Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Həbs edilən sabiq icra başçısının oğlu məni şirkətə buraxmır” 

Yevlax rayon sakini Nilgün Qədirli rayonun sabiq icra başçısı, hazırda həbsdə olan Qoca Səmədovu özbaşınalıqda ittiham edir...

 

Şikayətçi müraciətində bildirib ki, Yevlax Toxucu ASC-nin səhmdarlarından biri olsa da, əsas səhmdar tərəfindən hüquqları tapdalanır:

“Atam Şirzad Hüseynov 1997-ci ildə Yevlax Toxucu ASC-ni qurub. 2004-cü ildə təzyiqlərə məruz qaldığı üçün sabiq icra başçısı Qoca Səmədovun adına keçirib. Müəssisədə 16% səhm payım var. Yerdə qalan səhm payı isə Qoca Səmədova aiddir. Rəsmi olaraq onun qaynı arvadının adında olsa da, bugünkü gündə bütün maliyyə məsələlərini oğlu Ruslan Səmədov görür. Hazırda məni oraya girməyə qoymurlar. Qapıdan qovuluram. ASC-nin ərazisində kafe açılıb, bir hissəsi mebel mağazasına, digər bir hissəsi isə 4 min manata “Azərşəkər” MMC-yə icarəyə verilib. Ancaq həmin gəlirdən mənə bir qəpik də ödənmir”.

N. Qədirlinin sözlərinə görə, 2014-cü ildən heç bir iclasda iştirakına icazə verilməyib: “Səhmdar kimi öz dividentimi istəsəm də, mənə hər hansı ödəniş edilməyəcəyi bildirilib. Deyirlər ki, əsas səhmdar bütün ödənişi özünə götürməlidir. Qanunvericilikdə belə bir şey yoxdur.

Prakurorluğa müraciət etmişəm. Karantinlə bağlı hazırda Yevlaxa gedə bilmədiyim üçün iş qalıb. Əlimdən gələni edirəm ki, haqlarım tapdanmasın. Mediaya müraciət etməkdə məqsədim prosesin sürətləndirilməsidir”.

Xatırladaq ki, Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıb.(Qafqazinfo)

pia.az


Etiket: Yevlax şikayət


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar