Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oliqarxlar Putini xilas edir…

Bizimkilərdən fərqli olaraq, Rusiya varlıları pul kisələrinin ağzını açıb...

İndi elə bir vəziyyət yaranıb ki, Rusiyanın insafsız və tamahkar işgüzar elitası koronavirus böhranı şəraitində vətəndaşlara kömək etmək məqsədilə öz pul kisələrinin ağzını açıb. Kiməsə elə gələ bilər ki, Rusiya oliqarxları xeyriyyəçiliklə məşğul olan anqlo-amerikan kapitalizminin ilk bankirləri və sənayeçilərinin yoluyla gedirlər.

Əlbəttə, bunun əksini deyənlər də az deyil. Onların fikrinə görə, oliqarxlar “iyrənc mafioz” adından yaxa qurtarmaq üçün öz imiclərinə parlaq çalarlar qatmaq istəyirlər.

Rusiya varlılarının sosial məsuliyyətlərinin qəflətən artmasının digər izahı da var. Oliqarxlar siyasi durğunluğun qoxusunu yaxşı hiss edir və həm də görürlər ki, Kremlin iqtisadi geriləmənin öhdəsindən gələ biləcək planı yoxdur. Və indi Putinin ölkəni daha 12 il idarə etməsinin yolunu açmaq qrafikinə fasilə verilib.

Hadisələrin gedişinin ölkəni hara sürüklədiyini görən biznes elitası hakimiyyətdəki çatışmazlıqları ortadan qaldırmaq üçün Kremllə öz aralarında yeni razılaşmaya ehtiyac duyulduğunu anlayırlar.

“Covid-19” pandemiyası həm demokratik dövlətlərin və həm də avtoritar rejimlərin kövrək tərəflərini əyani şəkildə nümayiş etdirdi. İlk başlarda virusa sakit yanaşan Rusiya, hazırda xəstəliyin böyümə tempinə görə dünyada ikinci yerdə gedir. Yanvar ayında Rusiya Çinlə sərhədlərini bağladı və belə zənn etdi ki, təhlükəsizliyin təmin edilməsi istiqamətində görülən bu tədbirlə kifayətlənmək olar. Lakin hazırda Moskva meri hesab edir ki, paytaxt əhalisinin artıq iki faizi koronavirusa yoluxub. Bərbad vəziyyətə salınmış səhiyyə sistemi artıq koronavirus epidemiyasının yayılma sürətilə bacara bilmir və burada söhbət təkcə qoruyucu vasitələrin çatışmamasından getmir. Yekaterinburqda olan bir müəssisə qısa zamanda 5700 ədəd Süni Tənəffüs Aparatı hazırlanması sifarişi alıb. Son həftə ərzində bu cür aparatlarda iki dəfə yanğın hadisəsi baş verib və nəticədə altı “Covid-19” xəstəsi həlak olub.

Putin koronavirusla mübarizəyə gec başladı və yalnız ictimaiyyət qarşısına bir dəfə virusdan mühafizə geyimində çıxdı. Sonradan onun fəaliyyəti görünməz oldu. Alüminium maqnatı Oleq Deripaska isə hələ 14 mart tarixində Kreml rəhbərliyini bütün sərhədləri bağlamağa və 60 günlük karantin tətbiq etməyə çağırmışdı. Amma Putin ciddi tədbirlər görmək əvəzinə, dünyanın digər ölkələrindən fərqli olaraq, epidemiyanın öhdəsindən daha yaxşı gələcəkləri ilə öyünməyə başladı. Bundan iki həftə sonra isə qismən özünütəcrid rejimi tətbiq olundu.

Prezident Putin koronavirusu ciddi qəbul etməyə başlayanda, onu bu yoluxmanın Rusiyanın böyük ərazilərinə və tibbi xidmətin zəif olduğu kənd yerlərinə yayılması qorxusu bürüdü. Ancaq o, hələ də Rusiyanın pandemiyanın ilk mərhələsinə qədəm qoyduğunu anlamadı. Elə ona görə də, oliqarxlar pandemiya ilə mübarizəyə girişdilər.

Onlar öz müəssisələrinin yerləşdiyi şəhərlərin qorunması üçün şəxsi vəsaitlərindən milyonlarla dollar xərcləyiblər. Bəzi hallarda onların zavodları yerləşdikləri şəhərlərdə yaşayan əhalini işlə təmin edən yeganə müəssisədir. Bu da onlara müəyyən siyasi çəki qazandırır. Poladəritmə sənayesinin maqnatı Aleksey Mordaşov ona məxsus “Severstal” şirkətinin zavodlarının yerləşdiyi dörd regionun qubernatorlarına bu şəhərlərdə karantin tətbiq olunmasını təklif edib. A.Mordaşov koronovirusla mübarizə çərçivəsində maliyyə yardımlarıyla yanaşı, 20 ədəd süni tənəffüs aparatı alıb və yerli polisi maska ilə təchiz edib.

Rusiyada Arktika istiqaməti xüsusilə kövrək görünür. Zapolyaryedəki sıxılmış qaz müəssisəsinin yerləşdiyi qəsəbədə koronavirus testindən keçən 1900 nəfərdə nəticələr pozitiv çıxıb. Bu regionda işləyənlər, adətən, darısqal yataqxanalarda yaşayırlar.

Uzaq Norilsk şəhərində yerləşən “Nornikel” şirkətinin rəhbəri və bəlkə də Rusiyanın ən varlı adamı Vladimir Potanin koronavirusla profilaktik mübarizə tədbirləri üçün 150 milyon dollar ayırıb. Onun tərəfindən test sistemləri, maskalar, qoruyucu geyimlər və 46 ədəd süni tənəffüs aparatı sifariş verilib. Oleq Deripaska “Covid-19” pasientlərinin müalicəsi üçün Sibirdəki üç klinikanın tikintisini maliyyələşdirir.

Digər oliqarxlar koronavirus əleyhinə mübarizə qərargahına maliyyə vəsaiti köçürür və eyni zamanda da xəstəxanalar üçün qoruyucu geyimlər, tomoqrafiya cihazları alan xeyriyyə təşkilatlarını maddi cəhətdən dəstəkləyirlər.

İndiki Rusiya vaxtilə oliqarxların təcili surətdə dövlət mülkiyyətini qamarladığı 1990-cı illərin əvvəlləri kimi deyil. Putin hakimiyyətə gələn kimi, oliqarxları nizam-intizama dəvət etdi və özünə sadiq bildiyi adamları enerji resursları və faydalı qazıntılar kimi yüksək gəlirli sahələrə buraxaraq, onları mükafatlandırdı.

Bunlarla yanaşı, Putin onu tənqid edən biznesmenləri cəzalandıraraq, onları ya ölkədən çıxmağa vadar etdi, ya da Mixail Xodorkovski kimi həbsə atdı. Beləliklə də, Putin kleptokratiyanın fundamentini möhkəmləndirdi. Rusiya biznesmenləri müxtəlif yollarla, məsələn, Soçi-2014 olimpiadası üçün infrastruktur yaratmaqla və ya Qara dəniz sahilində prezidentə saray tikməklə Kremlə daim xərac verirlər. Onlar həmçinin siyasi ambisiyalarından əl çəkiblər.

Amma hazırda vəziyyət tədricən dəyişir. Boris Yeltsindən fərqli olaraq, oliqarxların Putinlə şifahi razılaşması vardı ki, o, dövlətin mərkəzləşməsini gücləndirməklə iqtisadi böyüməyə təkan verərək, Rusiya biznesinə qlobal status qazandıracaqdı. Korrupsiyalaşmış məhkəmələr və vergi müfəttişliyi biznes elitasını narahat etməsə də, oliqarxlar ümid edirdilər ki, zamanla Rusiya bundan daha müasir hala gələcək.

Ancaq deyəsən, Putin onları məyus etdi və bu, onun təkcə pandemiya şəraitindəki fəaliyyətilə bağlı deyil. Şübhəsiz ki, Putin öz hakimiyyətini möhkəm saxlayır, amma narazı oliqarxlar dövlət idarəetməsində daha əhəmiyyətli rol almaq istəyirlər.

“The Times”

Tərcümə: “AzPolitika.info”

pia.az


Etiket: Oliqarxlar Putin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar