Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-Çin çəkişməsində Rusiya faktoru: Moskvaya hansı güzəştlər oluna bilər?..

ABŞ və Çin Rusiyaya regional qüvvə rolundan başqa bir şey vermək istəməyəcək...

İsmail Hakkı Pekin

“The Independent” qəzeti, 18 may 2020-ci il

Dünyamız pandemiya və iqtisadi problemlərin həlli ilə məşğul olarkən, bir tərəfdən də qlobal qüvvələr bu kritik vəziyyətdən ən yaxşı şəkildə çıxmaq üçün tədbirlər görməyə və bir-birlərinə mane olmağa çalışırlar.

Daha əvvəldən başlanmış ticarət müharibələri davam edərkən ABŞ Xarici İşlər Nazirliyinin müşaviri öz müttəfiqlərinə Çinin yatırımları məsələsində çox diqqətli olmalarını və bu ölkələr üçün sərmayələrin bir tələ ola biləcəyini bildirib.

O, dəfələrlə bu hadisənin bir zarafat olmadığını və ABŞ-ın bununla bağlı ciddi tədbirlər gördüyünü qeyd edib.

Düşünürəm ki, qlobal qarşıdurma, qlobal liderlik və ya yeni dünya nizamı məsələsində müzakirələr aparmaq öz istiqamətimizi tapmaqda bizə kömək edə bilər.

Əvvəlcə Rusiyadan başlayaq

Strateji uzaqgörənlik baxımından yeni dünya nizamının formalaşmasında Rusiyanın oynadığı rol və ya hazırlanmış ən yüksək səviyyəli layihə barədə düşünmək lazımdır.

ABŞ və Çin Rusiyaya regional qüvvə rolundan başqa bir şey vermək istəməyəcək.

Bəli, Rusiya geosiyasi baxımdan xüsusilə də, Aralıq dənizinə enmiş vəziyyətdə dünya adasının mərkəzində yerləşir. Lakin qlobal bir güc olmaq və çox qütblü dünya nizamının qütblərindən birinə çevrilmək üçün kifayət qədər güclü deyil. Xüsusilə iqtisadi güc və yüksək texnologiyalar baxımından ABŞ və Çindən çox geridə qalır. Əhalisinin də sayı azdır və 2050-ci illərdə əhalisinin sayı 100 milyondan çox olmayacaq. Həmçinin, demoqrafik quruluşunda etnik və dini fərqlər artdığı üçün ictimai bölünmələr də ortaya çıxa bilər. Bu vəziyyətdə Rusiya qlobal bir aktyordur, lakin regional güc olaraq (buna qitədəki güc də deyə bilərik) öz maraqları baxımından tarazlaşdırma rolunu oynaya bilər.

Bu strategiya qısa müddətdə Çinin işinə yarasa belə, sonrakı mərhələdə Çinin maraqlarına xidmət etməyəcək. Çünki mövcud vəziyyət Çinə qarşı bir Avrasiya blokunun yaradılmasını zəruri edir. Ancaq bu fikir yanlış da ola bilər. Çinin istədiyi şey Avrasiya qüvvələrinin birləşməsi deyil, bu ölkələrin ABŞ-ın əleyhinə çıxış edərək Çinin tərəfinə keçməsidir. Həmçinin, onların Çinlə möhkəm bir əməkdaşlıq yaratmalarını da istəyir.

Çin Avrasiya ölkələrinin öz aralarında rəqabətli və bölünmüş halda qalmalarını istəyir. Ümumiyyətlə, Pekin Avrasiya qüvvələrinin bölünməsindən və rəqabətindən istifadə edərək öz maraqlarını daha asan şəkildə genişləndirmək imkanına sahib olacaq.

Eyni ssenari ABŞ-a da aiddir. Ən pis vəziyyət ABŞ-a qarşı bir Avrasiya blokunun yaranmasıdır. Bunun qarşısını almaq üçün Rusiya belə bir quruluşa rəhbərlik etmək əvəzinə, ABŞ və Çin arasında tarazlıq rolunu oynamalıdır, çünki Rusiya buna məcbur edilir.

Rusiyanın ABŞ və Çin arasındakı tarazlaşdırna rolunu oynaması ilə bağlı fərziyyənin Böyük Yaxın Şərq Bölgəsinə necə təsir edəcəyini də düşünmək lazımdır. Bu məsələni, xüsusilə İsrail baxımından araşdırmaq lazımdır. Eyni zamanda İngiltərə və Avropa baxımından da düşünməyə ehtiyac var.

Əgər Rusiya tarazlaşdırma rolunu mənimsəyib, bu iki fövqəldövlət arasındakı rəqabətdən istifadə edən bir ölkə olsa, o zaman ABŞ-ın Rusiyaya nəzarət etmək üçün istifadə edə biləcəyi vasitə və metodlar nələr ola bilər? Yaxud Rusiyaya hansı məsələlərdə güzəştə getməyə məcbur qala bilər? Çin Rusiyanı əməkdaşlığa məcbur etmək üçün hansı vasitə və metodlardan istifadə edə bilər? Rusiyaya hansı güzəştləri edə bilər? Çin üçün Rusiyaya alternativ ola biləcək bir ölkə varmı? Varsa hansı ölkə və ya ölkələr ola bilər?

Geniş qlobal baxış bucağı ilə ənənəvi Qərb blokunu bütövlükdə nəzərə alsaq görərik ki, Rusiya və Çin Qərbin mühasirəsi altındadır.

ABŞ-ın mövcud dəniz gücü və okeanlarını idarə etməsi bu mühasirəni tamamlayan və hətta müəyyən edən ən vacib amildir.

Bəs bu günkü problem nədir?

Problem ondan ibarətdir ki, Qərb artıq köhnə Qərb olmamalıdır. Başqa sözlə, ABŞ və İngiltərə arasındakı xüsusi əlaqədən aydın olur ki, Soyuq Müharibə bitdikdən sonra bir sıra problemlər ortaya çıxıb və bun problemlər hələ də davam edir. Bəs Qərbin öz daxilindəki bu problemi yaradan əsas amil nədir? Qərbin daxilindəki bəzi simalar hansı səbəblərə görə Çinlə əməkdaşlıq etmək istəyiblər?

ABŞ-ı yenidən ən böyük qüvvəyə çevirmək istəyənlər Çinlə əməkdaşlıq etmək istəyənlərə qarşı Rusiyanı Şərqi Aralıq dənizinə endirmiş və Ukraynanı bölməsinə göz yummuş ola bilərlərmi?

ABŞ və ya ənənəvi olaraq Qərb üçün İran böyük bir paydır və buna görə də, bu ölkələrin razılığı olmadan İrana qarşı bir əməliyyat keçirməsi böyük risk olar.

Buna görə, əsas məsələ İranın nüvə silahına sahib olmasıdır. İrana qarşı ittifaqı pozmaq onların xeyrinə olmaz.

Suriyada Əsədin devriləcəyi məsələsi ilə bağlı İsrailin yanaşması müsbət deyil. Buna müdaxilə etmək və ya rəhbərlik etmək istəmirlər. Lakin ABŞRusiya bunu etmək istəsə, ən yaxşı üsulla onları öz maraqlarına uyğunlaşdırmaq üçün ciddi səy göstərə bilər.

Su Yaxın Şərq bölgəsinin ən təbii sərvəti və gücüdür, həmçinin Suriyanın parçalanmasına gətirib çıxaran görünməz səbəblərdən biridir. Yəni bu, milli təhlükəsizlik məsələsidir.

PKK problemi suya hakim olmaq məsələsidir

Pərdə arxasında PKK-nın ipi kimin əlindədirsə, suya və GAP (Cənub-şərqi Anadolu Bölgəsi) regionuna nəzarət etmək istəyənlər də məhz onlardır.

İsrail dəniz suyunu duzdan təmizləmə təsisi qurmağa çalışır. Təbəriyya gölünü bəsləyən və əhatə edən Qolan təpələrini də işğal bu üzdən etmişdi. Ancaq bunlar ona kifayət etmir.

Ona görə də İsrail PKK vasitəsilə gələcəkdə Fərat və Dəclə çaylarının da sahibi olmaq istəyir. Təl-Əvivin bütün oyunun məqsədi su və kənd təsərrüfatına əsaslanır. Digər səbəblər isə ikinci dərəcəlidir.

Ümid edirəm ki, bu yazım qlobal mübarizəyə və bölgədəki problemlərə fərqli nöqteyi-nəzərdən baxmağa, yeni fikir və hərəkət yollarının yaranmasına kömək edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ Çin Rusiya

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar