Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu, "Real TV"-nin bağlanması anlamına gəlmir"

"Real TV-yə 5 mart 2018-ci il tarixdə peyk yayımı üçün 186 qeydiyyat nömrəli lisenziya verilmişdi. Bu onlara yalnız peykdə yayımlanmaq hüququ verirdi"...

Bunu APA-ya MTRŞ-nın şöbə müdiri Nemət Cavadov deyib.

O xatırladıb ki, daha sonra Şura yerüstü ümumrespublika televiziya yayımı üçün müsabiqə elan edib və Şuranın 23 aprel 2019-cu il tarixli iclasında "Real TV" müsabiqənin qalibi elan olunub.

"Yerüstü yayım bütün yayım üsullarını (yerüstü, peyk, kabel və s.) əhatə etdiyi üçün "Real TV"-nin peyk lisenziyasına ehtiyac qalmadı və dünən "Real TV"-nin direktoru Mirşahin Ağayev öz ərizəsiylə Şuraya müraciət etdi ki, peyk yayımı lisenziyası ləğv edilsin. Çünki artıq daha geniş yerüstü ümumrespublika yayımçısı statusu daşıyırlar. Dünən keçirilən iclasda Mirşahin Ağayevin ərizəsinə baxıldı və onun peyk yayımı üçün 186 qeydiyyat nömrəli lisenziyası ləğv edildi. Bu, "Real TV"-nin bağlanması anlamına gəlməməlidir. Ümumrespublika yayımçısı avtomatik həm də peykə çıxır. Belə olan halda isə iki lisenziyaya ehtiyac qalmır", - deyə N.Cavadov vurğulayıb.

pia.az


Etiket: Real TV


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub - Yenilənib

Ən çox oxunanalar