Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Əsədin əvəzinə yeni bir prezident axtarır?..

Əsədin yerinə keçə biləcək bir namizəd peyda olsa, Rusiya Əsədi hakimiyyətdən endirərmi?..

Hediye Levent

“Evrensel” qəzeti, Türkiyə, 14 may 2020-ci il

Rusiyanın “könlündəki Suriyaİranın regional güc olmasının qarşısını alan, İsrail ilə yaxınlaşmağa məcbur edən, Səudiyyə Ərəbistanı kimi köhnə rəqibləri ilə apardığı mübarizəni yeni mərhələyə daşımasına səbəb olan, qısaca xarici siyasətini böyük ölçüdə dəyişdirməyə məcbur edən bir prosesin başlanğıcı ola bilər.

Rusiyanın və xüsusən də, Putinin Əsədi istəməməsi ilə bağlı çox sayda xəbərə və şərhə rast gəlmək mümkündür. Bəzi məlumatlarda Rusiyaİranın Əsədi hakimiyyətdən endirmək üçün razılığa gəldiyi belə önə sürülüb. Hətta “Putin Əsədin əvəzinə, bu aralar Əsədlə problemi olan Mahlufun gəlməsini istəyir” kimi ifadələrlə danışanlar da var.

Bu cür məzmunlu xəbərləri və təhlilləri normal qəbul etmək mümkün deyil.

Əvvəlcə qeyd etmək lazımdır ki, Rusiya və Putinin Suriya və Əsəd də daxil olmaqla ölkələrlə və liderlərlə emosional əlaqələri yoxdur. Putin Əsədə hədsiz dərəcədə nifrət etsə də, Rusiya ilə Suriyanın maraqları olduğu müddətcə o, heç vaxt bunu ifadə etməz və müzakirəyə açmaz. Tutaq ki, Rusiyanın Suriya ilə heç bir marağı qalmadı: Rusiya və Putin Suriya və Əsədlə olan münasibətlərini sevgi və nifrət kimi insani duyğularla izah edərək sona çatdırmaz. Bundan başqa, xarici siyasət qəzəb, məyusluq, balanssız / ziddiyyətli çıxışlar kimi insani duyğular deyil, ancaq ölkə maraqlarına əsaslanan soyuqqanlılıq tələb edir.

Bir sözlə, Putinin Əsədi sevməməsi ilə xəbərlərinə qulaq asmayın.

Bəs, ümumiyyətlə Putin Əsədi istəyirmi?

Ya da sualı daha düzgün formada vermək olar: Putin Əsədin hakimiyyətdə qalmasını istəyirmi? Qalmasını istəyirsə, niyə istəyir?

Cavab aydındır: Rusiya Suriyadakı üsyan dövründə suriyalıların xilaskarı olmaq üçün deyil, öz xeyrinə görə iştirak edirdi. Bunun sayəsində Aralıq dənizinə çıxıb və Aralıq dənizindəki enerji və quru suları sərhədləri kimi münaqişələrin isindiyi bir dönəmdə bölgənin ciddi bir hissəsinə hakim olan nöqtədə hərbi bazalar əldə edib. Silah sənayesini praktik olaraq nümayiş etdirib və son 8-10 ildə “mən Yaxın Şərqdəyəm” deyə biləcək ittifaqlar üçün zəmin hazırlayıb.

Suriyada sabitliyin qorunmasına ən azı suriyalılar qədər ehtiyacı olan bir tərəf varsa, bu Rusiyadır.

Suriyadakı müharibə ilə yanaşı, siyasi bir xaosun heç kimin maraqlarına cavab vermədiyi və Rusiyaya tamamilə zərbə vurduğu aydındır. Başqa sözlə, Suriyada Əsədin bir alternativi ortaya çıxmayınca Rusiya Əsədin hakimiyyətini müzakirəyə belə çıxarmaz. Əsəd rəhbərliyinə qarşı bir ittiham irəli sürməklə Əsədin şəxsini hədəfə almaq arasındakı fərqi Rusiya çox yaxşı bildiyi üçün buna da fikir verir.

“Putin Əsədin əvəzinə, Rami Mahlufun gəlməsini istəyir” kimi absurd fikirlərdə Mahlufun siyasi keçmişinin olmaması bir tərəfə, Suriyadakı problemlərdən yaxa qurtarmaq üçün yetərli dəstəyinin də olmaması kimi vacib detallara heç yer verilmir.

Beləliklə, deyə bilərik mi ki, Moskva ilə Dəməşq arasında hər şey sülh içindədir? Əlbəttə ki, xeyr. Əslində, son aylarda Moskva-Tehran-Dəməşq xətti çox qarışıb və yaxın aylarda daha çox mürəkkəbləşəcək. Ancaq bu vəziyyət gözlənilməz və təəccüblü deyil.

Rusiya ilə İran Suriya məsələsində eyni cəbhədə dayansalar da, iki ölkə arasında ciddi xarici siyasət və hədəf-metod fərqləri var.

Hətta İsrail məsələsi belə iki ölkə arasındakı fikir ayrılıqlarının nə qədər dərin olduğunu ortaya qoyur.

Rusiya İsraillə münasibətlərini dərinləşdirib genişləndirsə də, İran İsraili bir dövlət olaraq belə qəbul etmir.

Digər tərəfdən, Rusiya başda enerji və nüfuz məsələsi olmaqla, İranın Suriyadakı təsirini müəyyən səbəblərə görə məhdudlaşdırmaq istəyir. Bunun əksinə olaraq, İran Rusiyanın İsrailə hücumlarına səssiz qalmasına görə
və Türkiyə ilə xüsusilə də İdliblə məsələsində çox yaxın olmasından narahatdır.

Sahədəki qarşıdurmalar azalmağa başladığı üçün Rusiya ilə İran arasındakı uçurum daha aydın görünməyə başlayıb.

Keçən aylarda qeyd etmişdim ki, Suriya arenasındakı qarşıdurmalar yüngülləşdikcə Rusiya ilə İran arasında “böyük qardaş və ya ən azı bir-birlərinə bərabər olan qardaşlar” mübarizəsi daha da artacaq.

Axı Suriyada qarşıdurmalar başa çatsa da, müharibə hələ bitməyib. 2017-ci ildən etibarən vəkalət müharibəsi silahlı qisimdən siyasi qismə keçilib.

Elə görünür ki, Rusiya Qərbə qarşı daha açıqdır, 2011-ci ildən əvvəlki xarici siyasətini yumşaldıb, Dəməşqin “terrorçu” hesab etdiyi simalara belə qapısını açıb və birbaşa olmasa da, dolaylı şəkildə İsrail ilə əlaqə qurmağa hazır olan bir Suriya dövlətinə üstünlük vermək istəyir.

Rusiyanın “könlündəki Suriyaİranın regional güc olmasının qarşısını alan, İsrail ilə yaxınlaşmağa məcbur edən, Səudiyyə Ərəbistanı kimi köhnə rəqibləri ilə apardığı mübarizəni yeni mərhələyə daşımasına səbəb olan, qısaca xarici siyasətini böyük ölçüdə dəyişdirməyə məcbur edən bir prosesin başlanğıcı ola bilər.

Bu iki ölkənin arasında qalan Dəməşq hələlik Rusiyanın xəyalındakı Suriya olmaq məsələsinə olduqca şübhəli yanaşır. Buna görə, İrana daha çox yaxınlaşır və Dəməşqin də İran kimi ilk problemi İsrail məsələsidir.

Dəməşqin fikrincə, Suriyada yeni bir siyasi quruluş meydana gəlməlidir, ancaq nəzarət edilən bir proses aparılmalıdır. Çünki vəkalət müharibəsinin siyasi ölçüsündə ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələr də boş dayanmayacaqlar.

Lakin Dəməşqin qarşısındakı ən böyük maneə və eyni zamanda, Rusiyanın əlindəki ən böyük “kozr” Suriyadakı iqtisadi böhran, ağır sanksiyalar və bölgə ölkələrinin iqtisadi dəstək müqabilində Tehran-Dəməşq münasibətlərinin məhdudlaşdırılmasıdır.

Bir sözlə, Moskva-Tehran-Dəməşq arasındakı uçurumun tədricən dərinləşməsi və çatların üzə çıxması mümkün bir haldır. Onsuz da qaynar münaqişələr artıq bitib, artıq sıraları sıx tutmaq ehtiyacı da ortadan qalxmağa başlayıb və hər bir ölkə öz gündəliyinə qayıda bilər.

Ancaq bu fərq Rusiya ilə İranı bir-birinə yaxınlaşdıra bilməz və eyni zamanda, Rusiyanın Suriyadakı rəhbərliyi devirmək üçün bir əməliyyata başlamasına yol aça bilməz.

Bağlı qapılar arxasında çox şeylər baş verə bilər, amma nəticədə, Rusiyanın bölgədəki maraqları üçün Suriyaya, Suriyanın siyasi və hərbi dəstək üçün Rusiyaya, İranın ticari-siyasi əlaqələrinə görə Rusiyaya, Suriyanın tarixi əlaqələr və strateji ortaqlıqlara görə də İrana ehtiyacı var. Ən azından Əsədin yerinə keçə biləcək bir namizəd peyda olana qədər Rusiya üçün Əsədin yerində qalması vacibdir.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar