Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökümətin qərarı olmadan Mərkəzi Bank banklara necə tələb qoya bilir?

Ölkədə kredit tətilinin elan olunmamasına baxmayaraq Mərkəzi Bankın banklara tələb qoyması nə qədər doğrudur?..

İqtisadçı-ekspert: “Dövlət və Mərkəzi Bank tərəfindən birgə qərar olsaydı və bu qərar banklara göndərilsəydi lap yaxşı olardı”.

“Sentyabr, oktyabr aylarında Mərkəzi Bank ayılacaq ki, banklarda problemli kreditlərin sayı bir xeyli artıb”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ölkədə kredit tətilinin elan olunmamasına baxmayaraq Mərkəzi Bankın banklara tələb qoymasının səbəblərini PİA.az-a şərh edərkən qeyd.

Elman Rüstəmov mətbuat konfransında pandemiya dövründə krediti ödəyə bilməyən vətəndaşların məsələsindən danışaraq vurğulayıb ki, banklar krediti ödəyə bilməyən vətəndaşlara Mərkəzi Bankın tövsiyyələrindən də əlavə güzəştlər edir. Amma vətəndaşlardan bankların kredit borcunu tələb etməsi ilə bağlı şikayətlər də daxil olur. Hazırda bu cür şikayətlər araşdırılır və müvafiq qərar qəbul ediləcək.

Ölkədə kredit tətilinin elan olunmamasına baxmayaraq Mərkəzi Bankın banklara tələb qoyması nə qədər doğrudur?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “İndi önləyici tədbirlər görülsə, o qədər çox vəsait tələb olunmayacaq. Amma təəssüf ki, önləyici tədbirlər görülmür”.

İkitərəfli güzəşt xarakterli qərarın verə bilməsinin mümkün olmasını düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında bildirib ki, məsələn kredit tətili elan oluna və vətəndaşlar üçün banklar da kredit tətili dönəmində bütün növ vergilərdən azad edilə bilərdi:

“Mərkəzi Bank banklara tələb qoya bilməz. Mərkəzi Bankın banklara göndərdiyi qərar tövsiyyə xarakterlidir. Bu tövsiyyə qərarına görə banklar kreditlərin gecikmiş faizini vətəndaşlardan almırlar. Amma dövlət və Mərkəzi Bank tərəfindən birgə qərar olsaydı və bu qərar banklara göndərilsəydi lap yaxşı olardı.

Məlumdur ki, Mərkəzi Bank özəl banklara əmr verə bilməz. Amma ikitərəfli güzəşt xarakterli qərar verə bilərdi. Məsələn kredit tətili elan olunur və vətəndaşlar üçün banklar da kredit tətili dönəmində bütün növ vergilərdən azad edilə bilərdi. Həm də Mərkəzi Bank tərəfindən ucuz və uzunmüddətli kreditlər banklara verilməli idi. İkitərəfli qaydada bu iş görülsəydi təbii ki, bu banklara da təsir edərdi. Həmçinin vətəndaşlar da rahat nəfər alardı. Heç olmaya sentyabr, oktyabr aylarına qədər kredit tətili verilsəydi, bu insanlar tərəfindən çox yaxşı qarşılanardı.

Natiq Cəfərli: “Sentyabr, oktyabr aylarına qədər kredit tətili verilsəydi, bu insanlar tərəfindən çox yaxşı qarşılanardı”.

İndiki dövrdə qərar tövsiyyə xarakterlidir. Buna görə də banklar bu qərarı yerinə yetirməkdə sərbəstdirlər. Bəzi banklar bu qərarı yerinə yetirəcək, bəzi banklar isə yerinə yetirməyəcək. Vətəndaşların gəlirlərinin azalmasından irəli gələrək onların ödəniş qabiliyyətləri zəifləyib. Buna görə də banklara ödənişlər az olacaq.

Sentyabr, oktyabr aylarında isə Mərkəzi Bank ayılacaq ki, banklarda problemli kreditlərin sayı bir xeyli artıb. Problem daha böyük olduqdan sonra onu həll etməyə çalışsalar, bu zaman problemi həll etmək daha baha-başa gələcək. Amma indi önləyici tədbirlər görülsə, o qədər çox vəsait tələb olunmayacaq. Amma təəssüf ki, önləyici tədbirlər görülmür”.

Nərminə UMUDLU
pia.az


Etiket: Banklar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar