Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-la Çinin maliyyə müharibəsi: Kriptovalyuta dolların hakimiyyətini bitirə bilərmi?..

Dolların hakimiyyətini bitirmək cəhdi ABŞ üçün böyük bir müharibə səbəbidir. Ona görə, ABŞ borclarından qurtulub, hələ üstəlik alıcı da olmaq istəyir...

Ergün Diler

“Takvim” qəzeti, Türkiyə, 19 may 2020-ci il

Çinin koronavirusa görə məsuliyyətə cəlb edilməsini istəyən ölkələrin sayı 100-ü keçib. Nəhayət, Rusiya da bu sıraya qoşulub. Hər kəs addım-addım Çinin qarşısına keçir. Görək bundan sonra necə həmlələr gələcək? Hansı qlobal hücumla qarşılaşacağıq? Kompensasiya mövzusu necə olacaq? Görünən odur ki, Çinin işi günü-gündən çətinləşir. Trampın “Çin Virusu” anlayışı getdikcə özünə tərəflər yığmağa davam edir.

Bir neçə gün əvvəl çox vacib bir hadisə baş verib. Bu, ABŞ-ın Xarici İşlər naziri Pompeonun getdiyi və İranla Çini oradan təhdid etdiyi ölkədə, yəni İsraildə baş tutub. Pompeo keçən həftə İsraildə olarkən Çini koronavirusu gizlətməkdə ittiham edib. Hələ üstəlik, İsrailə də “Çinlə kritik məsələlərdə əməkdaşlığınızı dayandırın” deyərək xəbərdarlıq verib. Bir neçə gün sonra isə Çinin İsraildəki səfiri Du Veyin Təl-Əvivin şimalında, Herzliyadaki evində cəsədi tapılıb. Bu çox önəmli bir hadisə idi. 57 yaşlı səfirin ölümü dərin dəhlizləri sarsıdan bir addımdır.

Dəfələrlə dediyim kimi, izlənməli olan əsas adam Pompeodur. Çünki o, ABŞ-ın gizli prezidenti kimidir. Dünya Covid-19-la sarsılarkən o, İsrailə rəsmi səfər edib. Heç kimin evindən çıxa bilmədiyi günlərdə Pompeonun İsraili ziyarət etməsi çox vacib hadisələrin baş verəcəyini dünyaya göstərirdilər.

ABŞ-da yəhudilər çox güclüdür. Təbii ki, İsrailin Vaşinqtonda çox əhəmiyyətli bir təsir dairəsi var. Ancaq ABŞ, xüsusilə də Dərin Amerika İsraildə o qədər də güclü deyil. Ən azından düşünüldüyü qədər gücə sahib deyil. Pompeonun səfəri isə bu vəziyyəti təsirinə çevirmək idi. Lakin İsrail hələ də Londona yaxın olduğunu göstərirdi.

Açıqlamasından da göründüyü kimi Pompeo Çinlə İsrail arasındakı münasibətlərin sona çatmasını istəyir. Pompeonun gizlətməsinə belə ehtiyac qalmayıb. Bunu jurnalistlərlə açıq şəkildə bildirib. Ancaq İsrail Çinin kripto valyutası olan e-RMB-ni qəbul edib. Çin “ASEAN”ın - Cənub-Şərqi Asiya Millətlər Birliyinin (Bruney, İndoneziya, Laos, Kamboca, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand, Vyetnam, Yaponiya və Cənubi Koreya) kripto valyutanı qəbul etdiyini açıqlayıb. Yaponiya və Cənubi Koreyanın da Çinin kripto valyutası olan e-RMB-ni qəbul edəcəyi məlum olub.

Yəni Çin artıq ABŞ-ın rəqəmsal dollar planını həyata keçirməyə başlayıb. İsrail də daxil olmaqla, bir çox ölkə bunu qəbul edib. Böhranın ən yüksək olduğu vəziyyət bu idi.

İndi isə sual budur ki, Çinin kripto valyutası e-RMB-nin virusdan sonra tətbiq edilməsini sürətləndirən kim idi? Əlbəttə ki, Du Vey, yəni evində öldürülən İsraildəki səfir. Rəsmi olaraq qəbul edilməsə də, e-RMB-nin atası Du Vey sayılır. Du Vey “Xalqın Pulları” mənasını verən “Ren Min Bi”nin kripto pul olmasını istəyən çox önəmli bir insan idi. Çinin İngiltərə ilə əlaqələrini gücləndirən də elə Du Vey idi.

Kripto valyutanı qəbul edən bütün ölkələrdə onsuz da ingilis təsiri var idi. ABŞ həm İsrailə, həm də Çinin kripto puluni düşünan bir çox ölkəyə təhlükəli bir mesaj göndərib. Bəlkə də bu, son 50 ildə MOSSAD-ın xəbəri olmayan ilk MKİ sui-qəsdi idi. Pompeo gedib təhdid edib, sonra da səfir edam edilib.

Böyük oyun qurucusu kimi tanınan bir şəxs ortadan qaldırılıb. Ancaq İsrail Londondan sifariş almağa davam edəcəkdi. Bunu açıqlamışdı. Bu, heç vərdiş etmədiyimiz bir vəziyyətin içinə düşəcəyimizin bir əlaməti idi. Bir çox, fərqli hadisələrə şahid olacağıq. Çünki dediyim kimi, koronavirus elan olunan gündən bəri bütün müharibə pul üçün aparılır. İndi isə bu müharibədə ölənlərin sayı artmağa davam edir.

Du Vey çox yaxşı qorunurdu. İsrail, hətta Du Vey üçün xüsusi təhlükəsizlik bölməsi qurmuşdu. Pompeonun İsrailə gəlişindən sonra yeni bir hadisənin gözlənildiyi məlum idi. Məsul olan hər kəs tədbir görmüşdü. Ancaq bu, kifayət deyildi. ABŞ indi açıq şəkildə oyununu oynayır. Çünki koronavirusdan sonra yeni bir dünya qurulacaq və bu dünyanı da Vaşinqton qurmaq istəyir. Koronavirusu yaradan qüvvə, sözsüz ki, yeni nizamı da yaradacaq. Bu, son dərəcə təbiidir.

Çin kripto valyuta üçün 50 ölkə ilə görüşüb. Gözlədiyi cavab isə cəmi 24 ölkədən alıb. Ancaq Çin böyük vədlər verir. O, ehtiyat valyuta olan dolları taxtından endirmək üçün addımlar atır. Bu plan yeni deyildi və hər kəsə məlum idi. Bu həmlələrinə görə Çində koronavirus ortaya çıxdı. Bu səbəblə bir çox ölkə, xüsusən də ABŞ Çini hədəf alıb və trlyonlarla dollar təzminat almağa çalışır.

Çin çox böyük bir oyun oynamaq və qaydaları özü təyin etmək istəyirdi. Ancaq bir virus bütün nızamı pozdu. Du Vey sui-qəsdi heç kimin güvən altında olmadığını bir daha göstərdi. Yeni dünya qurularkən bir çox insanın aradan götürülməsi heç kim üçün təəccüblü olmamalıdır.

ABŞ-ın Dərin quruluşu həm pulu, silahları, həm də təbii enerjini yeni sistemdə idarə etmək istəyir. Bu sistemə qarşı çıxanlar isə əvvəlcə enerji ilə, sonra pulla və nəhayət, silahla yola gətiriləcəklər. Bu, Almaniya, İran və Çinə də aiddir.

Pompeo da bunu heç gizlətmir. Yeni sistemdə ABŞ rəqəmsal dollar da istifadə edəcək. Bununla birlikdə, bu sistemin qurulması üçün Çin xəbərdarlıqları qəbul etməli və başa düşməlidir.

Lakin bütün addımlara baxmayaraq, Çin e-RMB-dən istifadə etməyə başladı. Bir çox şəhərdə sınaqdan keçirilən bu yeni kripto pul uğurlu nəticələr verib. Londondan gələn məlumatlara əsasən, İsrailin də bu sistemi qəbul edəcəyi bilinirdi. Ancaq Pompeonun hərəkətliliyi Çini narahat edib. İsrail də Çinlə tərəfdaşlığı qəbul edib. Bu da Pekində rahatlığa səbəb olan kimi Du Vey sui-qəsdi baş verib.

Bəs Çin bu sui-qəsdə cavab verə bilərmi? Güman ki, verə bilər. Lakin bu, Vaşinqtonu daha da qəzəbləndirə bilər. Yəni bu dəfə Pekinin mərkəzində daha böyük bir sui-qəsd görə bilərik. Pekinin mərkəzində bir İŞİD hücumu necə əks oluna bilər? Çin üçün hazırlanan bir qrup aylar ərzində Çinin bir çox şəhərinə daxil olub. Vaşinqtondan gələn bir mesaj hamısını oyandıracaq. Çin üçün bu, sirr deyil. Lakin Çin kəşfiyyatı bu dəstələrdən birini tuta bilib. Amma Çində ən azı 100 dəstənin olduğu düşünülür. Beləliklə, Çinə koronavirus qədər zərər verə biləcək bir terror hücumu üçün planlar hazırlanır.

Əsl müharibə budur. Hər şey pul üçündür. Dəfələrlə yazdığım kimi, ABŞ öz borclarından qurtulmaq və hətta, alıcı olmaq istəyir. Atdığı addımlar bu istiqamətdədir. Bu müharibənin kölgəsindən nə qədər qaçsaq belə, bizim üzərimizə də düşəcək. Hər bir dövlət də bundan təsirlənəcək. Çünki dollardan qurtulmaq cəhdi ABŞ üçün əsl müharibə səbəbidir. Çox qəribə şeylər olacaq. Çünki Çin və onun arxasındakı qüvvə geri addım atmaq istəmir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar