Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsinin bütün vəzifəliləri naxçıvanlılardır - Təsadüf, ya zərurət?

"Meydan TV"-nin hazırki rəhbəri Həbib Müntəzir (Abdullayev) ötən gün Azərbaycan Dövlət Gömrük Komitəsi barədə 2 il əvvəl yazdığı statusunu xatırladıb...

Buna səbəb, Gömrük şefinin öz barəsindəki bəzi məlumatı gömrük qurumuna məxsus saytdan sildirməsi olub.

Media rəhbərinin xatırlatmasında maraqlı məqam daha çox diqqət çəkir.

Aydın olur ki, mühüm komitədə təmsil olunan ən yüksək vəzifə postları sədr Səfər Mehdiyevin həmyerliləri, dostları, bəlkə də yaxın qohumlarıdır.

H.Müntəzirin feysbuk statusunu olduğu kimi təqdim edirik:

"Bu gün bir araşdırma ilə əlaqədar Gömrük Komitəsinin saytına girdim, təsadüfən nə görsəm yaxşıdır? Gömrükbaşı Səfər Mehdiyev əmr verib, saytda islahat aparıblar. Nə ediblər? Komitə sədrlərinin harada doğulmağı ilə bağlı məlumatlar silinib. ???? Səbəb nə imiş? Mənim 2018-ci ildə yazdığım status. Statusu olduğu kimi paylaşıram və nehrəmli Səfər məllimə demək istəyirəm ki, Allah Mirzə Cəlilə rəhmət eləsin, islahat nəyisə silməklə olmur, hazırlaş, sənin barəndə araşdırma gələcək. 1 ildən çox vaxt keçib, istefa vermədin, indi görək villa-obyektlərini göstərsəm necə siləcəksən?!

27 dekabr 2018-ci il yazdığım status:

Gömrükbaşı Səfər Mehdiyev deyib ki, Azərbaycan gömrüyündə 1% inhisarçılıq, monopoliya göstərin, istefa verim. A kişi, sən gömrüyü qohum, əqraba və kəndlilərinlə zəbt etmiş adamsan, utanmırsan hələ danışırsan da:

▪️Sədr - Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.

▪️Müavin - Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm.

▪️Müavin - Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.

▪️Müavin - Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri
Digər struktur rəisləri:

▪️Daxili Təhlükəsizlik İdarəsi rəisi - Rəşad Zalov, 1980, Naxçıvan.

▪️İnzibati İdarəetmənin Təşkili idarəsi - Nüsrət Qurbanov, 1963, Naxçıvan.

▪️Xarici Əlaqələr İdarəsi rəisi - Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.

▪️Hüquqi təminat şöbəsi rəisi - Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.

▪️Mətbuat Xidmətinin rəisi - Natiq Axundov, 1977, Naxçıvan şəhəri.

▪️Katibliyin rəisi - Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.

▪️Avtomobil Nəqliyyat İdarəsi - Cəfərov Simurq, 1964, Ordubad, Tivi kəndi.

▪️İnfrastrukturun İnkişafı İdarəsi - Qasımov Kamil, 1960, Babək, Çeşməbasar".

DGK-nın vəzifə bölgüsündə qabaran yerlibazlıq məsələsinə rəsmi mövqeyini də dərc etməyə hazırıq!(demokrat.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar