Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirliyin yarım milyonluq tenderlərini udan şirkətin sahibi kimdir?

Azərbaycanda dövlətdən maliyyələşən qurumların sifarişçi olduğu satınalmalarda qalib olan şirkətlərin böyük əksəriyyətinin məmurlara aid olduğu barədə zaman-zaman araşdırmalar aparılıb...

2018-ci ildən sonra dövlət strukturlarında "islahatlar"ın başlanıldığı, "kölgə iqtisadiyyatı"na qarşı mübarizənin aparıldığı deyilsə də, digər sahələrdə olduğu kimi dövlət satınalmalarında da problemlər həllini tapmayıb.

Digər sahələrdə rüşvət və korrupsiya tüğyan etdiyi kimi, bu sahədə də "sifarişçi-qalib işbirliyi" davam etməkdədir.

Ölkədə keçirilən satınalmaların statistikasına nəzər yetirdikdə aydın görünür ki, qalib şirkətlərin əksəriyyəti dolayı və ya birbaşa vəzifəli şəxslərə aiddir.

Mövzuya Kənd Təsərrüfatı Nazirliyinin 2019-cu ilin aprel ayından 2020-ci ilin aprel ayına qədər olan satınalmaları nümunə göstərmək olar.

Araşdırmaya görə, Kənd Təsərrüfatı Nazirliyinin qeyd edilən tarixlərdə yekun vurduğu satınalmaların ümumi məbləği 690141.7 (altı yüz doxsan min 141) manat olub.

"Azərbaycan Dövlət Aqrar Universiteti üçün Kənd təsərrüfatı yönümlü kollecin tikintisinin layihələndirilməsi" və "Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimlər üçün 30 mənzilli ailə yataqxanasının tikintisinin layihələndirilməsi" lotları üzrə keçirilən satınalmanın qalibi "Feniks-AA" Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC).

2001-ci ildə dövlət qeydiyyatına alınan "Feniks-AA" Məhdud Məsuliyyətli Cəmiyyətinin reyestrinə son dəyişiklik 2019-cu ilin fevral ayında edilib.

Hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi ev 152, mənzil 66 olan şirkətin qanuni təmsilçisi Aydınlı Aydın İlqar oğludur.

"Feniks-AA” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində 2002-2008-ci illərdə İsbatov İlqar Aydın oğlu çalışıb.
İlqar İsbatov 2008-ci ildən 2019-cu ilin iyun ayına qədər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsində çalışıb.

2019-cu ilin 19 iyununda Prezidentin sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilib.

Respublikanın "Əməkdar Memar”ı fəxri adına layiq görülən İlqar İsbatov eyni zamanda, "Tərəqqi" medalına və "Şöhrət" ordeninə də layiq görülüb.

Hazırda "Feniks-AA" MMC-nin qanuni təmsilçisi Aydın Aydınlı İlqar İsbatovun oğludur.

Arqument.az-ın araşdırması zamanı məlum olub ki, "Feniks-AA" MMC-nin qanuni təmsilçisi Aydın Aydınlının bioqrafiyası atasının bioqrafiyası kimi heç də zəngin deyil.

Belə ki, 2011-ci ilin avqust ayının 12-də "Yeni Musavat" saytında "Bakıda məmur balaları iki uşağı öldürdü" adlı xəbərdə atasına məxsus "Range Rover” markalı, 90 FZ 100 nömrəli maşını idarə edən Aydın İlqar oğlu Aydınlının saat 21:30-da Cavadxan küçəsində 2 yaşlı Altay Rəhimov ad soyadlı uşağı vurduğu, sonradan həmin uşağın xəstəxanada vəfat etdiyi deyilir.

Hadisə zamanı sükan arxasında olan Aydın Aydınlının o zaman 15 yaşı olub.

Aqrument.az mayın 3-də Kənd Təsərrüfatı Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə informasiya sorğusu göndərsə də, qurumların heç biri sorğunu cavablandırmayıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar