Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korona diktaturası və Hitlerin Səlahiyyət Qanunu...

İnsan sağlamlığı ilə oynayanlar çox kiçik bir azlıqdır və əslində, heç bir gücləri də yoxdur...

Arslan Bulut

“Yeniçağ” qəzeti, Türkiyə, 15 may 2020-ci il

Türkiyə üçün ABŞ-da və Almaniyada nələr baş verdiyi çox vacibdir. Bu səbəbdən bu ölkələrin nəyi müzakirə etdiklərini başa düşmək üçün iki ölkənin mətbuatından sitatlar gətirmək istərdim.

“Washington Times” qəzetinin yazarı Kal Tomas “Covid-19 qorxusu Amerikanı məhv edəcək” başlıqlı məqaləsində deyir:

“İnsanlar üçün iki seçim var: birincisi “evdə qal, müəssisələri bağla, necə dolanacağını unut”. İkincisi isə “küçəyə çıx və öl”. Mən riskin daha kiçik olduğuna inanıram, amma bu qorxu koronadan daha böyük bir təhdid ola bilər ”.

Yazıçı bildirir: “Müəyyən bir yaşda olanlar Soyuq Müharibə dövründə yaranan qorxuları xatırlaya bilərlər. Nüvə müharibəsindən sağ çıxanların gücləndirilmiş sığınacaqlarda nə qədər müddət qalması ilə bağlı hekayələri və sənədli filmləri xatırlayacaqlar. Sonra radioaktivlik səviyyəsini təyin edə “Geiger” sayğacları gündəmdə idi. Bu günkü “Geiger” sayğacları alnımıza qoyulanda termometrlərdir”.

Müəllif rok musiqiçisi Ted Nuqentin mesajına da yer verib:

“Mən axmaq oyunu oynamaqdan əl çəkdim. Artıq qorxunun əsiri olmayacağam. Artıq evdə qalmıram. Sizin qorxu Amerikanı məhv etmək üçün bir bəhanə ola bilməz. Sizin qorxunuz mənim qorxum deyil və bu qorxunun həyatıma, işimə, gəlirimə və ya azad bir Amerika vətəndaşı olaraq gələcəyimə müdaxilə etməyə haqqı yoxdur”.

Digər tərəfdən, Alman mediası da bütün şəhərlərdə davam edən etirazları təhrif etməklə məşğuldur. Məsələn, “Deutsche Welle” Türkcə yazır:

“Mütəxəssislər bildirirlər ki, etirazlar hər şəhərdə müxtəlif şəkildə özünü göstərir və solçuların, radikal sağçıların, demokratiya əleyhinə olanların, sui-qəsd nəzəriyyələrinə inananların, antisemitistlərin, mühafizəkarların, peyvənd əleyhinə olanların, sağçı populistlərin, ezoteriklərin və yalnız korona tədbirlərinə qarşı çıxan sadə vətəndaşların iştirak etdiyi yürüşlərdə ən çox radikal sağ önə çıxır”.

Yəni etirazlarda hər kəs var, amma alman mediası onları “yeni sağçı hərəkat” kimi damğalamağa çalışır.

Buna baxmayaraq, etirazçıların iddialarına da yer verirlər.

Korona tədbirlərinə qarşı çıxan qrupların ən sevimli siması keçmiş aparıcı Ken Cepsendir. Yəhudi düşmənçiliyi ilə bağlı YouTube-da öz nəzəriyyələrini yayan Cepsen Bill və Melinda Qeytsin Dünya Səhiyyə Təşkilatını və Almaniya hökumətini satın aldığını, Robert Koç İnstitutunu maliyyələşdirdiyini, “Der Spiegel” və “Die Zeit”a investisiya qoyduğunu və Cons Hokinz Universitetinə verdikləri ianə ilə oranı da ələ keçirdiklərini deyir və bütün dünya ictimaiyyətindəki əsas fikri Qeyts ailəsinin təyin etdiyini qeyd edib. Cepsen Bill və Melinda Qeytsin Ruzvelt, Çörçil, Stalin və Hitlerdən belə daha çox gücə sahib olduğunu iddia edir.

Mövcud etirazların əsas aktyoru isə “Qiyam 2020” adlı təşkilatdır. İlk nümayişin isə Berlindəki anti-kapitalist ritorikası ilə diqqət çəkən “Demokratik Qiyamın Əlaqə Mərkəzi” dərnəyi tərəfindən keçirildiyi bildirilib.

Nümayişin çağırışçılarından biri olan dramaturq Anselm Lenz Almaniyanın korona siyasətini “Səlahiyyət Qanunu əsasında tətbiq olunan fövqəladə vəziyyət rejimi” olaraq xarakterizə edir. Almaniyadakı “Səlahiyyət Qanunu” anlayışı 24 mart 1933-cü ildə qüvvələr bölgüsünü ləğv edərək bütün səlahiyyəti təkcə Adolf Hitlerə verən qanuni tənzimləmə ilə müəyyən edilib.

Berlindəki aktyorlardan biri də veqan yemək kitabları ilə məşhur olan aşpaz Attila Hildmanndır. Alman əsilli bir ailə tərəfindən övladlığa götürülən bu türk əsilli aşpaz alman hökumətini korona ilə bağlı yanlış statistika verərək demokratiyanı məhv etməkdə, “korona diktaturası qurmaq”da və Alman xalqına xəyanətdə ittiham edib.

Göründüyü kimi, düşünən insanların ağlı başına gəlir, amma onların azlıq içində olduqlarını hiss etdirərək fəaliyyətlərini məhv etməyə çalışırlar. Ancaq insan sağlamlığı ilə oynayanlar da çox kiçik bir azlıqdır və əslində, heç bir gücləri də yoxdur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar