Şənbə, 31 Oktyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Fələstin İsrail və ABŞ-la imzaladığı bütün sazişlərdən çıxdı - Nəticəsi nə olacaq?

Trampın “Əsrin müqaviləsi” layihəsi çərçivəsində Fələstinə qarşı hansı təzyiqlər edilə bilər?.. 

Politoloq: “Trampın “Əsrin müqaviləsi” layihəsi Fələstinlə bağlı fələstinlilərin bütün arzu, istək və ümidlərini boşa çıxardı”.

“YalandanFələstinin arxasında olan ərəb ölkələri tamamilə başqa istiqamətdə danışıqlar aparırlar. Faktiki olaraq ərəb ölkələri Fələstini İsrailə vermək istəyirlər”.

Bu sözləri politoloq Zaur Məmmədov Fələstinin İsrail və ABŞ-la imzaladığı bütün sazişlərdən çıxmasını PİA.az-a şərh edərkən qeyd edib.

Fələstin milli administrasiyasının başçısı Mahmud Abbas bildirib ki, Fələstin İsrail hökumətinin bu ölkənin torpaqlarını öz ərazisinə birləşdirmək niyyəti fonunda İsrail və ABŞ-la bütün sazişləri pozması barədə qərar qəbul edib.

“Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti artıq ABŞ və İsrail hökumətləri ilə təhlükəsizliklə bağlı olan razılaşmalarla üzərinə götürdüyü bütün öhdəliklərdən çıxır”, deyə Abbas deyib.

Fələstin lideri artıq İsraili “Fələstinin işğal edilmiş ərazisindəki işğal qüvvəsi” kimi beynəlxalq ictimaiyyət qarşısında məsuliyyət daşımağa çağırıb.

Bundan sonra İsrail-Fələstin münaqişəsində hadislərin gedişatı haqda nə demək mümkündür və Trampın “Əsrin müqaviləsi” layihəsi çərçivəsində Fələstinə qarşı hansı təzyiqlər edilə bilər?

Mövzunu ilə bağlı PİA.az-ın əməkdaşı Politoloq Klubunun rəhbəri Zaur Məmmədova müraciət edib.

Zaur Məmmədov: “Biz Yaxın Şərqdə heç zaman sabiq mühitin formalaşmasını görə bilməyəcəyik”.

Fələstinin bu məsələdə artıq sövdələşmədən çıxmasının qaçılmaz hadisə olduğunu düşünən politoloq əlavə edib ki, Fələstinin bu və yaxud digər məsələd uğurlu addım ataçağını gözləmir:

“Əslində Fələstinə başqa yol da qoymadılar. Çünki Trampın hakimiyyətə gəlməsindən sonra İsrail-ABŞ arasında açıq-aşkar Fələstinlə bağlı qərar qəbul edildi. Həmçinin Trampın “Əsrin müqaviləsi” layihəsi də, Fələstinlə bağlı fələstinlilərin bütün arzu, istək və ümidlərini boşa çıxardı. Təsadüfi deyil ki, Avropa Birliyi ABŞ və İsrail arasında Fələstinlə bağlı olan bu plana qarşı çıxıb.

Hər bir halda Fələstinin bu məsələdə artıq sövdələşmədən çıxması qaçılmaz hadisə idi. Amma onu da qeyd edim ki, Fələstinin bu və yaxud digər məsələdə uğurlu addım ataçağını gözləmirəm. Çünki yalandan Fələstinin arxasında olan ərəb ölkələri tamamilə başqa istiqamətdə danışıqlar aparırlar. Faktiki olaraq ərəb ölkələri Fələstini İsrailə vermək istəyirlər.

Bu Yaxın Şərq ölkələrinin öz aralarında baş verən münaqişədir. Adətən Yaxın Şərq münaqişələr ocağı var. Buna görə də biz Yaxın Şərqdə heç zaman sabiq mühitin formalaşmasını görə bilməyəcəyik”.

Nərminə UMUDLU
pia.az


Etiket: Fələstin


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Paşinyan Rusiya sülhməramlılarının gəlməsi üçün yalvardı...

Bu ərzaqlar sətəlcəmdən daha tez sağalmağa kömək edir

Əsir götürülmüş azərbaycanlı hərbçilər yaxın məsafədən atəş açılaraq qətlə yetirilib

“Ordumuz Laçın və Şuşada düşməni mühasirəyə alıb” - Açıqlama

Paşinyanın şok məktubu yayıldı: “Qarabağı verək, əvəzində...” - Foto

Ordumuzun məhv etdiyi 12 milyonluq erməni “Smerç”i – Azərbaycanda bu raketdən nə qədər var? 

Putin Təhlükəsizlik Şurasının iclasını topladı

Daha 9 kənd işğaldan azad edildi - Prezidentdən "tvit"

“Putin bir ay susdu, amma indi...” - Qarabağla bağlı plan nədir?

Bu da Anna Akopyanın qadın “batalyon”u – Fotolar

Azərbaycan ordusu dünyanın ən güclü RLS-lərindən birini Qarabağda məhv etdi

Putinin yeni Qarabağ açıqlamaları - Rusiya prezidenti ədalətli mövqe sərgiləyir?...

loading...

Ən çox oxunanalar