Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Korrupsiyanın içində çox dərin “fəlsəfə” var” - İqtisadçı

Köklü kompleks dəyişikliklər olmadan Azərbaycanda korrupsiyaya qalib gəlmək mümkün olmayacaq...

"İnsanların yüksək rifahda yaşaması üçün Azərbaycanda biznes mühiti genişlənməlidir, biznesdə rəqabətli, məhkəmələrdə isə ədalətli mühit olmalıdır ki, insanların qazanc imkanları artsın. Belə olan halda gənclər pul qazanmaq üçün dövlət işinə yox, biznesə maraq göstərəcəklər".

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O qeyd edib ki, Azərbaycanda büdcə korrupsiyası, ümumiyyətlə, korrupsiya elementlərinin olmasının çoxşaxəli səbəbləri var: "Ölkədə həm nəzarət mexanizminin zəif olması, həm cəzasızlıq mühiti, həm idarəetmənin özünün fəlsəfəsi, həm də işləmə qaydalarındakı alver mühitinin labüdlüyünə qədər bir çox səbəblər var. Korrupsiya elementlərinin olmasını tək bir səbəblə izah etmək çətindir. Təbii ki, maaşların azlığının da bura təsirləri var. Yəni səlahiyyətli insanların maaşlarının az olması müqabilində, səlahiyyətlərinin onlara verdiyi imkanları qarşısında çox adam tab gətirə bilmir. Onlar səlahiyyətlərindən doğan maddi maraq gözləntilərini doğrultmağa çalışırlar. Korrupsiyanın içində çox dərin “fəlsəfə" var. Bunun ortadan qaldırılması üçün nəzarət mexanizmi gücləndirilməli, qanunvericilik yenilənməli daha çevik və operativ qanunlar olmalıdır, ən əsası isə yeni Anayasa qəbul edilməlidir. Eyni zamanda cəza mexanizmi gücləndirilməli, ədalət mexanizmlərinə qeyri-hökumət təşkilatları və medianın çox yaxşı şəkildə qoşulmasına imkanlar yaradılmalıdır. İstənilən ölkədə korrupsiyaya qarşı ən effektiv mübarizə üsullarından biri vətəndaş, media nəzarətidir. Məsələn, istənilən inkişaf etmiş ölkənin qanunvericiliyinə baxsanız görəcəksiniz ki, media çıxan korrupsiya xəbərini araşdırmaq üçün hüquq mühafizə orqanlarına artıq əsas yaradır. Azərbaycanda da qanunvericilikdə buna bənzər maddələr var. Amma bu maddələr işlək deyil və illərdir sivil toplum və media ölkədə zəiflədilir, basqılara məruz qalır. Hökumət korrupsiya ilə mübarizədə səmimidirsə, mütləq QHT qanunvericiliyi dəyişdirilməli, mediaya münasibət dəyişməlidir. Əslində medianın azad olması üçün də biznes mühiti yaxşılaşmalıdır, rəqabət olmalıdır ki, reklam bazarı inkişaf etsin. Bütün bunlar, yəni mexanizmin zəif olması, nəzarətin zəif olması, cəzasızlıq mühiti və özünü təminatı üçün büdcə təşkilatlarında, dövlətdə çalışmağın psixoloji olaraq daha üstün bir vəziyyətdə olması, nəticədə etibar ilə korrupsiya hallarına, yeyintiyə, büdcədən qeyri-effektiv istifadə hallarına gətirib çıxardır. Hökumətin dövlətə və xalqa yanaşması kökündən dəyişməlidir. Yeni siyasət və yeni təfəkkürlər hakimiyyətə gəlməlidir və ümumilikdə dövlət idarəçiliyi demokratikləşdirilməli və şəffaf cəmiyyət qurulmalıdər. Bu köklü kompleks dəyişikliklər olmadan Azərbaycanda korrupsiyaya qalib gəlmək mümkün olmayacaq".(yeni sabah)

pia.az


Etiket: Korrupsiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar