Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hamilə qadınların qida rasionu necə olmalıdır?

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir...

PİA.az Trend-ə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə "Hamilə qadınların qida rasionu" haqqındadır.

Hamiləlik zamanı qadınların immun sistemi zəifləyir. Məhz buna görə də infeksiyalara qarşı daha həssas olurlar. Xüsusilə hamiləliyin erkən mərhələlərində ürəkbulanmaya, əhvali-ruhiyyənin dəyişməsinə görə ananın kifayət qədər qidalanmaması xəstəliklərə tutulma riskini artırır. Dərman istifadəsi qadağan olunduğu üçün xəstəliklərin sağalma müddəti uzanır. Həmin dövrdə qan təzyiqinin artması da hamilə qadınlara rahatsızlıq verə bilər. Bütün bu hallar doğulacaq körpənin sağlamlığı üçün təhlükə faktorudur. Bir sözlə, hamiləliyin düzgün gedişi, gələcək ananın sağlamlığı və düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır.

Hamiləlik dövründə orqanizmi zərərli təsirlərdən qorumaq üçün immun sistemini gücləndirmək vacib şərtdir. Qida rasionunda vitamin və minerallarla zəngin olan meyvə-tərəvəzə üstünlük verilməlidir. Sitrus meyvələrinin, narın, brokkoli, kələm və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlərin, soğan, sarımsaq, kətan toxumunun tələb olunan miqdarda qəbulu olduqca faydalıdır. Hamilə qadınların qida rasionunda yumurta, süd və qırmızı ətin olması şərtdir. Həftədə azı 2 dəfə balıq yemək məsləhət görülür. Lakin körpənin sinir sisteminə zərər verə biləcək ağır metallarla zəngin olan balıqlar (məsələn, tuna balığı) istehlak olunmamalıdır. Hamiləlik dövründə bağırsaqların normal fəaliyyəti üçün qatıq, ayran və pendir kimi süd məhsullarının qəbulunu artırmaq lazımdır. Sinklə zəngin süd məhsulları, noxud, mərci, lobya kimi paxlalı bitkilər, eləcə də qoz-fındıq orqanizmin müqavimət qabiliyyətinin artırılmasına mühüm təsir edir. Fol turşusu, kalsium və dəmirlə zəngin məhsullar hamilə qadınların qida rasionunun xeyli hissəsini təşkil etməlidir. Xatırladaq ki, normadan artıq qidalanma da təhlükəli hesab olunur. Hamilə qadın üçün keyfiyyətli və sağlam qidalanmadan əlavə, düzgün maye qəbul etmək də vacibdir. Gündə azı 2,5-3 litr su içmək tövsiyə olunur. Su həzm sisteminə yaxşı təsir edir. Yuxusuzluq orqanizmin immun sisteminə mənfi təsir göstərən amillərdən biridir. Hamilə qadınların yuxu rejiminə diqqət yetirməsi şərtdir.

pia.az

 


Etiket: hamilə qadın

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar