Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Covid-19 və iqtisadi sistem: Qloballaşmanın sonu gəlirmi?..

Ölkələr artıq liberal olmaqdan daha çox, milli dövlət siyasətinə üstünlük verəcəklər..

Levent Yılmaz

“Yeni Şafak” qəzeti, Türkiyə, 14 may 2020-ci il

Covid-19 pandemiyasının iqtisadiyyatlar üzərində yaratdığı xaotik vəziyyətlər hələ də davam edir. Üstəlik, xəstəliyə qarşı immunitet yaradacaq bir vaksin və ya xəstəliyin müalicəsində təsirli olacaq bir dərman tapana qədər də bu vəziyyət davam edəcək. Vaksinlər və dərmanlar tapılsa da, pandemiya nəticəsində iqtisadiyyata vurulan zərərin bərpa edməsi çox vaxt aparacaq. Buna görə də qəbul etməliyik ki, dünya iqtisadiyyatının qarşısında idarə edilməsi və bərpası xeyli müddət aparacaq bir dönəm var.

İqtisadi böhrana səbəb olan qeyri-iqtisadi proseslər və həll yolu

Pandemiyanın ilk ortaya çıxdığı dövrdəki məqalələrdə Covid-19 virusunun iqtisadi təsirlərinin böhrana səbəb ola biləcəyini ətraflı izah etmişdim. Bu gün gəlinən nöqtədə bu qlobal iqtisadi böhranın başladığı aydın görünür. Buna görə, ölkələr bir tərəfdən pandemiyaya nəzarət etməli, digər tərəfdən iqtisadiyyatlarını tənzimləməlidirlər. Təəssüf ki, ikisinin eyni vaxtda olması mümkün deyil. Əslində, iqtisadiyyatın öz dinamikasındakı pozulmalarla ortaya çıxan iqtisadi böhranla Covid-19-un səbəb olduğu iqtisadi böhran arasında çox ciddi fərqlər var. Bu şəkildə konkret səbəblərlə başlayan bu iqtisadi böhranın yaratdığı vəziyyət qarşısında eyni üsullar və köhnə vərdişlərlə mübarizə aparmaq böyük təcrübəsizlik olacaq.

Eynilə iqtisadiyyatlardakı fasilələrlə yaranan işsizlik və pandemiya nəticəsində yaranan işsizliyi eyni miqyasda qəbul etmək, epidemiya nəticəsində yaranan iqtisadi daralmalarla və sistemli iqtisadi daralmanı eyni şəkildə başa düşmək və pandemiyanın səbəb olduğu tələb azalması ilə periodik tələb azalmasını eyni şəkildə idarə etmək şüursuzluqdur. Bu səbəbdən, pandemiyanın təsir etdiyi iqtisadiyyatları köhnə vərdişlər və əzbərlərlə qiymətləndirən həll yolları da fayda vermək əvəzinə, əksinə iqtisadi problemləri daha da dərinləşdirə bilər.

Köhnə sistemdə yeni müzakirələr

Bir müddətdir ki, qloballaşmanın yavaşlamasını və dünya iqtisadiyyatında neoliberal siyasətlərin yaratdığı riskləri müzakirə edirik. 2008-ci il Qlobal Maliyyə Böhranının bu mənada dönüş nöqtəsi olduğunu da bilirik. Pandemiyadan əvvəlki dövrə nəzər yetirsəniz, 2008-ci il Qlobal Maliyyə Böhranına səbəb olan heç bir problemin həll olunmadığını görəcəksiniz. Böhrana qarşı mübarizə çərçivəsində həyata keçirilən siyasətin böhranın həllini uzatdığını və böhranı daha da dərinləşdirdiyini görmək mümkündür. Ancaq etiraf etməliyik ki, o dönüm nöqtəsinin bizə xroniki problemlərlə bağlı verdiyi həll fürsətini də əldən buraxmışıq. İndi isə qloballaşmanın və neoliberal siyasətlərin yan təsirlərini aradan qaldırmaq üçün yeni bir fürsət var. Bununla birlikdə, hökumətlərin çaxnaşma içində olması və qlobal əməkdaşlığa ən çox ehtiyac duyulan bu dövrdə öz içinə çəkilib mühafizəkar siyasətlərin dozasını artırması bu fürsətin də əldən veriləcəyini göstərir. Bəlkə, heç bunu da istəmirlər. Çünki bəzi ölkələrin xaosdan və bərabərsizliklə qidalandığını da nəzərə almaq lazımdır.

İqtisadiyyatlar nə vaxt tam olaraq açılacaq? Yenidən səyahət edə biləcəyikmi? Mərkəzi bankların siyasətləri işə yarayacaqmı? Hökumətlərin bərpa paketləri nə dərəcə faydalıdır? Qloballaşmanın sonu gəlirmi? Ölkələr artıq liberal olmaqdan daha çox, milli dövlət siyasətinə üstünlük verəcəklərmi? Qlobal tədarük zəncirləri normal vəziyyətinə qayıdacaqmı? Ölkələrin iqtisadiyyatlarındakı bu qəfil fasilənin xərcləri ödəniləcəkmi?

Bu kimi sualların sayını artırmaq mümkündür. Bəlkə də, bir müddət sonra bu sualları verməyəcəyik. Ancaq hələlik bu suallara dəqiq cavab vermək mümkün deyil. Çünki bir peyvənd və ya müalicədə birbaşa təsir edəcək bir dərmana tapılana qədər hələ çox şey əvvəlki kimi olmayacaq və biz “yeni normal” sistemə uyğunlaşmağa çalışacağıq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar