xaricdən vətəndaşlarımızın gətirilməsi prosesi davam edir. Məsələn, Ukrayınadan gətirilən 120 nəfərdən 29-da koronavirus aşkarlanıb. Bunlar da yoluxma sayına təsir göstərir.

Bu, epidemiya dövründə baş verən təlatümlərdir və belə dalğavari enib-qalxmalar müşahidə oluna bilər. Bundan çəkinmək lazım deyil. Sadəcə olaraq ölkədaxili yoluxmanın qarşısını almaq üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən tələb və tövsiyələrə əməl etməliyik. Əsas insanların ölkədaxili yoluxmasının qarşısı alınmalıdır. Bu, çox təhlükəlidir və yoluxma sayı artarsa, bizim zamanında müdaxilə etməyimiz çətinləşəcək".(teleqraf.com)

pia.az


Etiket: Cəlal İsayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar