İdmançı Kamil Zeynallı həbs olunub...
“Bu gün Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Kamil Zeynallı 10 sutkalıq həbs olundu”.
Bunu Oxu.Az-a fitnes məşqçisi, karantin dövründə insanlara maddi yardım edən Kamil Zeynallının köməkçisi Rasim Qarayev deyib.
O, Kamilin həbs olunmasını bu cür izah edib:
“Karantin qaydalarını pozduğu üçün həbs olunub. Əvvəl Ucara, 5-6 gün əvvəl isə Füzuli rayonuna maddi yardım paylamağa getmişdi. Bakı sakinlərinə rayonlara getməyə icazə verilmədiyindən, karantin qaydalarını pozduğu deyildi”.
***
PİA.az xəbər verir ki, bu barədə Kamilin "Instagram" səhifəsində onun köməkçisi məlumat yayıb.
O bildirib ki, idmançı karantin şərtlərini pozduğuna görə 10 sutka həbs edilib.
pia.az