Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yoluxma artsa həkimlər kimin yaşayacağı və kimin öləcəyi barədə seçim qarşısında qalacaq" - Cəlal İsayev

Azərbaycanın baş infeksionistindən ciddi xəbərdarlıq...

Əgər koronavirusa yoluxan xəstələrin sayı çoxalarsa, o zaman həkimlər kimin yaşayacağı və kimin öləcəyi barədə seçim qarşısında qalacaqlar.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, hər kəsin qaydalara, tövsiyələrə əməl etməsi vacibdir ki, həkimlər seçim qarşısında qalmasınlar.

“Dalğavari artım və düşmələr epidemiyanın gedişində mümkün olan variantlardır. Respublikada yoluxanların sayına görə hələ katostrafik göstəricilər yoxdur. Amma yenə də bütün insanların verilən tövsiyələrə əməl etməsi vacibdir. Əgər xəstələr çox olarsa, biz də seçim qarşısında qala bilərik. Ona görə də bütün vətəndaşlar, istər koronavirusa dırnaqarası baxanlar, istərsə də ciddi baxanlar, hər kəs tövsiyələrə ciddi əməl etməlidir”.

C.İsayev bildirib ki, gənclər təkcə özlərini deyil, yaxınlarını, yaşlı qohumlarını, xəstəliyi olan insanları da düşünsünlər.

“Biz onlardan tövsiyədə olandan başqa heç nə tələb etmirik. Maska taxmaq, sosial məsafəni gözləmək, sanitar-gigyena qaydalarına əməl etmək lazımdır. Bu, əlifba qədər asandır. İnsanlar bilir ki, xəstəliyi hamı kliniki əlamətləri ilə keçirmir. Kliniki əlamətləri olmayan, sağlam insan kimi özünü hiss edən koronavirusa yoluxmuş xəstələr də var. Onlar epidemioloji cəhətdən çox təhlükəlidir. Bunu nəzərə alaraq, hər kəsin qaydalara əməl etməsi vacibdir ki, həkimlər seçim qarşısında qalmasın”.

Baş infeksionist əlavə edib ki, hələlik ölkədə koronaviruslu xəstələrin müalicəsinin öhdəsindən gəlinir, lakin bu vəziyyət dəyişə bilər və heç kim bundan sığortalanmayıb. (Azvision)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar