Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın daxili siyasətində Çin faktoru - Təxribata gedən yol...

Dünyanın bir çox ölkəsi qlobal pandemiya ilə mübarizədə ABŞ və Çindən kömək gözləyir, lakin bu iki qüvvə təhlükəli rəqabət içindədir və əməkdaşlıq etməyə istəkli görünmür...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 19 may 2020-ci il

ABŞ qlobal sistemin aparıcı oyunçularından biridir və eyni zamanda, bu sistemin müdafiəçisidir. Lakin ABŞ-ın hazırkı administrasiyası bu sistemin təxribatçısına çevrilib.

ABŞ prezidenti Tramp bir müddət əvvəl ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatına göstərdiyi maliyyə yardımını dayandıracağını açıqlayıb. Ancaq sonradan verdiyi yardımın Çinlə eyni nisbətdə olacağı bildirilib. ABŞ-ın təşkilata verdiyi illik yardım təqribən 400 milyon dollar, Çinin yardımı isə 43 milyon dollardır. Trampın bu qərarından sonra Çin rəhbərliyi Ümumdünya Səhiyyə Təşkilatına verdiyi ianə miqdarını 30 milyon dollar artıracağını açıqlayıb. Çin ABŞ-ın yaratdığı hər bir boşluğu doldurmağa hazırdır.

Pekin Çinin qlobal liderliyini qurmaq üçün qlobal sistemin bütün üstünlüklərindən istifadə edir. Bununla birlikdə, Pekinin pandemiyaya qarşı verdiyi ilk cavablar bu rolun keyfiyyəti ilə bağlı ipucu da verir. Çin rəhbərliyi hələ epidemiya başlayarkən diqqətsiz davrandığı üçün bu virusun qlobal pandemiyaya çevrilməsinə səbəb olmuşdu. Virusu nəzarət altına alan Pekin bu uğurunu qlobal-ictimai bir uğura çevirməyə çalışır. Pandemiya ilə mübarizədə çox zəif olduğunu göstərən ABŞ administrasiyası isə bütün məsuliyyəti Çinin üzərinə atır. Bu iki ölkə arasındakı qarşılıqlı ittihamların dozası da günü-gündən artmağa davam edir.

Tramp və yaxın ətrafı istehsal fəaliyyətinə mane olan bütün sosial məsafə tədbirlərinin dərhal ləğv edilməsini tələb edirlər. Respublikaçılar 2020-ci ildə keçiriləcək seçkilərdə onlara qarşı iqtisadi itkilərdən istifadə ediləcəyini düşünürlər. Ağ Ev Milli Ticarət Şurasının prezidenti Piter Navarro Trampın iş üçün ölkəni açmaq qərarını ən yaxşı şəkildə təsvir edir. ABŞ-ın aparıcı Çin əleyhdarlarından olan Navarronın fikrincə, sosial məsafə tədbirləri bir çox insanın “Çin virusu”ndan ölməsinin qarşısını alacaq, amma tədbirlərin yan təsirlərinə görə daha çox insan həyatını itirəcək. Onu da qeyd edək ki, Navarro “Çin virusu” anlayışını məharətlə dilə gətirir.

Navarro Xəstəliklərə Nəzarət və Tədbir Mərkəzinin (CDC) bu test məsələsində ölkəni məyus etdiyini deməkdən də çəkinmir. Trampçıların fikrincə daha çox test etmək yoluxma sayını artırır və bu da ABŞ-ı kənardan pis göstərir. Trampın Səhiyyə naziri Aleks Azar isə Navarronun açıqlaması ilə bağlı bir suala belə bir cavab verib:

“CDC-nin bu ölkəni təhlükəyə atdığına inanmıram. CDC-nin xalq sağlamlığı üçün mühüm rol oynadığına inanıram”.

2020-ci il seçkilərinə hazırlaşan Tramp və Respublikaçılar “Çin faktorunu” daha çox gündəmə gətirəcəklər. Hətta Trampın Ağ Evin keçmiş Baş strateqi Stiv Bennon “Çin faktoru”nun Respublikaçıların seçki kampaniyasının mərkəzində olacağını söyləyib. Amerika radikal sağının ideoloqu kimi təsvir olunan Bennon Ağ Evdə Tramp ətrafındakı “qlobalistlərə” qarşı Navarro ilə ittifaq qurmuşdu. Bennon, eyni zamanda Çin əleyhinə olan şahinlərdən biridir.

Bu yaxınlarda Navarro “Fox Business Network”dəki proqramında Çinin bu böhranı idarə etməsi ilə bağlı milli müzakirə yaradılmasını təklif edib. Navarronun həmin proqramda Çin rəhbərliyinin virusu qəsdən sərhəddən kənara yaydığını deyərək eyham vurması da diqqət çəkib. Deyilənə görə, virus başlayan zaman Vuhandakı insanların Pekin və Şanxay şəhərlərinə getməsinin qarşısı alınıb və onların yalnız Nyu-York, Milan və digər şəhərlərin hava limanlarına enən təyyarələrlə səyahət etməsinə icazə verilib.

Xarici İşlər naziri Mayk Pompeo əvvəllər Stiv Bennon tərəfindən idarə olunan “Breitbart News”a verdiyi açıqlamada bu vəziyyətə görə Çin rəhbərliyini məsul tutmaq üçün müxtəlif variantları tezliklə nəzərdən keçirəcəklərini söyləyib. Pompeonun sözlərinə görə, Çin təkcə virusun yayılmasına səbəb olmayıb, həm də dünyanın bu pandemiyaya cavab vermək qabiliyyətini də ləngidib.

ABŞ-dakı üç professorun məlumat oğurluğu da daxil olmaqla, Çinlə bağlı bir iddialara görə həbs olunduğunu da xatırlamaq lazımdır. Elə görünür ki, bu “Çin faktoru” ABŞ-ın daxili siyasətində daha çox rol oynayacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar