Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhali əmanətlərini geri çəkir: Maliyyə bazarında böhran nə qədər böyüyə bilər?

Və bu prosses  manata hansı təsirlər göstərə bilər?..

İqtisadçı-ekspert: “Əhalinin banklardan əmanətlərinin geri çəkməsi devalvasiya prosesini surətləndirməyəcək”.

“Hələ indi-indi əhalinin bank sektoruna inamı artmağa başlamışdı. Amma indi bankların bağlanması insanlarda tərəddüd yaradacaq”.

Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev 4 bankın bağlanmasından sonra əhalinin banklardakı əmanətlərini geri çəkməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Mərkəzi Bankın açıqladığı statistik məlumatlara görə, təkcə bu ilin mart ayında əmanətlərin həcmi 5 faiz və ya 443 milyon manata qədər azalıb. Azalmanın 421 milyon manatı milli valyutada olan əmanətlərin payına düşüb.

Son günlər isə Mərkəzi Bank tərəfindən 4 bankın bağlanmasından sonra əhalinin banklardakı əmanətlərini geri çəkməsi ilə bağlı xəbərlər yayılmaqdadır.

Bəs banklardakı əmanətlərin geri çəkilməsi və əhalinin ehtiyyatlarının nağdlaşdırılması Azərbaycanın maliyyə bazarında hansı prosseslərə yol aça bilər? Bu prosses eyni zamanda manata hansı təsirlər göstərə bilər və prosses devalvasiya təhlükəsini sürətləndirə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı Media və İctimai Təşəbbüslər Mərkəzinin rəhbəri, iqtisadçı- ekspert Samir Əliyevlə müzakirə edib.

Samir Əliyev: “Düşünmürəm ki, bankların bağlanmasının devalvasiya yaratmaq təsiri var”.

Əmanətlərin geri çəkilməsinin banklar üçün o qədər də arzuolunan hal olmadığını düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlqmasında bildirib ki, əmanətlər banklara kredit vermək üçündür. Əmanətlərin geri çəkilməsindən sonra da banklar kredit verməkdə çətinlik çəkəcəklər və resurs qıtlığı ilə üzləşəcəklər. Bu isə təbii ki, bankların gəlirlərinin azalmasına və indekslərinin mənfyə doğru pisləşməsinə səbıb olacaq:

“Əlbəttə ki, istənilən bankın bağlanması, hətta bağlanan bank kiçik olsa belə, bu bank sektoruna, imicinə mənfi təsir göstərir. Həmçinin bankların bağlanması insanların bank sektoruna inamını azaldır. Biz 2015-ci ildə bu prosesi keçmişik. Hələ indi-indi əhalinin bank sektoruna inamı yenidən nırpa olunmağa və artmağa başlamışdı. Amma indi bankların bağlanması insanlarda pullarını banklara etibar etməkdə tərəddüd yaradacaq. Və onların tərəddüdü də başa düşüləndir. Çünki banklar bağlanandan sonra əmanətçilər öz əmanətlərini geri qaytarmaq üçün problemlər yaşayırlar və bəzən də bu əmanətləri geri qaytarmaq olmur.

Əmanətlərin geri çəkilməsi banklar üçün o qədər də arzuolunan hal deyil. Çünki əmanətlər banklara kredit vermək üçündür. Əmanətlərin geri çəkilməsi o deməkdir ki, banklar kredit verməkdə çətinlik çəkəcəklər və resurs qıtlığı ilə üzləşəcəklər. Bu isə təbii ki, bankların gəlirlərinin azalmasına və indekslərinin mənfyə doğru pisləşməsinə səbıb olacaq.

Banklar kredit vermək üçün başqa mənbə tapmaqda çətinlik çəkirlər. Belə olan halda da bir tərəfdən əmanətlərin bahalaşması baş verə bilər. Digər tərəfdən də əmanətlərin geri çəkilməsi kütləvi hal daşıyarsa, bu banklarda işsizlik problemi yarana bilər. Bank öz öhdəliklərini yerinə yetirə bilməz. Bu baxımdan da belə halın yaşanması arzuolunan hal deyil.

Samir Əliyev: “Son vaxtlar əmanətlərin dollarlaşması baş verdi. Bu dollarlaşma da manata təzyiqi artırır”.

Onu da qeyd edim ki, insanlarda müəyyən inamsızlıq özünü onda göstərəcək ki, insanlar vəsaitlərini banklara yatırmaqdan çəkinəcəklər. Əhali bundan sonra vəsaitlərini dədə-baba qaydasında, yəni döşək altında saxlayacaqlar ki, sabah banklar bağlananda problem yaşamasınlar.

Əhalinin banklardan əmanətlərinin geri çəkməsi devalvasiya prosesini surətləndirməyəcək. Son vaxtlar əmanətlərin dollarlaşması baş verdi. Bu bankların bağlanmasına görə deyil, devalvasiyaya görə oldu. Bu prossüs indi də davam edir və neftin qiymətlərinin düşməsindən sonra devalvasiya təhlükəsi insanlarda manata olan inamı azaldır. Yəni bütün hallarda biz6m cəmiyyətdə dollarlaşma prossesi gedir. Bu dollarlaşma da manata psixoloji təzyiqi artırır. Amma düşünmürəm ki, bankların bağlanmasının devalvasiya yaratmaq təsiri var. Belə bir təhlükə yoxdur”.

Nərminə UMUDLU
pia.az


Etiket: Əmanətlər Bank


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar