Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX-nın həbs etdiyi rəisin Lənkərandakı şok yeyintisi - Foto

Lənkəranın simvolu olan qədim tarixi abidə - Dairəvi qala təmirindən üç il sonra yenidən uçub-dağılıb...

1747-86-cı illərdə inşa olunan və vaxtilə türmə kimi istifadə edilmiş qala yenə məhv olmaq təhlükəsi ilə üzləşib.

Bu qala 1869-cu ilə kimi cənub zonasında baş verən müharibələrdə mühüm müdafiə və dayaq məntəqəsi rolunu oynayıb. Ərazinin rus qoşunları tərəfindən işğalından sonra ümumi qala divarları dağıdılıb və hərbi qala ləğv edilib.

Dairəvi qaladan isə həbsxana kimi istifadə edilməyə başlanılıb. Deyilənlərə görə, dustaqlar buraya Zindan ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirlərmiş. Bu da qalaya gətirilənlərin məxfiliyini təmin edirmiş.

2006-cı ildə əsaslı təmir edilən qala 3 il sonra bərbad vəziyyətə düşüb. Bir müddət əvvəl Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti açıqlama yaymışdı ki, təmir-bərpa işlərinə 2019-cu ildə başlanılması nəzərdə tutulur.

Amma 2020-ci ildir və qala uçulub-tökülmüş, qəzalı vəziyyətdədir. Qalanın təmirinə cəmi 1000 manat xərcləndiyi bildirilir. Nəticəsi göz qabağındadır.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisi Zakir Sultanov rüşvət ittihamı ilə həbs edilib. O, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.(Hit.az)

pia.az


Etiket: DTX Lənkəran


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar