Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu: “Siyavuş bilmədiyi şeyləri danışır...”

ADP sədri: “Elçibəy heç vaxt haqqımda o sözləri deməzdi...”

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovla ADP sədri Sərdar Cəlaloğlu arasında bir həftədən çoxdur ki, yaşanan gərginlik səngimək bilmir. Tərəflər bir-birinin ünvanına ən müxtəlif ittihamlar səsləndirməkdədirlər.

Məlumat üçün  bildirək ki, S.Novruzov-S.Cəlaloğlu qarşıdurmasının yaşanmasına səbəb ikincinin “Müsavat TV”də hakim partiyanın funksioneri barədə dedikləridir. ADP sədri deyib ki, Nəcibulla (Əfqanıstanın prezidenti olmuş Məhəmməd Nəcibulla nəzərdə tutulur) asılanda Siyavuş Novruzovun 12 yaşı olub. Deputat partiyanın sədrinin bu fikirlərini əsas tutaraq, “Yeni Müsavat”a açıqlamasında onun yalan danışdığını söyləyib.

S.Novruzov S.Cəlaloğlu ilə bağlı bir xatirəsini də danışıb: “Cəbhəçilərin hakimiyyətdə olduğu dövrdə cəbhə üzvləri Əbülfəz Elçibəyə deyirlər ki, Sərdar Cəlaloğlu küsüb, vəzifə istəyir. Soruşub ki, hansı vəzifəni? Deyiblər, Sərdar Cəlaloğlu deyir məni xarici işlər naziri qoysunlar. Elçibəy deyib ki, əgər mən Sərdar Cəlaloğlunu xarici işlər naziri qoysam, gərək bütün ölkələrə müharibə elan edəm”.

S.Cəlaloğlu qəzetimizə açıqmasında ironiya ilə o fikirləri söylədiyini bildirdi: “Lazımsız hərəkətlər edir. Ərk edib demişəm ki, bu cür hərəkətlər lazım deyil. Nəcibulla mənə orden verdi, filankəs mənə onu etdi, bunlar gülməli söhbətlərdir. Guya bilmirəm ki, Nəcibulla nə vaxt asılıb? O Əfqanıstanda olub, orada vuruşub, bunları bilirəm”.

Partiya sədri S.Novruzovun Elçibəy hakimiyyətindən küsməsi barədə dediklərinə də reaksiya verdi: “Tamamilə yanlış deyir. Pənah Hüseyn, Asim Mollazadə və digər vəzifələrdə təmsil olunanlar sağdırlar. İsa Qəmbər prezident səlahiyyətlərini icra edəndə Qurban bəyi (qardaşı - red.) və ya məni, ikimizdən birimizi ona təqdim ediblər. Bir neçə vəzifə istisna olunmaqla, istənilən post mənə təklif olundu. İsa bəy məni yanına çağırıb və dörd ölkəni-İran, Türkiyə, Amerika və Rusiyanı göstərdi ki, onlardan birinə səfir gedim. Bu təklifdən imtina etdim. Başqa işlərin birinə rəhbərlik etməyim də mənə təklif edildi. Nazir, müşavir işləyə bilməyəcəyimi söylədim. Xarici İşlər Nazirliyində o vaxt təşkilatı məsələlər üzrə müavin yeri açılmışdı. Orada işləyə biləcəyimi söylədim. Nazirliyin təşkilatı işlərinə kömək etmək istəyirdim. Müavinliyə təklif olundum, Tofiq Qasımovla nazirliyə getdik. İki saat söhbət edəndən sonra anladım ki, onunla işləyə bilmərəm. Çünki anlamışdım ki, onun düşündüyüm xarici işlər naziri olmasına nə qabiliyyəti, nə də fikri var. Müavinlikdən də imtina etdim. Bunları ona görə incəliklə dedim ki, hər kəsə nazir postu istəmədiyim məlum olsun. İsa Qəmbər hakimiyyətə gəlməmişdən qabaq istənilən vəzifənin mənə verilməsi barədə təklifi var idi. Naxçıvana gəlmişdi və orada vəzifələr təklif edib. Bu söhbətlərin şahidləri var. Mən vəzifələrdən imtina etmişəm. İsa bəy prezident səlahiyyətlərini icra edəndə onunla görüşümüz olub. Bir çox vəzifələr təklif edilib ki, onlardan yalnız xarici işlər nazirinin müavini olmağa razılıq vermişəm. Elçibəy haqqımda heç vaxt o sözləri deməzdi. Əgər belə olsaydı, yuxarıda adlarını çəkdiyim 4 ölkədən birinə səfir getməyim mənə təklif olunmazdı. Hətta ona demişdim ki, nəyə görə bu ölkələrdən birinə səfir getməyimi istəyirsiniz? O demişdi ki, dövlət kimi mövcudluğumuz bu dörd ölkənin bizə olan münasibətindən asılıdır. Təhlükələrin qarşısını almaq üçün qabiliyyətli adamların bu ölkələrdə Azərbaycanı təmsil etməsinin vacibliyini də önə çəkdi. O zaman partiya sədri idim, işlərim yarımçıq idi.

Qəzetimiz fəaliyyət göstərirdi. İşlərimi qoyub başqa ölkəyə gedə bilməyəcəyimi dedim. Amma dövlətdə təmsil olunub, hər cür dəstəyi verməyə hazır olduğumu da bildirmişdim. O vaxt kifayət qədər tanınan insanlardan idik, hərəkatda rolumuz  var idi. Elçibəy bu və ya digər səbəblərdən komandasında təmsil olunmağımızı istəyirdi. Ən çox da İsa Qəmbər bunu istəyirdi. Prezident, parlamentin sədri və dövlət katibi postlarından başqa istənilən vəzifəni tuta bilərdim. Siyavuş Novruzovun Xalq Cəbhəsi hakimiyyəti dövründə 13-14 yaşları var idi. Səhv etmirəmsə, o vaxt heç Bakıda belə deyildi. Bilə bilməzdi ki, Elçibəy hakimiyyətində mənə vəzifələr təklif olunub ya yox. Boş-boş danışır. Əgər müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü təmin etmək müharibə tələb edəcəksə, onu etməliyik. Bu günləri tutaq ki, aqressivim olum, amma bu, o demək deyil ki, xarici işlər naziri olaraq dünyaya müharibə elan edim. Qarşı tərəfə təsir etmək üçün bəzən təhdid dili ilə də danışmalısan. Bir çox ölkələrin xarici işlər nazirlərinin aqressiv mövqelərinin az şahidi olmamışıq. Siyavuş Novruzov ağ yalan danışır. Elçibəy haqqımda heç vaxt mənfi rəydə olmayıb. Hərəkatdan əvvəldən o məni tanıyırdı.

Çox yaxşı münasibətlərimiz olub. Ümumiyyətlə, AXC iqtidarında heç kəs də haqqımda mənfi rəy olmayıb. Tofiq Qasımovla tanış olandan sonra gördüm ki, həddindən artıq yerliçilik edir. Elçibəyə qarşı neqativ münasibəti var idi. Nazirliyin işini tələb olunan səviyyədə təşkil etmək niyyətindən uzaq idi. Həddindən artıq özünü sevən insan idi. Bu səbəblərdən onun özünə bir söz demədən gəlib Elçibəyə vəzifəmdən imtina etdiyimi dedim. Sonradan o vəzifəyə Elçibəyin xalası oğlunu təyin etdilər. Siyavuşun dediklərinin heç biri həqiqətə uyğun deyil. Ümumi idarəetməyə baxıb, qərar vermişəm ki, hakimiyyətə xeyir verə bilərəm ya yox. Əbdürrəhman Vəzirov da məni hakimiyyətə dəvət etmişdi. Qəbul etmədiyim komandada işləyə bilmədiyimi bildirmişdim. Siyavuş bilmədiyi şeyləri danışır. İstəsəydim, bu gün çox nazirlərdən daha yüksək pillədə idim. Elçibəy hakimiyyətinə yeni bir xarici işlər naziri lazım idi. Tofiq Qasımov intriqabaz, yerliçilik edən bir şəxs idi. Ona görə könüllü vəzifəmdən imtina etmişəm. Heç kəsə xarici işlər naziri olmaq istəyim kimi fikir bildirməmişəm. Sadəcə, yalan-böhtan danışır. O mənə çox uğursuz bir cavab verib”.

ADP sədri YAP funksioneri ilə olan qohumluq əlaqələrindən danışdı: “Siyavuş Novruzov atamın bibisinin doğmaca nəticəsidir. Ailəvi münasibətlərimiz çox yaxşıdır. Atası, nənəsi sağ olanda gediş-gəlişimiz var idi. Ağsaqqallar ölüb gedəndən sonra əlaqələr kəsildi. Mövqelərimiz fərqli olduğu üçün bizim də əlaqələr bitdi. Onun bir qardaşı var. Çox savadlı, Azərbaycanın böyük dilçilərindən biridir. Məsələn, onun bir neçə kitabını 90-cı illərdə Qurban öz cibinin pulu ilə çap etdirmişdi. Onun özünü atam o vaxt dəstək verib, aspiranturaya göndərmişdi. Yəni yaxın münasibətlərimiz olub. O mənə baxanda uşaq olduğu üçün əlaqələrimiz o qədər də geniş olmayıb”.(“Yeni Müsavat”)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

  • Gündəm
  • Aktual
  • Gerçəklər

Ən çox oxunanalar