Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siyavuş Novruzov : "Başqa ölkələrdə nazir dərhal istefa verərdi"

Fakt olmadan kiməsə rüşvətxor demək olmaz...

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov “Yeni Müsavat” qəzetinin Feysbukdakı canlı efirində Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun həbsi ilə bağlı sualları cavablandırıb.

Millət vəkili dünyanın digər yerlərində belə hadisələr baş verəndə nazirlərin dərhal istefa verdiyini, lakin 29 ildə Azərbaycanda belə halın baş vermədiyini söyləyib:

“Rüşvətxorluq və korrupsiyaya qurşananda, vəzifəsinin öhdəsindən gələ bilməyəndən vəzifəsindən uzaqlaşdırılıblar. İndi isə bizdə də buna mərhələlərlə gedirik. Mən hesab edirəm ki, son zamanlar yüksək vəzifəli məmurlara qarşı aparılan tədbilər kampaniya xarakteri almamalıdır. Vətəndaşlar da aparılan işlərdən razıdır”.

S.Novruzov son zamanlar icra hakimiyyətlərində araşdırmaların Bakı rayonlarını niyə əhatə etməməsi ilə bağlı suala isə belə cavab verib:

“Hazırda bütün faktlar ciddi şəkildə araşdırılır və fakt olmadan kiməsə rüşvətxor demək olmaz”.(hit.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Ən çox oxunanalar